AMİP-30
a

KİV

Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, o, Azərbaycanla davamlı sülhə inanmasaydı, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməzdi. Buna baxmayaraq, Paşinyan ənənəvi böhtanını yağdıraraq, guya Qarabağda humanitar böhran yaşandığını, azərbaycanlıların erməni icmasından qisas aldığını da iddia edib: “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”. Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağı tərk etməli olduğu” barədə bəyanatına münasibət bildirərkən deyib ki, Ankara bu məsələdə tərəf deyil: “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil”. Zaxarovanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında münaqişə zonasına yerləşdirilib və bu sənəd həm kontingentin regionda qalma müddətini, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrlərini aydın şəkildə əks etdirir: “Cənubi

Artıq elə vəziyyət yaranıb ki, Rusiyada ən qatı ermənipərəst ekspertlər belə Qarabağda separatçıların perspektivi olmadığına eyham vurur və bunu gizlədə bilmirlər. Bu arada Rusiyanın Yaxın Şərq İnstitutunun sədri Yevgeni Satanovski deyib ki, Qarabağda idarəetmə İlham Əliyevdədir: “Müddət 2025-ci ildə başa çatır. Bundan sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olmasına heç bir əsas yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı vaxtdan münaqişə həll olunub, bu isə o deməkdir ki, orada idarəetmə İlham Əliyevdədir”. Satanovski onu da bildirib ki, İlham Əliyevin Qarabağda sülhməramlı saxlamaq üçün

Partiyalar haqqında yeni qanun qüvvəyə minəndən 31 partiya öz təşəbbüsü ilə ləğv olunub. “Siyasi partiyalar haqqında əvvəlki qanunda min nəfər üzvü siyasi partiya dövlət qeydiyyatından keçirir və Ədliyyə Nazirliyində müvafiq qeydiyyat məsələlərini həll edirdi. Yeni qanun qəbul olunandan sonra bu üzvlərin sayı beş min nəfərə artırıldı. Qanuna müvafiq olaraq partiyalara altı ay müddət verilmişdi. Görünən bundan ibarətdir ki, bu müddət ərzində bir sıra partiyalar üzvlərinin sayını beş minə çatdıra bilmədilər. Səbəblərdən biri budur. Digər səbəb, partiya üzvlərinin yeni yaranmış siyasi sistemdə bu və ya digər

Bu ilin yanvarında “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minəndən sonra Azərbaycanda artıq 28 partiya özünü buraxdığını, üç partiya isə yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcəyini elan edib. Son olaraq bu sıraya Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Yüksəliş Partiyası (AYP), Cümhuriyyət Xalq Partiyası (CXP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) qoşuldu. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini iyulun 11-nə, yəni bu günədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda, onların fəaliyyəti qanunsuz sayılacaq. Çünki yeni qanunda

Regionda dəyişən geosiyasi vəziyyət bəzi məsələlərin həllini labüd edib. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanla Naxçıvan Muxtar Respublikasının quru sərhədlərini birləşdirəcək Zəngəzur dəhlizinin  açılması ilə bölgədəki kommunikasiya xətləri də işə düşəcək. Ancaq İran bunu qəbul etmək istəmir. Bu səbəbdən İranın Zəngəzur dəhlizi ilə bağlı yersiz dəyərləndirmələri davam edir. Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti İranda nəşr edilən “Times” qəzetinə müsahibəsində bildirib ki, Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirməyin arxasında guya xüsusi niyyət dayanır: “Azərbaycan Ermənistanı iki yerə bölməklə, Əhəmənilər İmperiyası dövründən

İyulun 11-də NATO-nun builki sammiti baş tutub. Builki sammit 31 üzvün iştirakı ilə keçirilib Bundan əvvəlki sammit 2022-ci ilin iyununda İspaniyanın Madrid şəhərində keçirilib. Növbəti toplantı isə 2024-cü ildə ABŞ-də, Vaşinqtonda olacaq. Birləşmiş Ştatlar belə bir tədbirə 2012-ci ildə Çikaqo şəhərində ev sahibliyi edib. NATO-nun builki sammitini politoloq Rəşad Bayramov “Telejurnal”şərh edib. NATO-nun son sammiti gözlənildiyi kimi olduqca məhsuldar keçdi və bir sıra qərarlarla yadda qaldı. Sammitdəki çıxışlara və qəbul edilən sənədlərə baxsaq görərik ki, Rusiya-Ukrayna müharibəsindən öncə parçalanmaq təhlükəsi ilə üzləşən NATO artıq öz nüfuzunu bərpa

Üç gün sonra, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanən Baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti üçtərəfli görüş baş tutacaq.  Cebhe.info “Sputnik Armenia” -ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Üçtərəfli görüşdə iştirakını edəcəyini təsdiq edən Paşinyan üçtərəfli görüşdə irəliləyişlərin əldə olunacağını ümid edib. Görəsən, Brüsseldə keçiriləcək növbəti görüşdə sülh müqaviləsi ilə bağlı hansı məsələlər müzakirə olunacaq? Bu görüşdə müsbət nəticələrin əldə olunacağı gözlənilir?  Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-a açıqlamasında qeyd edib

Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlaması maraqla izlənir. Türkiyə prezidentinin bunu NATO sammitində - Ukraynada müharibənin başlanmasından sonra Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə elan etməsi xüsusilə diqqət çəkir. Türkiyə Prezidenti Vilnüsdə 10 noyabr sazişindən irəli gələn rus hərbçilərinin qalma müddətini xatırlatmaqla kimə  hansı mesajları vermiş oldu? Bu istiqamətdə versus.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, cənab Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ilə qədər ərazilərimizi tərk edəcəyi ilə bağlı çıxışı etməsi birmənalı olaraq mesaj idi. Onun fikrincə, bu

Yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı yüksəksəviyyəli görüşün keçirilməsi gözlənilir. Qeyd edək ki, son aylarda sülh danışıqları ilə bağlı proseslər intensiv mahiyyət daşıyır. Xüsusilə də, bu məsələdə Vaşinqton və Brüsselin fəallığı müşahidə olunur. Artıq rəmi Bakı görüşün olacağının anonsunu da verib.    Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır: «Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi