Arzuxan Əlizadə: “Mövzu Ermənistan olduqda Qərbin gözü kör, qulağı kar olur”
Ermənistanın Qərb tərəfindən qadağan olunan məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır. Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına
Afsəddin Nəbiyev: “Rusiya var gücü ilə çalışır ki, bu bölgədə münaqişəli vəziyyət davamlı olsun”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid edib: “Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”. Daha sonra Zaxarova Ermənistan rəhbərliyinin belə fəaliyyətin lazım olmaması barədə fikirlərindən təəccübləndiyini bildirib: “Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi
Arzuxan Əlizadə: “Qarabağdakı separatizmin kökündə məhz ərazi iddiaları dayanır”
“Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb”. Bunu Prezident İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib. Ölkə başçısı Laçın yolu ilə bağlı bunları qeyd edib: “Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin
“Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”
Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb. Bu barədə Yenisabah.az-a partiyanın sədri Arzuxan Əlizadə məlumat verib. O qeyd edib ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olub, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilib. "Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə
Arzuxan Əlizadə: “Erməni tərəfi bütün bu baş verənlərə görə üzr istəməlidir”
“Sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir”. Bunu Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, bəlkə İkinci Qarabağ müharibəsindəki bu acı məğlubiyyət onlara dərs olacaq: “Və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan
Qarabağda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidir, əks halda… – AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, o, Azərbaycanla davamlı sülhə inanmasaydı, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməzdi. Buna baxmayaraq, Paşinyan ənənəvi böhtanını yağdıraraq, guya Qarabağda humanitar böhran yaşandığını, azərbaycanlıların erməni icmasından qisas aldığını da iddia edib: “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”. Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü
Afsəddin Nəbiyev: “Sülhməramlı” adı altında bölgəyə yerləşən qüvvələr öz üzərinə düşən missiyanı yerinə yetirmir”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağı tərk etməli olduğu” barədə bəyanatına münasibət bildirərkən deyib ki, Ankara bu məsələdə tərəf deyil: “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil”. Zaxarovanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında münaqişə zonasına yerləşdirilib və bu sənəd həm kontingentin regionda qalma müddətini, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrlərini aydın şəkildə əks etdirir: “Cənubi
Arzuxan Əlizadə: “Artıq separatçıların mənafeyindən çıxış edən Rusiya ekspertləri də anlayırlar ki, dairə daralır”
Artıq elə vəziyyət yaranıb ki, Rusiyada ən qatı ermənipərəst ekspertlər belə Qarabağda separatçıların perspektivi olmadığına eyham vurur və bunu gizlədə bilmirlər. Bu arada Rusiyanın Yaxın Şərq İnstitutunun sədri Yevgeni Satanovski deyib ki, Qarabağda idarəetmə İlham Əliyevdədir: “Müddət 2025-ci ildə başa çatır. Bundan sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olmasına heç bir əsas yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı vaxtdan münaqişə həll olunub, bu isə o deməkdir ki, orada idarəetmə İlham Əliyevdədir”. Satanovski onu da bildirib ki, İlham Əliyevin Qarabağda sülhməramlı saxlamaq üçün
Arzuxan Əlizadə: “Qısa müddətdə 4000-dən çox üzv cəlb etmək asan deyil”
Partiyalar haqqında yeni qanun qüvvəyə minəndən 31 partiya öz təşəbbüsü ilə ləğv olunub. “Siyasi partiyalar haqqında əvvəlki qanunda min nəfər üzvü siyasi partiya dövlət qeydiyyatından keçirir və Ədliyyə Nazirliyində müvafiq qeydiyyat məsələlərini həll edirdi. Yeni qanun qəbul olunandan sonra bu üzvlərin sayı beş min nəfərə artırıldı. Qanuna müvafiq olaraq partiyalara altı ay müddət verilmişdi. Görünən bundan ibarətdir ki, bu müddət ərzində bir sıra partiyalar üzvlərinin sayını beş minə çatdıra bilmədilər. Səbəblərdən biri budur. Digər səbəb, partiya üzvlərinin yeni yaranmış siyasi sistemdə bu və ya digər
Onlar üçün vaxt bitdi – Azərbaycan siyasi səhnəsində neçə partiya qaldı?
Bu ilin yanvarında “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minəndən sonra Azərbaycanda artıq 28 partiya özünü buraxdığını, üç partiya isə yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcəyini elan edib. Son olaraq bu sıraya Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Yüksəliş Partiyası (AYP), Cümhuriyyət Xalq Partiyası (CXP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) qoşuldu. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini iyulun 11-nə, yəni bu günədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda, onların fəaliyyəti qanunsuz sayılacaq. Çünki yeni qanunda