AMİP-30
a

Rəsmi sənədlər

Azərbaycanın Milli İstiqlal Partiyası iyun ayının 20-də Gədəbəydə polislə yerli əhali arasında olan qarşıdurmadan narahatlıqlığını ifadə edərək, anoloji  hadisələrin təkrarlanmaması üçün hökuməti  məsuliyyətli addımlar atmağa  çağırır.  Gədəbəy  rayonunun Söyüdlü kəndində sionid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı zamanı polisin yaşlı qadına qarşı qəddar davranışı, hər bir vətəndaşımız kimi bizləri də hiddətləndirir. Bir daha bəyan edirik ki, vətəndaşlarımızın konstitusion hüqlarlından istifadə edərək  etiraz etmək hüququ olduğu halda, dinc insanlara qarşı güc tətbiqi yolverilməzdir.   Azərbaycan Milli İstiqlal Partiyası məsələ ilə əlaqədar hökumətin yaratdığı

28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Düz 105 il bundan əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu və dünyanın siyasi nizamının yenidən şəkilləndiyi bir dövrdə Azərbaycanın istiqlaliyyəti elan olundu. Cumhuriyyətin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında qurulması xalqımızın o dövrdə milli azadlıq,

“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən Beynəlxalq Konfrans çərçivəsində Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt və AMİP rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə xanım Sedderfeltin üzvü olduğu İsveç Moderat partiyası ilə AMİP arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri, regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danşıqlar, Rusiyanın prosseslərə təsiri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparımışdır. ATƏT Parlament Assambleyasının sədri həmçinin işğaldan

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI Azərbaycan Milli İstiqlal Partiyası olaraq Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalının ABŞ-da vəhşicəsinə döyülməsini birmənalı olaraq terror aktı kimi qiymətləndirir və bunu şiddətlə qınayırıq. Bütün ömrünü Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmağa həsr edən Əhməd bəyə qarşı bu sui-qəsdin arxasında İran xüsusi xidmət orqanlarının dayanması ehtimalı kifayət qədər yüksəkdir. Bu terror aktının icraçıları ilə yanaşı sifarişçilərinin də tezliklə müəyyənləşdirilərək saxlanılacağına inamımızı ifadə edərək Əhməd bəyə və oğluna şəfa

Azərbaycan Milli İstiqlal Partiyası Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir və bu alçaq hücumun icraçı və sifarişçilərinin tez bir zamanda aşkar olunaraq məsuliyətə cəlb edilməsinin vacib olduğunu bildirir.AMİP olaraq baş verən hadisəni ölkəmizdə sabitliyin pozulmasına cəhd və cəmiyyət arasında qorxu yaratmağa hesablanmış addım kimi qiymətləndiririk. Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr bilməlidirlər ki, heç bir təhdid insanımızı haqq davasından çəkindirə bilməz və bu mənfur hücumun arxasında

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilmişdir. Şəhidlərin və Türkiyədə “əsrin fəalkəti” nəticəsində həlak olmuş insanların xatirəsini yad etməklə başlayan iclasda ölkədə və regiondakı mövcud durum, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Qardaş Türkiyənin cənub-şərqində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər hər birimizi dərindən kədərləndirdi. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından  dərin hüznlə başsağlığı verir və səbr diləyir, xəsarət alanlara Uca Tanrıdan şəfa diləyirik!   Türk xalqının gücü və qətiyyəti ilə fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına inamımızı ifadə edirik. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Tanrı Türkiyəmizi qorusun! Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının Sədri

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirir və şiddətlə qınayırıq. Bu özünü “din qardaşı” adlandıran rejimin uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı yürütdüyü düşmən siyasətinin məntiqi davamıdır. Azərbaycanın bir parçası hesab edilən səfirliyimizə edilən silahlı hücum suverenliyimizə qarşı qəsddir və baş verən qanlı olaya görə ərazisində yerləşən diplomatık korpusun təhlükəsizliyinə təminat verən İranın siyasi və dini rəhbərliyi başda olmaqla bu dövlətin rəsmi qurumları məsuliyyət daşıyır. İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır .“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər