AMİP-30
a

Video

AXC TV-nin baş redaktoru, QHT sədri, politoloq Niyaməddin Orduxanlının aparıcı olduğu "Həftənin yekunu" proqramının bu dəfəki qonağı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə olub. Verlişdə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, İran-Azərbaycan münasibətlərinin bundan sonraki inkişafı, Azərbaycan Respublikası Prezidentinn Adminstirasiyasın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, millət vəkilləri, internet televiziya rəhbərləri, politoloqlarla birgə Laçın səfəri, ABŞ Kongresində Azərbaycan əlehinə dinləmələr keçirdən Kris Smitin niyyəti və digər məsələlər müazikirə olunub.

AMİP sədri, deputat Arzuxan Əlizadə TV Müsavat-ın canlı efirində qonaq olub və ABŞ prezidenti Donald Trampın Rusiya siyasəti ilə bağlı fikirlərini bölüşüb. A.Əlizadə çıxışı zamanı Tramp administrasiyasının Rusiya ilə münasibətlərdən danışıb.  Deputat, həmçinin, ABŞ-ın indiki və keçmiş administrasiyalarının Ukrayna müharibəsi, Qərbin sanksiya siyasəti və Rusiya ilə geosiyasi qarşıdurması fonunda atdığı addımları dəyərləndirib. Daha ətraflı – videoda:  https://www.youtube.com/embed/rXcZDH6MneA