AMİP-30
a

Kateqoriyasız

Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikilinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib. Bunu Modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib. “Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən xəstəxanaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu çox ciddi məsələdir. İcra hakimiyyətinin şöbə müdiri və əlaqədar strukturlarla da danışdım. Dərhal reaksiya verdilər”, - deputat deyib.

Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində bir sıra məsələlər diqqət çəkib. Məsələn, ölkə başçısının Xankəndi və Ağdamla bağlı səsləndirdiyi fikirlər müzakirə obyekti olub. Sitat: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”. Qeyd edilən çıxış “Bakıya alternativ paytaxt seçimi” kimi dəyərləndirilir. İllərdir ki, bu mövzu ətrafında müzakirələr gedir və əksəriyyət müvafiq qərarın verilməli olduğunu bildirir. Xankəndi və ya Ağdam gələcəkdə ölkənin paytaxtı ola bilərmi? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Prezident müsahibəsində azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək

ABŞ Konqresində Azərbaycan əleyhinə yeni təşəbbüs: Trampın müttəfiqinə cavab kimi erməni lobbisindən hücum. ABŞ prezidenti Donald Trampın yaxın tərəfdarı, Floridadan olan konqresmen Anna Paulina Lunanın Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsini təqdim etməsindən sonra Vaşinqtondakı erməni lobbisi əks-hücuma keçib. Erməni diasporu ilə əlaqəli olan Nümayəndələr Palatasının üzvləri Vaşinqtonla Ermənistan arasında təhlükəsizlik sahəsində tərəfdaşlığı əhatə edən yeni qanun layihəsini Konqresə təqdim ediblər. Sənəd Floridadan olan respublikaçı Qas Bilarakis və Nyu-Cersidən demokrat Frenk Pallonenin adından təqdim olunub. Layihə ABŞ prezidentinə Azərbaycana qarşı

Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi AMİP-in tam hüquqlu üzvü olduğu Beynəlxalq Demokrat İttifaqı (İDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilən İDU-2025 Forumunda iştirak edir.Forumda sağ mərkəz yönlü partiyaların nümayəndələri, hazırkı və sabiq hökumət və dövlət başçıları, konqresmenlər, senatorlar, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, tanınmış ekspertlər, və siyasətçilər istirak edirlər. Bu mötəbər tədbirdə AMİP-i  partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə, sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə, Qadın təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil edir. Forumun ilk günündə ABŞ

Məlum olduğu kimi, Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna AES-lərinin operatoru “Enerqoatom” şirkətində genişmiqyaslı mənimsəmə sxeminin aşkarlandığını bildirib. NABU-nun məlumatına görə, bu sxem vasitəsilə 100 milyon dollar leqallaşdırılıb. Bu arada Ukraynada “Avropa Həmrəyliyi” müxalifət fraksiyasının deputatları Ali Radanın (Verxovna Rada) işini pozublar. Parlament ədliyyə naziri Qerman Qaluşşenko və energetika naziri Svetlana Qrinçukun vəzifədən azad olunması məsələsinə baxmalıydı. Fraksiya lideri Petro Poroşenko bildirib ki, o və tərəfdarları “buxarı buraxmaq və korrupsiya vertikalını qorumaq cəhdinə” yol verməyəcək, buna səs verməyəcəklər. Poroşenko əlavə edib ki, “Avropa Həmrəyliyi” hökumətin istefası