Rusiya 10 noyabr sənədini hələ də qüvvədə hesab edir – SENSASİON DETALLAR
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Belə çıxır ki, 10 noyabr sənədi hələ qüvvədə sayılır. Ekspertlərə görə, 10 noyabr bəyannaməsi Azərbaycan və Ermənistan arasında sülhü təmin edə bilməz, zatən 9 bəndlik bu sənəddə sülh sazişi, ümumiyyətlə, nəzərdə tutulmayıb. Öhdəliklərə gəlincə, Azərbaycan üzərinə düşənləri etdi, amma Ermənistan bunlara etinasız yanaşdı, xüsusilə də qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələbi uzun müddət gözardı
Bakı və İrəvan arasında sülh danışıqlarının yeni formatı
“Azərbaycan-Ermənistan sülh prosesi üzrə Astanada danışıqların keçirilməsi məqbuldur, amma ikitərəfli qaydada danışıqların davam etməsi daha müsbət nəticələr doğura bilər”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şərhində Azərbaycan-Ermənistan sülh prosesi üzrə “Astana formatı”nın formallaşmasının mümkünlüyü barədə fikir səsləndirərkən bildirib. Partiya sədri qeyd edib ki, Azərbaycan Ermənistanla istənilən məkanda danışıqlarda iştirak etməyə hazırdır: “Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri zamanı Gürcüstanın ovaxtkı baş naziri İrakli Qaribaşvili Tiflisin Azərbaycan-Ermənistan sülh danışıqlarına ev sahibliyi etməyə hazrır olduğunu bildirmişdi. Təbii ki, Prezident İlham Əliyev Qaribaşvilinin təklifini məmnuniyyətlə qarşıladı. Amma
ABŞ Bakıda tutulan İran casuslarının müdafiəsində
ABŞ Dövlət Departamenti “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatında həm Azərbaycana qarşı qərəzini, həm də “erməni sevgisini” ortaya qoyub. Əlbəttə ki, ABŞ-ın bu cür qərəzli hesabatları real vəziyyəti əks etdirməkdən çox, ənənəvi olaraq digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Bu səbəbdən də ABŞ-ın hər il dünya ölkələrində insan haqlarına dair hesabatını artıq heç bir dövlət ciddi qəbul etmir. Bunun da əsas səbəbi odur ki, bu cür “hesabatlar”ın hazırlanması zamanı ikinci və üçüncü dərəcəli ABŞ diplomatlarının fəaliyyət göstərdikləri
Erməni lobbi təşkilatları öz düşmən mövqelərindən çəkilməyiblər – Şərh
"Azərbaycan məmurlarına qarşı sanksiya tətbiqini özündə ehtiva edən qanun layihəsinin Konqresə təqdim olunması xoşagəlməz hadisədir. Qanun layihəsinin kim tərəfindən təqdim olunması faktına və siyahıda kimlərin adının olmasına xüsusi diqqət yetirmək lazımdır". Bu fikirləri Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib: "Məlumdur ki, qanun layihəsi ABŞ Konqresində erməni lobbisinin əsas fiqurlarından biri olan Dina Titus tərəfindən təqdim olunub. Qanun layihəsinin hazırlanması və təqdim olunmasında ABŞ-də mövcud olan erməni milli konqresinin xüsusi rolu olub. Onu da diqqətə almaq lazımdır k, qanun layihəsindəki siyahıda adları çəkilən şəxslər
Arzuxan Əlizadə: “Əldə olunan razılaşma sülh sazişinin imzalanmasını tezləşdirə bilər”
Xəbər verildiyi kimi, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER)
Afsəddin Nəbiyev: “Vaşinqtonu o pərt etdi ki, artıq Rusiya Azərbaycanla Ermənistan arasında sülh olmasını istəyir”
Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına münasibəti Azərbaycanda birmənalı qarşılanmayıb. Patel bunu Azərbaycanın suverenliyinə hörmət kimi qiymətləndirmək əvəzinə, məsələyə fərqli yanaşıb. Qeyd edib ki, biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. ABŞ-ın sülhməramlıların çıxmasından belə məyus olması ötən il antiterror əməliyyatlarından yaranan situasiyanı xatırladır. Məsələ ondadır ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda
Rus ordusu yola salındı: Monitorinq Mərkəzi ilə bağlı nə qərar veriləcək? – AÇIQLAMA
2020-ci ilin 9 noyabrında əldə olunan üçtərəfli razılaşma ilə Qarabağa gələn Rusiya sülhməramlıları müqaviləyə görə 2025-ci ilə qədər bölgədə qalmalı idi. Həmin dövrün şərtlərinə uyğun olaraq imzalanan müqaviləyə görə, paralel olaraq Rusiya və Türkiyə hərbçilərindən ibarət birgə Monitorinq Mərkəzi də yaradıldı. Amma sonradan bölgədə vəziyyət tamamilə dəyişdi. Azərbaycan ötən ilin 20-21 sentyabr tarixlərində antiterror əməliyyatı keçirərək separatçıları Qarabağdan tamamilə çıxartdı və nəzarəti tam ələ aldı. Bundan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir səbəb qalmadı. Amma müqaviləyə uyğun olaraq sülhməramlılar 2025-ci ilin 9 noyabrına qədər bölgədə
Rusiya sülhməramlıları getdi, xalqımıza gözaydınlığı düşür – Partiya sədri
Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə
“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa
“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi masa keçirilib.Təbdiri giriş sözü ilə açan “Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Sadiq Həmzəyev müharibələrin yaşadığımız dünyanı son dərəcə təhlükəli vəziyyətə gətirdiyini təəssüflə qeyd etdi. O, həmçinin, “Müharibələr yaşamış xalq olaraq istəmərik ki, dünyanın hansısa bir ölkəsində müharibə olsun. Çünki biz müharibənin yaşatdığı acıları görmüşük. Övlad itkisi ilə qara örpəyə bürünmüş Analarımızın göz yaşlarına, Atalarımızın dərddən bükülən qəddinə şahidlik etmişik” deyərək müharibələrin dayandırılması
Prezidentin o israrının ilginc səbəbi – görüş niyə təxirə salınmadı?
Kollektiv Qərblə Azərbaycanın münasibətləri şübhəsiz ki, ölkəmizin haqlı maraqları təmin edilənə, Qarabağ üzərində suverenliyimiz, hərbi qələbəmiz qeyd-şərtsiz tanınanadək qaydaya düşməyəcək. ABŞ başda olmaqla, Qərb düşərgəsində bunu nə qədər tez anlasalar, bir o qədər özləri üçün də yaxşı olar. Təəssüf ki, bu yöndə Qərbin yetərli və praktik addımlarını görmürük. Əksinə, 44 günlük müharibədən sonra da revanşist hisslərdən qurtula bilməyən Ermənistanı sülhə vadar eləmək əvəzinə, dəfələrlə Azərbaycan əleyhinə sürətlə silahlandırmağa, qızışdırmağa çalışırlar. 5 aprel görüşü də bu qəbildəndir və xoş məram daşımır. Yoxsa məntiqlə ora ən azından,