Almaniyanı Azərbaycana qarşı oyuna kimlər qoşub?
“Almaniya hər zaman Azərbaycana qarşı qərəzli və riyakar mövqe sərgiləyib”. Bu sözləri politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında Almaniyanın Fransanın anti-Azərbaycan siyasətinə qoşulub-qoşulmayacağı ilə bağlı suala cavablandırarkən bildirib. O bildirib ki, Almaniya və Fransa Azərbaycana münasibətdə eyni mövqeni bölüşür: “Əvvəllər, Almaniyanın Azərbaycana geosiyasi baxışı daha çox qarşılıqlı əməkdaşlığa əsaslanırdı. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi Almaniyaya müsbət perspektivlər vəd edirdi. Amma təəssüf ki, son zamanlar Almaniyanın Azərbaycana münasibətdə düzgün və doğru strateji və taktiki addımların atmadığını görürük. Biz buna Almaniyanın Baş naziri Olaf Şolsun Azərbaycana
Afsəddin Nəbiyev: “Bu dövlətlər üçün ədalət meyarı onların siyasi, iqtisadi məqsədləridir”
AŞPA Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib və bu zaman hansı dövlətlərin ölkəmizə qarşı çıxdığı məlum olub . Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Qətnamənin əleyhinə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri səs verib. Bundan başqa İsveçənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən, hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.Türkiyənin kürdləri təmsil edən HDP-dən olan deputatı da Azərbaycana qarşı mövqe tutub. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya,
Arzuxan Əlizadə: “AŞPA ölkəmizə qarşı çox nankor və ədalətdən uzaq mövqe sərgilədi”
Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycana “sürpriz” hazırlamışdı. Əsl sürprizi isə Azərbaycan AŞPA-ya yaşatdı. Nümayəndə heyətimiz bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən vaxtadək dayandırdı. AŞPA-nın ölkəmizə qarşı etdiyi həyasızlıq heç bir əndazəyə sığmır. Ən azından ona görə ki, Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür, amma üzv olduğu dövr ərzində nə AŞ-dən, nə də AŞPA-dan heç nə almayıb. Ancaq bu quruma çox şey verib. Məsələn, İslam ölkələri ilə Avropa ölkələrinin əməkdaşlığını özündə ehtiva edən Bakı prosesi bu baxımdan mühüm rol oynayıb.
AŞPA-dan ədalət gözləməyin mənası yoxdur – Politoloq
“Qəbul edilən qətnamə Azərbaycana qarşı ədalətsiz yanaşmanın təzahürüdür, tamamilə qərəzlidir. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəmədiyini heç bir halda həzm edə bilmirlər”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli yanaşması ilə bağlı şərhində bildirib. Politoloq bildirib ki, AŞPA tərəfindən Azərbaycan əleyhinə qətnamələrin qəbulu artıq ənənəvi hal alıb. Avropa Birliyi və Avropa Parlamenti kimi Avropa Şurası və AŞPA da Azərbaycana qarşı daim qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən qurumlardandır. Onun sözlərinə
Afsəddin Nəbiyev: “Ermənistanı məhz Qərb dövlətləri yarı yolda qoyacaq”
Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə etiraf edib ki, Ermənistan Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmir: “Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik vilayətindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktik işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur. Paşinyan deyir ki, İran Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. Açıq desəm, mən onun dediklərində məntiq görmədim.
İrəvanın ağılsız siyasəti… – Bunun cəzasını Ermənistan özü çəkəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında bəyan etdiyi fikirlərə cavab verib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyana görə, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır: "Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz
İşğalda olan 8 kənd bu cür qaytarılacaq
“Ermənistan qeyd-şərtsiz və dərhal səkkiz kəndi Azərbaycana qaytarmalıdır”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şəhrində bildirib. Onun sözlərinə görə, zərurət yaranarsa, Azərbaycan Qazaxın yeddi kəndi və Naxçıvanın bir kəndini hərbi güc yolu ilə qaytarmalıdır. “Mütləq mənada bu işğala son qoyulmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara son müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclasında bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, ilk növbədə Azərbaycanın Qazax rayonuna bitişik olan dörd kənd boşadılmalıdır. Bundan sonrakı mərhələdə isə Qazaxın dörd anklav kəndi və
Arzuxan Əlizadə: “Cənubi Qafqaz Asiyaya açılan qapı olduğu üçün Fransa ölkəmizdə agentura şəbəkəsini qurmağa çalışıb”
“Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı Frans-Press Agentliyinin sualını cavablandırarkən bildirib. A.Hacızadə qeyd edib ki, Fransa Respublikasının vətəndaşı Martin Rayan ötən il dekabrın 4-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş
Afsəddin Nəbiyev: “Sülh müqaviləsi tərəflər arasında o halda imzalana bilər ki, əsas mübahisəli məsələlərin 80-90 faizi razılaşdırılmış olsun”
Ermənistan parlament sədri Alen Simonyan bu günlərdə bəyan etdi ki, sülh sazişi delimitasiyadan əvvəl olmalıdır. Yəni Ermənistan Azərbaycanla sülh müqaviləsini iki dövlət arasında sərhədin delimitasiyasından əvvəl də imzalaya bilər. Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, sülh müqaviləsində delimitasiyanın mexanizmi öz əksini tapmalıdır: “Ermənistan-Azərbaycan sülh müqaviləsində iki ölkə arasında sərhəd delimitasiyanın konkret mexanizmi yer almalıdır. Sərhədin delimitasiya və demarkasiyası məsələsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır”. Ümumilikdə, Ermənistan tərəfinin bu gün ortaya qoyduğu
Arzuxan Əlizadə: “Qarabağ ermənilərinin Ermənistanı tərk etməsi prosesi dayanmayacaq”
Azərbaycandan Ermənistana qaçan separatçılar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar. Onlar “Ədalət və Qayıdış” adında ictimai təşkilat yaradıblar. Separatçıların yaratdığı təşkilatın prezidenti Qarabağdakı keçmiş qondarma rejimin “parlamenti”nin deputatı olmuş Metaxe Akopyandır. Təşkilatın həmtəsisçisi David Qalstyan mətbuat konfransında bildirib ki, yeni yaradılmış “Ədalət və Qayıdış” ictimai təşkilatı ilk növbədə “Artsax” sakinlərinin Ermənistanda qalmasını və oranı tərk etməməsini təmin etməyə yönələcək. O qeyd edib ki, Qarabağdan çıxan ermənilərin sosial yükünü müəyyən dərəcədə yüngülləşdirmək, onların Ermənistanda qalmalarını təmin etmək üçün səylər göstərilməlidir və sonra onlar gündəlik işlərlə