AMİP-30
a

KİV

ABŞ Konqresinin Nümayəndələr Palatası qızğın ermənipərəst mövqeyi ilə tanınan demokrat konqresmen Adam Şiffi qınayan qətnaməyə səs verib. Şiff ABŞ tarixində qınanılan 26-cı konqresmendir. Qətnamə Şiffi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olduğu zaman Amerika ictimaiyyətini aldatmaqda ittiham edir. Qeyd olunur ki, Şiff Rusiya ilə Tramp şirkəti arasında iddia edilən əlaqələrə dair Konqres araşdırması zamanı dezinformasiya verib və keçmiş ABŞ prezidentinin ilkin impiçmenti ərəfəsində etdiyi hərəkətləri tənqid edib. Nümayəndələr Palatasının spikeri, Şiffin iddia edilən hərəkətlərini kəskin tənqid edən Kevin Makkarti indi onu Konqres qarşısında açıq şəkildə cəzalandıra

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, Qarabağ məsələsində ölkəsinin müttəfiqi yoxdur: “Özümüzü aldatmağa ehtiyac yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi sadəcə bir kağız parçası deyildi. Əsas hadisələrdən biri ATƏT-in Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi “Müharibə, ya sülh” məqaləsidir. Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzunmüddətli ola bilməz. Özümüzü aldatmağa ehtiyac yoxdur və Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur”. Paşinyanın sözlərinə görə, ekspertlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və “Azərbaycanın 7 rayonunun

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddimizdə bir neçə dəfə təxribat törədilib. Səhər saatlarında “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub. Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. İki ölkə arasında sülhün əldə edilməsi istiqamətində danışıqların intensivləşdiyi bir zamanda dövlət sərhəddimizdə erməni təxribatları durmadan davam edir. Bu təxribatların arxasında nə dayanır? Ermənistan nəyə nail olmaq istəyir? Münasibətlərin gərginləşməsi fonunda  2023-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması nə dərəcədə real görünür? Bu suallarla bağlı Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Visiontv.az saytına açıqlamasında bunları şərh

Ermənipərəst konqresmenlərin Azərbaycana qarşı çağırışları səngimək bilmir. Bu dəfə Baydenə ünvanlanan məktubda ABŞ prezidentini “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməyə, eləcə də Laçın dəhlizinin bloklanmasına görə Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıblar. Konqresmenlər ABŞ prezidentini bütün tərəflərə, o cümlədən Azərbaycan rəsmilərinə başa salmağa çağırıb ki, “Artsax”ın statusu ilə bağlı heç bir yekun qərar bərabər əsaslarla danışıqlarda “Artsax” nümayəndələrinin iştirakı olmadan qəbul edilə bilməz: “Artsax” xalqı siyasi, mədəni və iqtisadi zülmdən azad yaşamaq hüququna malikdir və demokratiyanın müdafiəçisi kimi Birləşmiş Ştatlar bütün xalqlar arasında layiq

Bakının 5 məlum baza prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalanmasına əsas əngəl əslində İrəvandan çox Moskva və Parisdir. Rusiyanın maneə yaratmasının səbəbləri haqda dəfələrlə təhlillər yazmışıq. Şimal qonşumuz öz maraqları çərçivəsində elə bir “sülh” sənədinin imzalanmasına çalışır ki, Kreml istədiyi vaxt konflikti təzədən qızışdıra bilsin, bölgədə hərbi varlığını saxlasın. Ermənistanın böyük “bacısı” Fransa da Rusiyadan geri qalmır. Rəsmi Paris bir yandan özünü qərəzsiz göstərib guya sülh prosesinə töhfə vermək istəyir, o biri yandan isə altdan-altdan İrəvanın danışıqlarda destruktiv mövqe tutması üçün əlindən gələni edir. Fransanın

İrəvanda keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının sədri Mixael Rott deyib ki, ümid edir Azərbaycan tərəfi də Aİ-nin mülki missiyasının orada fəaliyyətinə razılıq verəcək, lakin bununla bağlı optimist siqnallar alınmayıb. Həmçinin qeyd edib ki, regionda sülhü təmin etmək, bunun üçün çalışmaq təkcə Ermənistanın işi deyil: “Biz Aİ-nin mülki missiyasını Ermənistanda monitorinq keçirməyə dəvət etdiyinə görə Ermənistan hökumətinə minnətdarıq. Aİ missiyasının yaxın gələcəkdə fəaliyyətini genişləndirəcəyini məmnuniyyətlə elan edirik. Və ümid edirik ki, Azərbaycan tərəfi də Azərbaycan tərəfdən analoji missiyanın fəaliyyətinə razılıq verəcək. Azərbaycan həm

Ermənistan mətbuatında Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” gündəm  olub. Bir sıra dairələr bunu ciddi narahatlıq içində izləyirlər. Erməni KİV-ləri Prezidentin sərəncamını belə şərh edib: “Zəngəzur dəhlizinin açılışı Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsini zəruri edir. Bu barədə İlham Əliyevin təsdiq etdiyi NMR-in 2023-2027-ci illər üçün Dövlət İnkişaf Proqramında deyilir. Sənədə əsasən, dəmir yolu infrastrukturu yenidən qurulacaq, eləcə də təhlükəsiz və sürətli daşıma xidməti təmin ediləcək. Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Layihə SOCAR tərəfindən

Moskvadakı “Russia Today” beynəlxalq media mərkəzində “Kişinyovda böyük görüş: Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri” mövzusunda dəyirmi masa keçirilməsi barədə xəbər vermişdik. Avropa İttifaqının himayəsi altında keçirilən “beştərəfli görüş”lə bağlı müzakirələrdə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov, Rusiya Federasiyası Hökuməti yanında Beynəlxalq Araşdırmalar İnstitutunun məlumatların tədqiqi laboratoriyasının direktoru Nikolay Silayev iştirak ediblər. Aleksey Muxin deyib ki, Avropa vasitəçiləri əslində heç bir məsuliyyət daşımırlar, onların siyasəti problemi həll etməyə yönəlməyib, daha çox təbliğat xarakteri daşıyır: “Bu gün sülh müqaviləsi

Türkiyə Kosovoda baş verən siyasi proseslərə cəlb oluna bilər.  Qeyd edək ki, Kosovonun serblərin məskunlaşdığı şimal ərazilərində mövcud vəziyyətin gərginləşməsini nəzərə alaraq NATO-nun bir çox üzv ölkələri, eləcə də Türkiyə də bu bölgəyə qoşun hissələri göndərməyə hazırlaşır. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Kosovanın şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə bölgəyə hərbçilərin göndərilməsi barədə qərar qəbul edilib.  Nazirlik, həmçinin vurğulayıb ki, Türkiyənin BMT, NATO və ATƏT missiyaları, ikitərəfli əlaqələr çərçivəsində regionda sülhə və sabitliyə töhfə verməyə davam edəcək.  Kosovoda son prosesləri şərh edən bəzi ekspertlər iddia

"Hansı partiya yeni qanunun tələblərinə cavab verəcəksə, onun qeydiyyatı reallaşacaq. Hansı partiya ki, tələblərə cavab verməyəcək, onların qeydiyyata alınmaması ehtimalı böyükdür”. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında” yeni qanunda konkret olaraq şərtlər göstərilib və bütün partiyalar həmin şərtlərə əməl etməlidir: "Bu şərtlər daxilində də partiyaların bundan sonra qeydiyyatdan keçməsi proseduru həll olunmalıdır. Hansı partiyaların qeydiyyata alınıb, hansının qeydiyyata alınmaması haqqında indidən fikir demək düzgün olmaz. Hesab edirəm ki, bu barədə danışmaq doğru da deyil. Köhnə