AMİP-30
a

KİV

“Zəngəzur dəhlizi təkcə bir yol deyil. Bu dəhliz tarixin bərpa etdiyi ədalət xəttidir. Bu yol yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir, eyni zamanda Türk dünyasını birləşdirir, Şərqlə Qərbi qovuşdurur, Avrasiyanın siyasi-iqtisadi xəritəsini yenidən cızır. Bu reallığı görməmək artıq sadəlövhlük deyil, siyasi korluqdur”.  Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, bu gün Zəngəzur dəhlizi açılmasa da, fakt budur ki, nəqliyyat blokadasını Azərbaycan  tədricən aradan qaldırmaqdadır. “Ermənistan ərazisinə yüklər Azərbaycan üzərindən daşınır. Daha da irəli gedilib Azərbaycan nefti Ermənistana idxal olunmağa başlanıb. Bu,

“Qarşıda Mərkəzi Seçki Komissiyası, Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarının yeni tərkibdə formalaşdırıması kimi vacib iş dayanır. Milli İstiqlal Partiyasında buna hazırlıq işləri həyata keçirilir”. Bu barədə Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə məlumat verib. A.Əlizadə bildirib ki, partiyanın təşkilatları ilə iş aparılır, seçki komissiyalarında AMİP-i təmsil edəcək şəxslər müəyyən edilir: “Partiyanı seçki komissiyalarında layiqincə təmsil edən şəxslərin siyahısını indidən müəyyənləşdiririk”. Qeyd edək ki, Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı,

“Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”.  Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəldib:  “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.  Vaxtilə

Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O, Azərbaycan yanacağı almaq üçün yaranan növbələr barədə məlumat alıb. “Sülh bərqərar olub, əməkdaşlıq cəhdləri var, amma bu, hələ lazım olan yolu tam keçdiyimiz demək deyil. Ermənistan Azərbaycanla birbaşa ticarət əlaqələrinin qurulması məsələsini müzakirə edir. Hesab edirəm ki, biz sülhün institusionallaşması istiqamətində nə qədər irəliləsək, cəmiyyətimizdəki psixoloji baryerlər bir o qədər aradan qalxacaq və əməkdaşlıq təcrübəsi artdıqca bu cür ssenarilər daha real görünəcək”, deyə Mirzoyan vurğulayıb. Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh

Hazırda Azərbaycanda 26 partiya fəaliyyət göstərir. Zaman-zaman partiyaların fəaliyyətləri ciddi şəkildə müzakirə olunur. Müəyyən zamanlarda partiyaların fəaliyyətinə tənqidi yanaşmalar da özünü göstərir. Bu il siyasi partiyaların özləri üçün necə yadda qaldığı, hansı yeniliklərin olduğu isə maraq doğurur. Modern.az bununla əlaqədar olaraq, partiyalar arasında sorğu keçirib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Yola saldığımız il partiyamız üçün uğurlu oldu. 2024-cü ildən parlamentdə təmsil olunduğumuzdan partiyamızın fəaliyyətinin bir hissəsi bu istiqamətə yönəldilib. Eyni zamanda bələdiyyə seçkilərində iştirak etmişik. 2025-ci il növbəti qurultay ili olduğu üçün mart-aprel aylarından başlayaraq qurultaya hazırlıq üzrə

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Arzuxan Əlizadə oğlu Orxan Əlizadənin Xətai rayon məhkəməsinin hakimi təyin edilməsinin müzakirə yaratmasına münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, oğlu Orxan Əlizadə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. A.Əlizadə xatırladıb ki, O.Əlizadə 1 il Naxçıvanda hərbi xidmət keçib: “Qayıdandan sonra isə hazırlaşaraq prokurorluq orqanlarına sənədlərini təqdim etdi və ölkə üzrə ən yüksək nəticə qazandı. Sonrakı mərhələdən də keçdi, lakin həmin dövrdə, görünür, müəyyən məsələlər nəzərə alınaraq prokurorluq orqanlarına qəbulu ilə bağlı mənfi mövqe sərgiləndi. Sonradan dövlət qulluğuna

Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib ki, Minsk Qrupunun məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi: “Mən 17 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə

"Azərbaycan beş il əvvəl 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad edərək böyük Zəfər qazandı. Daha sonra isə bir günlük antiterror əməliyyatları ilə Qarabağdakı separatçı rejimin varlığına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da regionda yeni reallıqlar yarandı. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra çox acınacaqlı və dəhşətli bir mənzərə ilə qarşı-qarşıya qaldıq. Faktiki olaraq düşmən 30 il ərzində bütün infrastrukturu sıradan çıxarmış, yaşayış evləri, inzibati binalar, hətta məzarlıqlar, yəni ərazidə nə varsa hamısı yerlə-yeksan edilmişdir”. Bu barədə 525.az-a

Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi ərazi uzun illərdir cəmiyyətin müzakirə mərkəzindədir. Belə ki, paytaxtın əsas giriş-çıxış nöqtələrindən biri olan bu nəqliyyat qovşağının şəhərsalma baxımından əlverişli mövqedə yerləşmədiyi, ətraf ərazilərdə nəqliyyat sıxlığı yaratdığı və sərnişin rahatlığı baxımından müasir tələblərə tam cavab vermədiyi tez-tez vurğulanır. Bütün bu müzakirələr fonunda avtovağzalın yerinin dəyişdirilib-dəyişdirilməməsi məsələsi də gündəmə gəlir. Bir çoxlarının fikrincə, mövcud məkan optimal hesab edilə bilməz və alternativ ərazilərə köçürülməsi daha məqsədəuyğun ola bilər. Belə olan halda isə hansı istiqamətin daha uyğun olacağı sualı aktuallaşır. Bununla yanaşı, avtovağzalın

Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib. Daha sonra dövlət başçısı bunları qeyd edib: “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon