Arzuxan Əlizadə: “Fransanın məqsədi odur ki, regionda daim münaqişəli vəziyyət hökm sürsün”
Bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün əlverişli imkan yaranıb. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror tədbirləri nəticəsində regionda 30 ildən çox davam edən münaqişənin bitməsi, Ermənistanın Qarabağ daxil olmaqla ərazi bütövlüyümüzü tanıması, qondarma qurumun özünü buraxması sülh sazişinin imzalanmasını yaxınlaşdırır. Lakin regionda marağı olan Fransanın aktivləşməsi onu göstərir ki, rəsmi Paris bölgədə sabitliyin yaranmasında maraqlı deyil. Bu da Fransanın ənənəvi imperiya siyasətinə əsaslanır. Çünki Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox, müharibə,
Azərbaycanın şəffaf beynəlxalq siyasəti: Dəstək qazanır
“Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf, birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı deyib. Qeyd edək ki, Azərbaycan müstəqil olduqdan sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Rəsmi Bakı illərdir ki, aparıcı beynəlxalq təşkilatlar və xarici dövlətlərlə yaxşı müasibətlər qurmağa nail olub. Beynəlxalq aləmdə dost adlandırdığımız ölkələrin sayının çox olması da buna real nümunədir. Məhz bunun məntiqi nəticəsidir ki, müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli
BMT missiyası Qarabağa gəldi – Azərbaycanın əsas gözləntisi nədir?
Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Missiyanın gəlişi ilə bağlı aşağıdakı məsələlər bir daha gündəmə gəldi: 1. Azərbaycan şəffaflığı təmin etdi və bir daha xoş niyyətini, humanistliyini nümayiş etdirdi və göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur. 2. Azərbaycan erməniləri çıxartmır, onlara hər hansı təzyiq göstərilmir, onlar öz xoşları ilə gedirlər. 3. Onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. 4. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiq
Müxalifət İlham Əliyevin qəti Qarabağ qələbəsini etiraf etsə nə olar?..
Etiraf edilməlidir ki, Prezident İlham Əliyev Qarabağ problemini kökündən həll etməklə Azərbaycana böyük uğur qazandırıb. Təbii, bu məsələdə ordunun da rolu danılmazdır. Bu, həm də böyük diplomatik qələbədir ki, dünya gücləri Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul edir. Bütün bu proseslərə bilavasitə İlham Əliyev rəhbərlik edib. Ancaq maraqlıdır ki, radikal müxalifət bunu dilə gətirmək istəmir. 44 günlük qələbəni əldə edəndə məhz onlar deyirdi ki, qələbəmiz yarımçıqdır: çünki Xankəndi, Əsgəran, Ağdərə, Xocalı yoxdur. İndi hamısı var, ancaq radikal müxalifətin yenə etirafı yoxdur. Bəyəm göz qabağında olan bu
Afsəddin Nəbiyev: “Ermənistan Rusiyadan qopmaq üçün sözün həqiqi mənasında tarana gedir”
Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib. Belə ki, Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər. Beləliklə, Rusiya rəhbərliyinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə salınıb. Ermənistanın bu addımından sonra Rusiya Xarici İşlər Nazirliyinin reaksiyası gecikməyib. Rusiya XİN-i bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statutla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb.
Arzuxan Əlizadə: “Makron bu açıqlaması ilə Qranada görüşünü indidən birbaşa zərbə altında qoyur”
Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir” bəyanatına münasibət bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb: “Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan”. Qeyd edək ki, Fransa prezidenti Makron Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirərək deyib ki, Bakı bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid edir. Ölkəsinin Ermənistanın ərazi bütövlüyünə çox diqqətli olduğunu bildirən Makron deyib: “Bu gün Azərbaycanla şərik
Partiya sədri: “Rusiya Vardanyanı Qarabağdan çıxara bilərdi, amma…”
"Bilməyənlər üçün xatırlatmaq istəyirəm ki, Ruben Vardanyan erməniəsilli Rusiya vətəndaşı idi. Vardanyan Rus oliqarxların çirkli pullarını yumaqla varlanmışdı. Əslində heç kimə sirr deyil ki, İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra Ruben Vardanyan Rusiyanın emisarı olaraq Qarabağa göndərilmişdi. O, Qarabağa gələrkən Rusiya vətəndaşlığından imtina etdiyini də rəsmi şəkildə bəyan etmişdi. Guya sonuna qədər Qarabağdakı keçmiş qondarma qurumun və separatçıların yanında olacağını bildirmişdi". Bunu TNS-ə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, Vardanyanın Qarabağa gəlməkdə məqsədi orada hakimiyyəti ələ almaq