NIPA-30
a

January 2026

Baş nazir Nikol Paşinyan bəyan edib ki, Azərbaycan 4 erməniəsilli şəxsi Ermənistana təhvil verib. Onun sözlərinə görə, bu şəxslər Gevorq Sujyan, Davit Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryandır. Bu proses Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir. Burada diqqəti çəkən məqam odur ki, hələ də sülh istiqamətində Azərbaycan ard-arda praktiki addımlar atır. İlk olaraq ötən ilin oktyabrında Azərbaycan Qazaxıstan və Rusiya taxılının Ermənistana daşınmasına icazə verdi. Daha sonra Azərbaycan özü bir neçə partiya Ermənistana qatarlarla neft məhsulları göndərdi. İndi də erməniəsilli şəxsləri

Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir. Bunu İranın İrəvandakı səfiri Xalil Şirqolami mətbuat konfransında deyib. O xatırladıb ki, “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”. Səfir TRIPP-lə bağlı isə bunları deyib: “Tehran bu təşəbbüsün ABŞ tərəfindən İrana qarşı fəaliyyətlərdə istifadə oluna biləcəyindən ehtiyat edir”. Səfir onu da qeyd edib ki, İranın bu mövqeyi artıq Ermənistan tərəfinə çatdırılıb və tərəflər “Tramp Marşrutu”nun miqyasını və mahiyyətini anlamaq üçün mövzunu mütəmadi əsasda müzakirə etmək barədə razılığa gəliblər. Görünən odur ki, İranın Zəngəzur

İranda etirazlar davam edir. Qərb mətbuatı yazır ki, əsas problem İran rejimi deyil, rejimin mümkün süqutundan sonra yaranacaq xaosdur və Trampın qəti addım atmasını da bu ehtimal tormozlayır. Proseslər uzandıqca qeyri-müəyyənlik də artır. Molla rejiminin budəfəki böhrandan çıxa biləcəyi böyük sual altına düşüb. Ölkəni uzun müddətli xaos təhlükəsi gözləyir. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranda etirazlar səngimir və daha da geniş miqyas alır: “İranda internet bağlantılarına məhdudiyyət qoyulub və artıq İrana zənglər də etmək mümkün deyil ki, daha müfəssəl

"Mövcud qanunvericiliyə əsasən, üç il tamam olduqdan sonra imtiyazlar dayandırılır. Bu çərçivədə kommunal xərclər üçün verilən ödənişlər də kəsilir. Ağalıya köçən bacı və qardaşlarımızın bir hissəsi artıq öz dədə-baba yurdlarına qayıdıb". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  O bildirib ki, Ağalı ilk məskunlaşmanın baş verdiyi qəsəbələrdəndir və burada artıq üç il tamam olduğu üçün güzəştlər dayandırılıb: "Bu məsələ ilə bağlı aidiyyəti şəxslərlə əlaqələrimiz var. Zəngilan təşkilatının sədri də Ağalıda yaşayır və onunla mütəmadi təmasdayıq. Bu, qanunvericilikdə açıq şəkildə nəzərdə tutulmuş məsələdir. Faktiki olaraq, bununla bağlı hər

ABŞ prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib. ABŞ Prezidenti vurğulayıb ki, etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv edib. TruthSocial sosial şəbəkəsində paylaşım edən Tramp iranlıları etirazları davam etdirib, dövlət institutlarını ələ keçirməyə çağırıb: “Qatillərin və istismarçıların adlarını yadda saxlayın. Onlar çox böyük hesab ödəyəcəklər. Mən etirazçıların mənasız qətlləri bitməyənə qədər iranlı məmurlarla bütün görüşləri ləğv etmişəm. Yardım artıq yoldadır”. Maraqlıdır, bundan sonra nə gözlənilir? İran geri addım atacaqmı? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədri,

“Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər

“8 avqust 2025-ci il Vaşinqton razılaşmasından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Bu reallığın əsas memarı məhz Azərbaycan olub. Bakı yaranmış imkanları və çağırışları düzgün qiymətləndirərək regionda dayanıqlı sülh, təhlükəsizlik və əməkdaşlıq formatının institusional əsaslar üzərində qurulmasına yönəlmiş ardıcıl siyasət yürüdür. Artıq bu siyasətin konkret nəticələri görünməkdədir”.  Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, yeni regional reallığın mərkəzində duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin edilməsidir. “Prezident İlham Əliyevin yerli mediaya verdiyi

Kremlin ən tanınmış təbliğatçılarından biri olan Vladimir Solovyov Rusiyanın Ermənistana qarşı “xüsusi hərbi əməliyyat” (Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını adlandırmaq üçün istifadə etdiyi termin) başlatmaqda haqlı ola biləcəyini irəli sürüb. Buna görə Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub. Həmçinin, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Solovyovun açıqlamalarına sərt reaksiya verərək onu “it” adlandırıb. Rubinyan qeyd edib ki, “it hürür, karvan gedir”. Görünən odur ki, Rusiya-Ermənistan münasibətləri gərginləşir. Sözügedən məsələni bakı-xeber.com-a şərh

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bir sıra aktual məsələlərə toxunulub. Bunlardan biri də su problemləri ilə bağlıdır. Bu istiqamətdə görüləcək işlər nədən ibarət olacaq? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, müşavirədə müzakirə olunan məsələlər xüsusi aktuallıq daşıyır: “Çünki dünyada su qıtlığı problemi getdikcə dərinləşir və gələcəkdə ciddi risklər yarada bilər. Bu baxımdan ölkəmizdə su təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi prioritet məsələ kimi qiymətləndirilir. Prezidentin iştirakı ilə keçirilən müşavirədə də mövcud vəziyyətə aydınlıq gətirilib, qarşıdakı dövrdə görüləcək işlər üzrə konkret tapşırıqlar verilib. Qeyd olunub ki, Bakı və onun qəsəbələrini, Sumqayıt

"İranda yanvarın ikisindən baş qaldıran proseslər səngimir, əksinə, artan dinamika üzrə inkişaf edir. İlk növbədə bizi, təbii ki, Cənubi Azərbaycanla bağlı məsələ narahat edir. Çox təəssüflər olsun ki, bu gün Cənubi Azərbaycanda proseslərə rəhbərlik edə biləcək lider yoxdur. Zamanında bir çox təşkilatlar formalaşıb, partiyalar da var idi. Formalaşan bu təşkilatların bir hissəsi  Cənubi Azərbaycanın müstəqilliyini istəsə də, digər hissəsi İran daxilində demokratik dəyişiklikləri istəyərək yola çıxıb. Demək olar, heç biri bir-biri ilə hansısa məsələdə uzlaşmır, bir-birini qəbul etmir. Bu, acı reallıqdır. Buna görə də