“Bu, ölkəmizin ən təhlükəsiz dövlətlər sırasında olduğunu göstərir” – DEPUTAT
““Global Terrorism Index 2026” -cı il hesabatına əsasən Azərbaycan terror təhlükəsinə görə 93-cü yerdə qərarlaşması ölkəmizin ən təhlükəsiz dövlətlər sırasında olduğunu göstərir". Bunu Hafta.az-a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib. “Hesabatda vurğulanır ki, hazırda Azərbaycan təhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrlə müqayisədə böyük uğurlar əldə edib. Ölkədə günün istənilən vaxtı rahatlıqla küçəyə çıxmaq mümkündür, gecə saatlarında belə istənilən yerə getmək təhlükəsizdir. Bu yalnız yerli sakinlər tərəfindən deyil, ölkəyə gələn turistlər və xarici qonaqlar tərəfindən də təsdiqlənir”, - deputat deyib. Deputat qeyd edib ki, Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində erməni terrorizminin
Azərbaycanın adı dəyişdirilməlidir? – Deputatın təklifinə həmkarından reaksiya
Deputat Qüdrət Həsənquliyevin təklifi Milli Məclisdə müzakirəyə səbəb olub. Deputat bildirib ki, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adı dəyişdirilməlidir: "Yeni konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adı olmalıdır. Biz bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik. Ona görə bizim haqqımız yoxdur ki, Azərbaycan adına iddia edək. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır". Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Qüdrət Həsənquliyevin bu təklifi əvvəllər də səsləndirilib: "Azərbaycan iki hissəyə bölünüb. 1813 və 1828-ci Türkmənçay və Gülüstan müqavilələri Azərbaycan iki hissəyə bölünüb. Sonrakı dövrlərdə bu cür
“Aprel döyüşləri Ermənistanın Azərbaycana qarşı münasibətlərində dönüş nöqtəsi hesab oluna bilər” – RƏY
2016-cı ilin aprel ayında Azərbaycan Ordusu tarixə düşən mühüm bir hərbi-siyasi mərhələyə imza atdı. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq başlayan və qısa müddətdə genişmiqyaslı hərbi əməliyyatlara çevrilən Aprel döyüşləri Azərbaycan xalqının iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər təkcə hərbi uğur deyil, həm də illərlə davam edən işğal siyasətinə qarşı milli müqavimətin və haqq mübarizəsinin real nəticəyə çevrildiyi bir tarixi hadisə oldu. Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və yüksək mənəvi ruhunu ortaya qoymaqla
Afsəddin Nəbiyev: “Hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik sahəsindəki koordinasiya regionda sabitliyin ən böyük qarantıdır”
Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib. “Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”, - deyən dövlət başçısı vurğulayıb ki, həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bütün bunlar TDT-nin bölgədə gedən proseslərə necə təsir göstərdiyini və getdikcə bunun artdığını göstərir. TDT İran müharibəsində təsirli
Arzuxan Əlizadə: “Praqada Paşinyan Rusiyanın Qarabağla bağlı 200 illik mənfur siyasətinin üstündən xətt çəkdi”
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən ittiham səsləndirib. O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq qərarını məhz Putinin mövqeyindən sonra vermək məcburiyyətində qalıb. Paşinyanın sözlərinə görə, o bu addımı Vladimir Putinin regionun Bakıya məxsus olduğunu iki dəfə - həm şəxsən, həm də açıq şəkildə təsdiqləməsindən sonra atıb. Ermənistan baş naziri qeyd edib ki, bu bəyanatlar onun qərarına birbaşa təsir göstərib. Açıq hiss edilir ki, Putinlə Paşinyanın son görüşü çox gərgin keçib. Çünki tərəflərin danışıq tonu və ifadə tərzi
Ermənistanın labirinti: Paşinyan-Moskva dialoqu və Bakı-Ankara həqiqəti
“Paşinyanın 1 aprel tarixində Moskvaya səfəri və Vladimir Putinlə görüşü bir daha açıq şəkildə göstərdi ki, İrəvanla Moskva arasındakı münasibətlər dərin böhran içindədir. Görüş zamanı hər iki liderin əsəbi və bəzən sərt replikalara üstünlük verməsi yalnız şəxsi münasibətlərdən deyil, eyni zamanda iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və strateji fikir ayrılıqlarının açıq simvolu idi”. Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Putin görüşdə Ermənistana göstərilən yardımları və ticarət dövriyyəsini qabardaraq İrəvana xəbərdarlıq etdi: “Ticarət dövriyyəsi: Rusiya ilə Ermənistan arasında 2025-ci ildə
“Hakimiyyət bağışlamağı bacarmalıdır” – MÜSAHİBƏ
"Əvvəl problemləri Fazil Mustafaya deyirdim, indi özüm həll etməyə çalışıram"Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Modern.az-a geniş müsahibə verib: - Arzuxan müəllim, 2 ilə yaxındır ki, deputatsınız. Bu müddət bəzilərinə çox, bəzilərinə az gəlir. Siz nə deyə bilərsiniz? - Vaxt sürətlə keçir. Gündəlik görüşlər, tədbirlər istər-istəməz vaxtı tezləşdirir. Geriyə baxanda elə bilirəm ki, 5-6 ay keçib. - Milli Məclisdə İnsan hüquqları kimi önəmli komitənin sədr müavinisiniz. Son günlər bu komitədə süni intellektlə bağlı ciddi məsələlər müzakirə olunur. Sizcə, bu
“Avropa müharibənin iqtisadi təsirlərindən ehtiyat edir” – DEPUTAT
“Avropa ölkələri müharibənin iqtisadi nəticələrinin ciddi olacağını nəzərə alırlar”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ucuz enerji mənbələrindən məhrum olub və alternativ bazarlara yönəlib. Ərəb və Körfəz ölkələrindən enerji alınması artırılıb, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmağa başlayıb. İrana qarşı hərbi əməliyyatların başlanması bu prosesə yenidən mənfi təsir göstərib. Neft və qaz qiymətlərinin təxminən 60–70 faiz artması Avropa iqtisadiyyatına ciddi təsir edib. Almaniya, Fransa, İngiltərə və digər ölkələrdə yanacaq qiymətlərinin artması müşahidə olunur. Bununla yanaşı, bəzi Avropa ölkələri ABŞ və
AMİP-in fəxri lideri Etibar Məmmədova doğum günü təbriki
Hörmətli Etibar bəy, Doğum gününüz münasibətilə Sizi dərin hörmət və səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.Sizin siyasi fəaliyyətiniz Azərbaycan xalqının Azadlıq mübarizəsinin ən şərəfli səhifələri ilə sıx bağlıdır. 1980-ci illərin sonlarından etibarən milli Azadlıq hərəkatının önündə dayanmağınız, xalqın azadlıq iradəsinin formalaşmasına verdiyiniz töhfələr və Azərbaycanın müstəqillik əldə etməsi yolunda göstərdiyiniz qətiyyət tariximizdə silinməz iz qoymuşdur.1990-cı illərin çətin və taleyüklü dövründə dövlət quruculuğu prosesində fəal iştirakınız, Milli Ordunun formalaşmasına verdiyiniz töhfələr, milli maraqların müdafiəsi istiqamətində qətiyyətli mövqeyiniz
Deputatların 1 aprel zarafatları – SORĞU
1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir. Bu gün insanlar bir-birinə zarafat edərək, yalan xəbərlər yayaraq əylənirlər. Məhz bu günlə bağlı bir qisim millət vəkilinə başlarına gələn maraqlı hadisələri soruşduq. “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, son illərdə 1 aprel ilə bağlı onu aldatmaq üçün ciddi zarafat cəhdləri olmayıb: “Nəsə yadıma gəlmir ki, son illərdə məni 1 aprel günü ilə bağlı zarafatla aldatma cəhdləri olsun. Amma əvvəllər belə hallar olub. Xüsusilə