NIPA-30
a

August 2026

“Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini və iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Azərbaycan və Özbəkistanı ortaq tarix, milli-mənəvi dəyərlər və türk kimliyi ilə yanaşı, qarşılıqlı milli maraqlar da birləşdirir. Son illərdə əlaqələr siyasi münasibətlərdən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrə qədər genişlənib. Hesab edirəm ki, bu səfər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. O bildirib

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. - Zəngəzur dəhlizinin - TRIPP-in reallaşması İran-Ermənistan münasibətlərinə, Azərbaycanla İran arasındakı əlaqələrə və bütövlükdə Cənubi Qafqazda güc balansına necə təsir göstərəcək? - TRIPP-in reallaşması Cənubi Qafqazın nəqliyyat və geoiqtisadi xəritəsində ciddi dəyişikliklər yarada bilər. İlk növbədə, Azərbaycanla Naxçıvan arasında yeni bağlantının formalaşması regionun Şərq–Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirəcək. Bu proses İran üçün həm müəyyən çağırışlar, həm də yeni imkanlar yaradır. İran ərazisindən keçən marşrutlarla yeni formalaşacaq bağlantılar arasında rəqabət yarana bilər. Bununla belə, hesab edirəm, TRIPP Azərbaycan–İran münasibətlərinin mütləq

Ermənistanın yeni Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Armen Qriqoryanın vəzifədən azad edilməsinə münasibət bildirib. O, Qriqoryanın istefasının necə və nə vaxt bildirilməsi ilə bağlı qiymət verməyin düzgün olmadığını deyib. Simonyan Qriqoryanın siyasi və dövlət idarəçiliyindən kənarda qalmadığını vurğulayıb və onun gələcəkdə başqa vəzifədə dövlət xidmətinə qayıdacağına ümid etdiyini bildirib. “Armen bizim dostumuzdur. Əminəm ki, bir müddət sonra başqa statusda geri qayıdacaq və mən şəxsən bunu çox istəyirəm”, – deyə Simonyan qeyd edib. O, Qriqoryanın vəzifədən getməsinin onun siyasi gələcəyinin başa çatması kimi qiymətləndirilməməsini istəyib və bildirib

“Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əlaqələr artıq siyasi dialoqdan tutmuş iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələrə qədər geniş spektri əhatə edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də vurğuladığı kimi, iki ölkə arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan münasibətlər mövcuddur. Dövlət başçıları arasında sıx təmaslar və siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan-Özbəkistan əlaqələrinin davamlı inkişafı üçün mühüm siyasi baza formalaşdırır”. Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzuxan Əlizadə deyib. A.Əlizadənin sözlərinə

Azərbaycanla Böyük Britaniya arasında münasibətlər uzun illər ərzində formalaşmış və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrdir. Prezident İlham Əliyevin Böyük Britaniyanın yeni səfirini qəbul etməsi də bu münasibətlərin davamlılığını və iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərən mühüm məqamdır. Milli Məclisin deputatı Arzuxan ƏLİZADƏ qəzetimizə açıqlamasında deyib ki, yeni səfirin fəaliyyətə başlaması Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradır: "Böyük Britaniya Azərbaycanın Avropadakı mühüm tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlığımızın böyük tarixi və strateji əhəmiyyəti var. Azərbaycan uzun

Cənubi Qafqazda yeni nəqliyyat və təhlükəsizlik arxitekturasının formalaşması fonunda İranın TRIPP layihəsinə qarşı ritorikası yenidən sərtləşir. İranın ali hərbi rəhbərliyinə yaxın mövqedə dayanan general-mayor Yəhya Rəhim Səfəvinin layihənin hazırkı formatını İran üçün təhlükə adlandırması və ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisində təhlükəsizlik məsuliyyəti daşıması halında Tehranın “müvafiq tədbirlər görmək” hüququnu saxladığını açıqlaması bölgədə yeni suallar yaradıb. Maraqlıdır, region İran üzərindən hansı dalğalarla üz-üzədir? Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. - Zəngəzur dəhlizinin - TRIPP-in reallaşması İran-Ermənistan münasibətlərinə, Azərbaycanla İran arasındakı əlaqələrə və bütövlükdə Cənubi Qafqazda güc balansına necə

Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (Misli Premyer Liqası) legioner limiti tətbiq olunmur, yəni meydandakı 11 oyunçunun 11-i də əcnəbi ola bilər. Yüksək dəstədəki heyətlərə nəzər salanda legioner bolluğuna şahid olursan. “Qarabağ” və “Sabah” komandalarında 22 futbolçunun 16-sı legionerdir. “Neftçi” komandasında 21 futbolçunun, “Turan Tovuz” komandasında 18 futbolçunun 13-ü, “Araz-Naxçıvan” komandasında 21 futbolçunun 12-si əcnəbidir. “Qəbələ” komandasında 22 futbolçunun, “Şamaxı” və “Şəfa” komandalarında 23 futbolçunun 10-u, “Zirə” və “Sumqayıt” komandalarında 18 futbolçunun 9-u, “İmişli” komandasında 21 futbolçunun, “Kəpəz” komandasında 24 futbolçunun 8-i Azərbaycan vətəndaşı deyil. Legioner sayına məhdudiyyət qoymamaq

Son günlər Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyin artıq diplomatik narazılıq çərçivəsini aşaraq informasiya qarşıdurması müstəvisinə keçdiyi müşahidə olunur. Rusiya media məkanında Azərbaycana, onun suverenliyinə və dövlət rəhbərliyinə qarşı artan təhdid ritorikası Bakının adekvat və sərt reaksiyası ilə qarşılanır. Azərbaycan Rusiya informasiya məkanında açıq-aşkar düşmənlik və təhdid nitqləri ilə çıxış edən şəxslərə qarşı hüquqi müstəvidə qətiyyətli tədbirlər görməyə başlayıb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ölkəyə qarşı açıq şəkildə ərazi bütövlüyünü şübhə altına alan, nifaq toxumu səpən 3 rusiyalı jurnalist və ekspert barəsində həbs qətimkan tədbiri seçilib, onlar

“Azərbaycan bütün qonşuları ilə, o cümlədən Rusiya ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında normal, mehriban və qarşılıqlı hörmətə söykənən qonşuluq münasibətlərinin tərəfdarıdır”. Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Bakının xarici siyasətinin əsas istiqamətlərindən biri məhz qonşularla, həmçinin dünya ölkələri ilə qarşılıqlı suverenliyə hörmət, daxili işlərə qarışmamaq və dövlətlərarası münasibətlərdə konstruktiv dialoqu qorumaqdır: “Lakin təəssüf doğuran məqam odur ki, zaman-zaman Azərbaycanın bu siyasətinə adekvat olmayan addımların şahidi oluruq. Son günlər Rusiyada Azərbaycana qarşı səsləndirilən bəzi fikirlər artıq adi

“Azərbaycan Mətbuat Şurasının bəyanat yayması, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun Xarici İşlər Nazirliyinə çağırılması Azərbaycanın haqlı narazılığının ifadə olunmasıdır və Rusiya tərəfi bunu nəzərə almalıdır”. Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib. O, qeyd edib ki, Rusiya informasiya məkanında Azərbaycana qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılması ciddi narahatlıq doğuran məsələdir: “Burada söhbət artıq ayrı-ayrı jurnalistlərin və ya media nümayəndələrinin şəxsi mövqeyindən gedə bilməz. Çünki belə materialların müxtəlif media resurslarında ardıcıl və təkrar şəkildə yayımlanması məsələyə daha geniş siyasi