“Mart qırğınları etnik təmizləmə siyasətinin tərkib hissəsi olub” – Deputat
"Erməni millətçiləri uzun illər “Böyük Ermənistan” ideyası ilə hərəkət edərək azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. 1905-ci ildən başlayaraq, xüsusilə 1918-ci ildə daha geniş coğrafiyanı əhatə edən kütləvi qırğınlar baş verib, bu hadisələr faktiki olaraq azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti ilə davam edib". Bunu Missiya.Az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, xüsusilə 1918-ci ilin mart–aprel aylarında baş verən hadisələr daha faciəvi xarakter daşıyıb: "Həmin dövrdə Bakı Kommunasının mandatını alan daşnak dəstələri qısa müddət ərzində Bakı quberniyasında, eləcə də Şamaxı, Lənkəran, Qarabağ, Zəngəzur, Quba və Xaçmaz
Deputat: “O zaman tam alnıaçıq olarıq ki, ermənilərin törətdiyi faciələri unutmayaq”
“Tarixi ədalətin tam bərpası yalnız o halda mümkün olacaq ki, erməni faşizminin törətdiyi cinayətlər dərindən araşdırılsın və faktlarla beynəlxalq ictimaiyyətə çatdırılsın. Onların nəyə qadir olduqları aydın şəkildə göstərilsin ki, bu cür faciələr bir daha təkrarlanmasın”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 108 il ötməsi ilə bağlı danışarkən deyib. O qeyd edib ki, 1998-ci ildən sonra faktiki olaraq bu faciələri tam olaraq ciddi tarixi araşdırmalarla üzə çıxarmaq imkanları əldə edilib: “Bu tarix Azərbaycanda soyqırımı qurbanlarının anım günü
31 Mart bütöv bir millətin varlığına qəsd, sükuta qərq olmuş fəryadın adıdır – ŞƏRH
Erməni millətçiləri uzun illər boyu “Böyük Ermənistan” xülyası ilə silahlanaraq azərbaycanlılara qarşı soyqırımılar törədiblər. 1905-ci il, daha sonra 1918-ci ildə daha geniş coğrafiyanı əhata edən qırğınlar azərbaycanlıların etnik təmizlənməsi prosesi ilə davam edib. Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Millət vəkili bildirib ki, xüsusilə 1918-ci ilin mart-aprel aylarında bu qırğınlar daha faciəli olub: “O vaxtlar Bakı kommunasının mandatını alan “daşnaklar” bir neçə ay ərzində Bakı Quberniyasında, Şamaxı, Lənkəran, Quba, Xaçmaz, Qarabağ, Zəngəzurda çox böyük faciələr törədiblər. Bu qısa müddət ərzində 30 mindən çox azərbaycanlı
Etibar Məmmədov və Arzuxan Əlizadə Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak ediblər – FOTOLAR
Azərbaycan mədəniyyətinin görkəmli siması, bənzərsiz sənətkar, Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib. Azərbaycan Milli Akademik Dram Teatrında təşkil olunan mərasimdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, ictimai-siyasi xadimlər də iştirak edərək sənətkarın xatirəsini ehtiramla yad ediblər.Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov və AMİP sədri, millət vəkili Arzuxan Əlizadə vida mərasiminə qatılaraq mərhumun ailə üzvlərinə, yaxınlarına və sənət dostlarına dərin hüznlə başsağlığı veriblər.Görkəmli aktyorun vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi qiymətləndirən partiya rəhbərliyi, Rasim Balayevin yaratdığı
Unudulmaz sənətkarımızın xatirəsi qəlbimizdə daim yaşayacaqdır – AMİP
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev əbədiyyətə qovuşub.Rasim Balayev Azərbaycan mədəniyyət və incəsənətində dərin iz qoymuş, bənzərsiz istedadı ilə milyonların sevgisini qazanmış böyük sənətkarlarımızdandır. Onun xüsusilə tarixi qəhrəmanlarımızı canlandırdığı çoxsaylı obrazlar Azərbaycan kinosunun qızıl fonduna əbədi miras kimi həkk olunub. Çəkildiyi filmlərdə yaratdığı Babək, Nəsimi kimi obrazlar gələcək nəsillər üçün vətənpərvərlik və sənətkarlıq məktəbi olaraq qalacaqdır.Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov və
“Samvel Karapetyan Rusiyanın növbəti emissarlarından biridir” – DEPUTAT
Bu il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik də artır. Artıq "Ermənistan" bloku tərəfindən sabiq prezident Robert Köçəryanın Baş nazir postuna namizədliyi irəli sürülüb. Revanşistlərin və daşnakların birgə hərəkət etməsi onu göstərir ki, onlar seçkiləri nə yolla olursa olsun, qazanmağa, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Eyni zamanda, hazırda ev dustaqlığında olan ikili vətəndaşlığa sahib (Rusiya, Ermənistan) iş adamı Samvel Karapetyanın sədri olduğu "Güclü Ermənistan" partiyası ilə birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi partiyası arasında əməkdaşlıq barədə də məlumatlar var. Avropa İttifaqı
Arzuxan Əlizadə: “İran narkotik trafiki ilə Azərbaycanın genefonduna təhdid yaradır”
"Azərbaycanla normal qonşuluq münasibətlərində maraqlı olduğunu iddia edən İran bunun əksini nümayiş etdirir. Biz otuz ildə Tehranın İrəvana dəstəyinin şahidi olduq. Özünün Azərbaycanın din qardaşı kimi təqdim edən İran İslam dininə qarşı düşmənlik edən, Qarabağda 65 məscidi dağıdan ermənilərə dəstək verir". Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. "Ermənistan da dəfələrlə etiraf edib ki, İranın dəstəyi olmadan ayaq üstə qala bilməzdi. Onu da nəzərə almaq lazımdır ki, Tehranda səfirliyimizə hücum edən terrorçu hələ də ölüm hökmünə məruz qalmayıb.
Sosial yayımlarda saxta təqdimatlar
Son illərdə texnologiyanın sürətli inkişafı sosial medianın məzmun istehsalında da yeni mərhələ yaradıb. Artıq internet istifadəçiləri gündəlik olaraq müxtəlif videolar, reklamlar və şəkillərlə qarşılaşırlar. Bu materialların əhəmiyyətli hissəsi isə süni intellekt (Aİ) vasitəsilə hazırlanır. Xüsusilə sosial şəbəkələrdə yayılan bəzi videolar və fotolar ilk baxışda real görünsə də, əslində, süni intellekt məhsulu olur. Bu isə informasiya mühitində həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. Süni intellekt proqramları reklam, kino, media və təhsil sahələrində böyük imkanlar açır. Məsələn, reklam şirkətləri məhsullarını daha kreativ şəkildə təqdim edə,