Budapeştdə vacib sənəd: “Türk dövlətləri gələcəkləri ilə bağlı mənfi ehtimalları sıfıra endirdilər”
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə 71 bənddən ibarət Bəyannamə imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış sənədlə dövlət başçıları türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional
Afsəddin Nəbiyev: “Gürcüstana qarşı sanksiyaların tətbiq olunmasının heç bir məntiqi yoxdur”
Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib. Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub. Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi ləğv edib. Litva, Latviya və Estoniya ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib. Avroittifaq son vaxtlar Orta Asiyanın enerji resursları və nəqliyyat daşımalarında Rusiyadan yan keçən mərşrutlara üstünlük verir, o biri tərəfdən Gürcüstana sanksiyalar tətbiq edir. Orta Dəhliz, enerji
Ərdoğan namizəd olmayacaq, yeni prezident onlar ola bilər – ADLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə namizəd olmayacağını açıqlayandan sonra onun yerinə ən real namizədlərin kim olması barədə müzakirələr genişlənib. Bu barədə Demokrat.az-a danışan AMİP sədri, deputat Arzuxan Əlizadə bildirib ki, əgər Ərdoğan belə bir açıqlama verdisə, mütləq bir varisi var: “Ərdoğan əslində Türkiyə qanunvericiliyinə əsasən, növbəti seçkilərdə iştirak edə bilər. Əgər növbədənkənar seçkilər olsa, namizəd ola bilər. Türkiyədə növbəti seçkilərin öz zamanında, yoxsa növbədənkənar olacağını proqnozlaşdırmaq mümkün deyil. Əgər Ərdoğan namizəd olmayacağını deyirsə, deməli özünün varis planı var. Bir neçə nəfərin adı hallanır. Bu sırada Hakan
Azərbaycan: Avropa ilə Asiya arasında KÖRPÜ
“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”. Bu sözləri 21 mayda Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev deyib. Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur: “Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq
Türkiyədən MÜHARİBƏ XƏBƏRDARLIĞI – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR
Türkiyə hökumətinin PKK-nın tərksilahı ilə bağlı atdığı son addımlar bir sıra xarici qüvvələri əməlli-başlı çaşdırıb. Onlar hər vəclə çalışırlar ki, terror problemi birdəfəlik başa çatsın. Xatırladaq ki, “Terrorsuz Türkiyə” prosesində PKK-nın tərksilahının 4 aya tamamlanması gözlənilir. Lakin Ankara İsrail və İranın “Terrorsuz Türkiyə” hədəfinə zərər verə biləcəyini nəzərə alaraq bu barədə hər iki ölkəyə sərt şəkildə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilir ki, həmin güclər prosesə əngəl olacaqları təqdirdə, Ankara bunu müharibə səbəbi kimi qiymətləndirəcək və sərt şəkildə reaksiya verəcək. Məlumatda deyilir ki, İsrail kürdləri bölgədə proksi qüvvəyə çevirməyə çalışır,
“Bu gedişlə Trampın Ukrayna ilə bağlı danışıqlarda ədalətli bir nəticə əldə edəcəyini görmürəm…”
“Putinin məqsədi Ukrayna ordusunu tükəndirmək və əhalini müharibə vəziyyətindən bezdirməkdir ki, son nəticədə xalq ayağa qalxıb hakimiyyətə qarşı çıxsın və Zelenskini faktiki Rusiyaya tabe olan bir fiqurla əvəz etsinlər
Rəşad Bayramov: “İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur”
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib ki, Ermənistan gec-tez Azərbaycanın şərtləri ilə razılaşacaq: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq. Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk
Prezidentin Budapeştdən verdiyi “gec-tez məcbur olacaqlar” mesajı belə oxunmalıdır – Açıqlama
“Müasir qlobal tendensiyaları nəzərə alan Azərbaycan yerləşdiyi geosiyasi vəziyyətə uyğun olaraq yürütdüyü çoxtərəfli diplomatiya və multilateralizm siyasəti nəticəsində bütövlükdə təmsil etdiyi bölgədə sabitliyə, təhlükəsizliyə, inkişafa töhfə verməklə Avrasiya coğrafiyasında ciddi əməkdaşlıq körpüsü rolunu oynayan mərkəzə çevrilib. Milli maraqlara söykənən bu xarici siyasət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Azərbaycan “konsensus diplomatiyası”ndan fayadalanraq kompromislər nəticəsində Cənubi Qafqazı bir-birinə rəqib və zidd olan güclər arasında əməkdaşlıq və dialoq mərkəzinə çevirə bilib. Yürüdülən uğurlu
Diplomatiyadan əməkdaşlığa: Bakı ilə Madrid arasında güclənən körpü
Zaman dəyişir, dünya yenilənir, beynəlxalq münasibətlər isə bu dinamik fon üzərində daim yenidən formalaşır. Belə bir dövrdə Azərbaycan öz xarici siyasətini tarazlı, çoxşaxəli və prinsipial mövqe üzərində quraraq, beynəlxalq aləmdə güclənən nüfuzunu daha da möhkəmləndirir. Xüsusilə də Avropa İttifaqı ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Bu baxımdan İspaniya ilə qurulan tərəfdaşlıq münasibətləri təkcə diplomatik əlaqə deyil, həm də strateji əməkdaşlığın real təzahürüdür. İspaniya Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, həm də Qərblə Şərq arasında körpü rolunu oynayan mühüm aktordur.
“Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz bölgələri üzərində həm tarixi, həm də hüquqi iddiası var”- Deputat
Ermənistanın hazırkı Konstitusiyası gələcəkdə Azərbaycana qarşı təcavüzün hüquqi zəmini kimi qorunub saxlanılırsa, sülh yalnız illüziyadır. Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu reallığı açıq şəkildə bəyan edir.Ermənistanın konstitusiyasının dəyişdirilməsi sülh üçün əsas şərtdir. Bu, təkcə siyasi iradə deyil, Azərbaycanın milli təhlükəsizliyini təmin etmək üçün legitim tələbidir. Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib. Deputat bildirdi ki, Ermənistanın 1991-ci ildə qəbul etdiyi Müstəqillik Aktında Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərinə iddialar öz əksini tapmışdır: “Hazırda qüvvədə olan Ermənistan Konstitusiyasının preambulasında da həmin Müstəqillik