Ermənistanın müharibə aparmaq gücü yoxdur – Rəşad Bayramov
Regionda yaradılan mövcud sabitlik məhz Avropa İttifaqı missiyasının müşahidəsi altında dəyişir. Sülh müqaviləsinin imzalanması üçün işğalçı Ermənistanı “qələm tutmağa” hazırlamaq əvəzinə, silahlandırması və müxtəlif qərəzli çıxışlarla qışqırtması böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərini ortaya qoyur. Bu dəfə Qərb, Avropa Ermənistan maşasını açıq-aşkar közün içinə salıb qarışdırır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib. – Ermənistanın Azərbaycan sərhədində törətdiyi silahlı təxribat – sərhədçimizin snayperlə vurulması faktı hansı reallığı ortaya qoydu? – Ermənistanın son təxribatları bu ölkənin sülhə hazır olmadığını göstərir.
Paşinyan niyə tələsir? (ŞƏRH)
"Növbədənkənar parlament seçkiləri, həm də Konstitusiya dəyişikliyi asağı-yuxarı eyni məqsədə xidmət etdiyindən Nikol Paşinyan hər ikisini sülh müqaviləsi imzalanmasından öncə etməyi planlaşdırır". Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Elşən Mustafayev Ermənistanda Konstitusiya dəyişikliyilə bağlı referendumla yanaşı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyilə bağlı yayılan fikirləri şərh edərkən deyib. Elşən Mustafayev bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin 2024-cü ilin ortalarında keçirilə biləciyi ilə bağlı fikirlər hələ 2023-cü ilin sonlarından gündəmə atılmışdı: "Maraqlısı o idi ki, bu fikirlər hakim partiyaya yaxın dairələr və mətbuat tərəfindən dövriyəyə buraxılır. 2024-cü ilin əvvəllərində isə ilin ortasında
Afsəddin Nəbiyev: “Nikol cəmiyyətinə demək istəyir ki, ölkənin mövcud Konstitusiyası ilə sülh mümkün görünmür”
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən bir sıra məqamlara toxunub: “Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər. Amma Ermənistanda müxtəlif siyasi
Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib – Arzuxan Əlizadə
“Regionda maraqlı olan güclərin nəzərləri Azərbaycanda keçirilən seçkilərə yönəlmişdi. İlk dəfə idi ki, Azərbaycanın bütün ərazilərində keçirilən seçkilər diqqətlə izlənirdi”. Bunu hafta.az-a AMİP sədri Arzuxan Əlizadə Prezident seçkilərinin nəticələri və Cənubi Qafqazda cərəyan edən proseslərə, regionda sülhə təsirləri ilə bağlı açıqlamasında bildirib. A.Əlizadə qeyd edib ki, 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri əvvəlcədən proqnozlaşdırlmışdı. Seçkilərin favoriti Prezident İlham Əliyev idi və xalq öz sözünü dedi. “Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni siyasi düzən formalaşdırıb. Azərbaycan
AMİP-dən bəyanat: “İlham Əliyev qalib gəlib”
Azərbaycan Milli İstiqlal Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: "Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni Partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul etmiş və 7 fevral 2024-cü il Prezident seçkilərində Partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb. Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o
Afsəddin Nəbiyev: “Bu, Rusiyanın Ermənistanı hələ də özünün bir əyaləti hesab etdiyini nümayiş etdirir”
Məlum olduğu kimi, Rusiya və Ermənistan arasında münasibətlər yenə gərgin mərhələdə qalmaqda, eyni zamanda tərəflər üçün yeni qalmaqallar yaranmaqdadır. Buna səbəb bu günlərdə İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin vandalizmə məruz qalması olub. Məsələyə Moskva sərt reaksiya verib. Erməni mediasında baş verənlərlə əlaqədar Rusiyada cinayət işinin açılması hiddətlə qarşılanıb: “Kütləvi informasiya vasitələrində “Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib” xəbərləri yayılıb. Dayanın! Bastrıkin və onun