AMİP-30
a

Author: admin_amip

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, Qarabağ məsələsində ölkəsinin müttəfiqi yoxdur: “Özümüzü aldatmağa ehtiyac yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi sadəcə bir kağız parçası deyildi. Əsas hadisələrdən biri ATƏT-in Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi “Müharibə, ya sülh” məqaləsidir. Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzunmüddətli ola bilməz. Özümüzü aldatmağa ehtiyac yoxdur və Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur”. Paşinyanın sözlərinə görə, ekspertlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və “Azərbaycanın 7 rayonunun

Azərbaycanın Milli İstiqlal Partiyası iyun ayının 20-də Gədəbəydə polislə yerli əhali arasında olan qarşıdurmadan narahatlıqlığını ifadə edərək, anoloji  hadisələrin təkrarlanmaması üçün hökuməti  məsuliyyətli addımlar atmağa  çağırır.  Gədəbəy  rayonunun Söyüdlü kəndində sionid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı zamanı polisin yaşlı qadına qarşı qəddar davranışı, hər bir vətəndaşımız kimi bizləri də hiddətləndirir. Bir daha bəyan edirik ki, vətəndaşlarımızın konstitusion hüqlarlından istifadə edərək  etiraz etmək hüququ olduğu halda, dinc insanlara qarşı güc tətbiqi yolverilməzdir.   Azərbaycan Milli İstiqlal Partiyası məsələ ilə əlaqədar hökumətin yaratdığı

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıran Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Sözügedən məsələ ilə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq: - Məlum olduğu kimi, Şuşa bəyannaməsindən iki il ötdü. Sözügedən bəyannamənin fəaliyyət göstərdiyi bu iki il ərzində onun maddələrinə uyğun olaraq hansı nəticələr əldə olundu? - Şuşa Bəyannaməsi bütün parametrlərinə görə

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddimizdə bir neçə dəfə təxribat törədilib. Səhər saatlarında “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub. Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. İki ölkə arasında sülhün əldə edilməsi istiqamətində danışıqların intensivləşdiyi bir zamanda dövlət sərhəddimizdə erməni təxribatları durmadan davam edir. Bu təxribatların arxasında nə dayanır? Ermənistan nəyə nail olmaq istəyir? Münasibətlərin gərginləşməsi fonunda  2023-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması nə dərəcədə real görünür? Bu suallarla bağlı Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Visiontv.az saytına açıqlamasında bunları şərh

Ermənipərəst konqresmenlərin Azərbaycana qarşı çağırışları səngimək bilmir. Bu dəfə Baydenə ünvanlanan məktubda ABŞ prezidentini “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməyə, eləcə də Laçın dəhlizinin bloklanmasına görə Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıblar. Konqresmenlər ABŞ prezidentini bütün tərəflərə, o cümlədən Azərbaycan rəsmilərinə başa salmağa çağırıb ki, “Artsax”ın statusu ilə bağlı heç bir yekun qərar bərabər əsaslarla danışıqlarda “Artsax” nümayəndələrinin iştirakı olmadan qəbul edilə bilməz: “Artsax” xalqı siyasi, mədəni və iqtisadi zülmdən azad yaşamaq hüququna malikdir və demokratiyanın müdafiəçisi kimi Birləşmiş Ştatlar bütün xalqlar arasında layiq

Bakının 5 məlum baza prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalanmasına əsas əngəl əslində İrəvandan çox Moskva və Parisdir. Rusiyanın maneə yaratmasının səbəbləri haqda dəfələrlə təhlillər yazmışıq. Şimal qonşumuz öz maraqları çərçivəsində elə bir “sülh” sənədinin imzalanmasına çalışır ki, Kreml istədiyi vaxt konflikti təzədən qızışdıra bilsin, bölgədə hərbi varlığını saxlasın. Ermənistanın böyük “bacısı” Fransa da Rusiyadan geri qalmır. Rəsmi Paris bir yandan özünü qərəzsiz göstərib guya sülh prosesinə töhfə vermək istəyir, o biri yandan isə altdan-altdan İrəvanın danışıqlarda destruktiv mövqe tutması üçün əlindən gələni edir. Fransanın