AMİP Gənclər Təşkilatının üzvləri İsveçdə səfərdə olmuşlar
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının üzvləri cari ilin 23-30 sentyabr tarixlərində İsveçin Nyu-Moderat partiyasının dəvəti və Jarl Hjalmarson fondunun dəstəyi ilə İsveç Krallığında səfərdə olmuşlar. Səfərin məqsədi AMİP-lə beynəlxalq müstəvidə əməkdaşlıq edən Moderat Partiyasına 11 sentyabrda keçiriləcək növbəti parlament seçkiləri kampaniyasında dəstək vermək və qarşılıqlı seçki təcrübəsini bölüşməkdir. AMİP gəncləri səfər çərçivəsində Stokholm da daxil olmaqla İsveçin bir neçə şəhərində təbliğat və təşviqat kampaniyasında fəal iştirak etməklə dost partiyaya AMİP-in dəstəyini nümayiş etdirmiş, eyni zamanda qarşı tərəfin seçki təcrübəsindən yararlanmışlar.