AMİP-30
a

Dekabr 2023

Ermənistan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində qurumun prezidenti Aşot Saqyan bəyan edib ki, 44 günlük müharibə, 2023-cü ilin sentyabr hadisələri və Qarabağ əhalisinin oranı tərk etməsi nəticəsində yaranan yeni çağırışlara cavab vermək lazımdır.  Akademiya prezidenti qeyd edib ki, son çağırışlar Ermənistanın bütün elm və təhsil sistemi qarşısında yeni tələblər irəli sürür. Bu isə ciddi islahatlar tələb edir. A.Saqyan bildirib ki, Akademiyada belə bir islahat planı hazırlanıb və səlahiyyətli orqanlara təqdim olunub. O, təhsil və elm haqqında yeni qanunun qəbulundan sonra

Prezident İlham Əliyev “Euronews” televiziyasının “Ölkənizin iqtisadi inkişafı ilə bağlı risqlərə dair narahatlığınız nədən ibarətdir” sualını cavablandırarkən qeyd etdi ki, nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial risq görünür. Ölkə başçısı bunu belə əsaslandırdı: “Çünki bugünədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə

AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirimişdir. İclasda növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunmuşdur. Müzakirələr zamanı 7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçki kimi tarixə düşəcəyi xüsusi olaraq qeyd edilmişdir.Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab etmiş və Azərbaycan Milli İstiqlal Partiyasının Prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi haqqında qərar qəbul etmişdir.AMİP Siyasi

Ermənistanın parlament sədri Alen Simonyanın qərarı ilə “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsini ratifikasiya etmiş ölkələrin 23-cü Assambleyasında iştirak etmək üçün 5 gün müddətinə Nyu-Yorka gedib. “Ermənistan Respublikası Parlament deputatının fəaliyyətinə təminatlar haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsini rəhbər tutaraq sərəncam verirəm: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmiş ölkələrin 23-cü Assambleyasında iştirak etmək üçün Parlamentin deputatı Arusyak Culakyan 2023-cü il dekabrın 9-14-də Nyu-Yorka göndəriləcək”, - Simonyan imzaladığı qərarda deyilir.  Son aylar Ermənistanın yeritdiyi ziddiyətli siyasətlə bağlı AMİP sədri Arzuxan Əlizadəyə

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün bəqərar olunmasına və münasibətlərin normallaşmasına doğru aparan proseslərin baş verməsinə şahidi oluruq.  Azərbaycan və Ermənistanın dövlət qurumlarının birgə bəyanatı, iki ölkənin rəsmiləri arasında ikitərəfli görüşlərin keçirilməsi, xüsusilə Ermənistan hakimiyyətinin sülhə meyilli olduğunu göstərən davranışları və reallıqları etiraf etməsi artıq rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığını göstərir. Bununla yanaşı, yaxın zamanda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında görüşün keçiriləcəyi gözlənilir.  Politoloq Rəşad Bayramov “Cebhe.info” -ya müsahibəsində Cənubi Qafqazda baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.