AMİP-30
a

Dekabr 2023

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dedi ki, hələ də Ermənistanla konsensusa yaxın deyilik: “Fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar ümumiyyətlə mövcud deyil və

“Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır”. Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib. Ölkə başçısının sözlərinə görə, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik: “Bizə əslində nə lazımdır, yəni Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır. Bu bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında

“Azərbaycan Prezidenti növbəti dəfə çoxlarının gözləmədiyi güclü bir gediş etdi”.Bu barədə AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a 7 fevrala növbədənkənar Prezident seçkilərinin təyin edilməsinə münasibət bildirərkən danışıb. A.Əlizadə hesab edir ki, bu qərarın verilməsini şərtləndirən bir sıra amillər var. Bu amillərin içərisində başlıcası ondan ibarətdir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə eləyəndən sonra ilk dəfədir tam olaraq ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini bərpa eləmiş olub. Ölkədə separatizmə son qoyulub, ölkə sərhədləri ilk dəfədir ki, müstəqillik əldə eləyəndən sonra tam olaraq Azərbaycanın nəzarəti altındadır və bununla da təkcə

NATO-nun baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında iki gün ərzində Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzunu müzakirə etdiklərini bildirib.  Çox qəribədir ki, o cür mühüm tədbirdə Qəzzada baş verənlərdən ümumiyyətlə bəhs olunmadı. Hansısa formada formal da olsa buna toxunulmadı. Maraqlıdır, bu müzakirə olunan məsələlərin içərisində nədən Qəzza məsələsi yoxdur? Bu boyda tədbirdə Ukraynanı, Qərbi Balkanlardakı vəziyyəti müzakirə edirlər. Ancaq bir belə məsələnin içində Qəzzada yaşananlara bir kəlmə belə fikir bildirilmədi. Nədir bu yanaşma? Sözügedən məsələ

Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib. Baş nazirin ofisindən bildirilib ki, Paşinyan hazırda iştirakla bağlı qərar qəbul etməyib. Qeyd olunub ki, sessiya yaxınlaşan kimi, Baş nazir qərar verəcək: “Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur”. Xatırladaq ki, bu yaxınlarda Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının İqtisadi Şurasının və MDB liderləri Şurasının iclasında iştirak edəcəyi barədə məlumat yayılıb. Həmçinin, “Lars” keçid məntəqəsi təxminən bir həftədir ki, Ermənistanın kənd təsərrüfatı