Deputat: “Qərbi Azərbaycana mütləq qayıdacağıq”
"Bizim bir şüarımız olmalıdır - Hamımız Qərbi Azərbaycanlıyıq. Biz doğma torpaqlara qayıdıb, soydaşlarımızın haqqını beynəlxalq müstəvidə qorumalıyıq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılış mərasimində Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. Deputat bildirib ki, son bir əsr ərzində Qərbi Azərbaycandan 1 milyondan artıq soydaşımız deportasiya olunub, soyqırıma məruz qalıblar: "Son belə deportasiya hadisəsi 1988-ci ildə baş verib. Nəticədə tarixi torpaqlarımızda bir nəfər də soydaşımız qalmayıb. Ermənilər etnik təmizləmə siyasətini 1988-ci ildə başa
Başsağlığı
Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, uzun illər ərzində AMİP Quba RT-nin formalaşmasında və fəaliyyətində xidmətləri olan əqidəli istiqlalçı, AMİP Ali Məclisinin üzvü Firudin Kazımlı vəfat edib.AMİP Lideri Etibar Məmmədov, AMİP Sədri Arzuxan Əlizadə Siyasi Şura, Ali Məclis, MİK və Mərkəzi Aparat adından Firudin müəllimin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk. Məkanı cənnət olsun!AMİP Mərkəzi Aparatı.28.09.2024.
Afsəddin Nəbiyev: “Onsuz da bu danışıqlarda hansısa bir nəticə mümkün görünmür”
Məlum olduğu kimi, sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Xarici işlər nazirlərinin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib. Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi
“Milli Məclisdə Etibar Məmmədovun təcrübəsindən faydalanacağam” –MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin Azpost.info-ya verdiyi müsahibəsini təqdim edirik: İlk dəfədir ki, millət vəkili olan A.Əlizadə ilkin təəssüratlarını, AMİP-in parlament fəaliyyətini necə quracağı, hansı təkliflərlə çıxış edəcəyi və digər məsələlər barədə danışıb: –Yeddinci çağırış Milli Məclisin ilk iclası barədə təəssüratlarınız nədir, sizin üçün toplantı nə ilə yadda qaldı? -Təəssüratlarım normaldır. Prezident İlham Əliyev çıxış etdi, deputatları təbrik etdi və mesajlar verdi. Ölkə başçısının bir saatlıq çıxışında əsasən də beynəlxalq aləmə ciddi mesajlar ünvanlandı. Daha sonra Milli Məclisin daxili Nizamnaməsinə əsasən,
Arzuxan Əlizadə: “Ermənistan üçün öhdəlikləri pozmaq və bundan yayınmaq adi bir şeydir”
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Paraqa razılaşmasının nəyə görə pozulması ilə bağlı məqamlara aydınlıq gətirib: “Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO
Ərdoğanla Paşinyanın hər görüşündən sonra Ermənistan bir addım geri çəkilir- ŞƏRH
Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib. R.T.Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Prezident Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.(apa) Azərbaycan
İsrail-Hizbullah müharibəsi BAŞLAYIR – Bu savaş da nəticəsiz QALACAQ?
İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı qabaqlayıcı hücum əməliyyatına başlayıb və hərəkatın hərbi infrastrukturuna zərbələr endirir. Bunu İsrail ordusunun yeraltı komandanlıq mərkəzində keçirilən görüşdə Baş Qərargah rəisi Herzi Halevi deyib. "Bu səhər İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başlayıb. “Hizbullah”ın son 20 ildə inşa etdiyi hərbi infrastrukturu vururuq", - o bildirib. Halevinin sözlərinə görə, İsrail hədəfləri vurur və növbəti mərhələlərə hazırlaşır. “Son nəticədə hər şey İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına yönəlib”, - Baş Qərargah rəisi qeyd edib. Hücumlar nəticəsində artıq 180 nəfər həyatını itirib. Livan ordusu da gündüz saatlarında