AMİP-30
a

Oktyabr 2024

Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərərgahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşmüşdür. İşgüzar şəraitdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. O cümlədən AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunmuşdur. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev iştirak etmişdir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Bakı və İrəvan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində sözügedən məsələ ilə bağlı bunları qeyd edib:  “Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik”. O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb: “Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır”. Simonyan 16 maddənin razılaşdırılmasından dəm vurur. Baş nazir Nikol Paşinyan

Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. İnsanların fundamental hüquqlarının qorunması, şəxsiyyət amili, ədalətli yanaşma, bərabərlik prinsiplərinin qorunması kimi ortaq dəyərlər mövcuddur. Dövlət institutlarında bu dəyərlər qanunlarla müəyyən edilir, qorunur, təmin olunur. Sivil ölkələrdə olduğu kimi Azərbaycanda da bu meyarlar ən yüksək səviyyədə həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti bütün dəyərlərə sadiq olduğunu bəyan edib. Azərbaycanın 1995-ci ildə qəbul olunmus Konstitusiyası insan haqları ilə bağlı bütün beynəlxalq sənədlərdə öz əksini tapan

“Ölkə rəsmilərinin sənədsiz evlərlə bağlı verdiyi rəqəmlərə istinad etsək, təkcə Bakı şəhərində 500 mindən artıq evin sənədi olmadığını görərik”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, zamanında yol verilən müəyyən boşluqlar səbəbilə sənədsiz evlərin sayı artıb:  “İstər qanunvericilikdə, istərsə də yerli səviyyədə idarəetmədə olan boşluqlar səbəbindən müxtəlif ərazilərdə “gecəqondu” tipli evlər tikildi. Hətta yaşayış üçün yararlı olmayan ərazilərdə də evlərin tikilməsinə şahidlik etmişik. Nəticə etibarilə, bu gün artıq fakt qarşısındayıq.  Paytaxtda 500 mindən artıq evin sənədsiz olması, həmin

Ermənistandan növbəti anti-Rusiya demarşı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya qarşı Qərb sanksiyalarını pisləyən bəyanatı imzalamayıb. Belə ki, Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı birtərəfli sanksiyalarını pisləyən və çoxqütblü beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib. Burada paradoksal məqam odur ki, ilin sonuna Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 16 milyard dollar olacağı gözlənilir. Bunun nəyin hesabına olacağı bəllidir. Söhbət ondan gedir ki, Ermənistan qadağan olunan məhsulları təkrar Rusiyaya ixrac edir. O baxımdan bir belə ticarət dövriyyəsi

Millət vəkili Arzuxan Əlizadə Ermənistan ərazisində üzərində səlibçi xaçı olan dövlət bayrağı qaldırmasına  münasibət bildirib.  Deputat Sitat.info-ya açıqlamasında bildirib ki, bu İrəvanın səlibçi niyyətindən xəbər verir: "Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.  Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlandığı dönəmdə qondarma yaratdıqları bir qurumun bayrağı, əski parçası  var idi.  Ermənistanın indiki bayrağının üzərinə əlavə elementlər çəkərək, onu  həmin qondarma qurumun bayrağına çevirmişdilər. Nəticə göz qabağındadır, artıq nə o bayraq