AMİP-30
a

May 2024

"Frank Şvabenin Azərbaycana yönəlik münasibəti bəllidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, uzun müddətdir ki, bu avropalı cənab Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir: "Daha çox erməni lobbisinin arxasında dayanan güclərin maraqlarına xidmət edərək Azərbaycanın beynəlxalq imicinə müəyyən formada ləkə vurmağa çalışmaqdadır. Əslində Səməd Seyidovun onun haqqında dediyi fikrə münasibətində də daha çox qərəz var, səmimilikdən tamamilə kənardır. Bəlağətli ifadələr işlətməklə, guya, Azərbaycanın ləyaqətli və demokratik dəyərlərə üstünlük verən insanlarının hissiyatını qabartmaqla mövqe nümayiş etdirirdi. İstənilən halda biz

Fransa Senatının üzvü Valeri Boyer Azərbaycanı Fransada sabitliyi pozmağa cəhddə, xüsusən də Yeni Kaledoniyada iğtişaşlar törətməkdə ittiham edib. Boyer Azərbaycanın aktivlərinin dondurulmasını və bu vəsaitlərin Yeni Kaledoniyada təxminən 1 milyard avroya çatan zərərin ödənilməsi üçün istifadə edilməsini istəyib. Boyer Fransa Senatının iclasında Fransaya xarici müdaxilənin qarşısının alınmasına dair qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, Yeni Kaledoniya Fransada sabitliyi pozmağa və onun resurslarından, o cümlədən nikeldən istifadə etməyə çalışan Azərbaycan, Rusiya və Çinin təsiri fonunda zorakılığa məruz qalıb: Televiziya verilişləri göstərirdi ki, Yeni Kaledoniyada bəzi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. O da məlum olub ki, MKİ direktoru baş nazir Nikol Paşinyanla da görüşüb. Göründüyü kimi, Ermənistan mərhələli şəkildə Rusiyadan uzaqlaşır, ABŞ-la yaxınlaşma kursu götürür. Ermənistan KTMT-ni neçə müddətdir faktiki olaraq boykot edir. Digər tərəfdən, bir müddət əvvəl Soçidə Beynəlxalq “Atomekspo- 2024” forumunda “Rosatom”-un baş direktoru Yevgeni

"Paris əsəbi halda yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb. Diplomat Gürcüstan Prezidenti Salome Zurabişvilinin Fransa Prezidenti Emmanuel Makronu Qafqazı nəhayət ki, sovet boyunduruğundan və Rusiyanın təsirindən azad etmək məqsədi ilə mayın 26-da Gürcüstanın Müstəqillik Gününə dəvət etməsinə diqqət çəkib. "Əgər Paris kimlərisə azad edə bilərsə, bu, Fransa boyunduruğundan qurtulan kanaklar olacaq", - deyə Zaxarova qeyd edib. Qeyd edək ki, Qərbi və MərkəziAfrikada, eləcə də Cənubi Sakit Okean hövzəsində mövqelərini

Siyasi partiyalar arasında müzakirələr həmrəylik mühitini təşviq edir  Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, 2019-cu ildən etibarən start götürmüş siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını  qoyub - bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu, həm də yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi ialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da güclənməsinə yol açır. Təsadüfi deyil ki, hələ 2019-cu

Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırdı. Bildirilib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 4.7-ci maddəsinin tələblərinə uyğun olaraq ADR İdarə Heyəti üzvləri qeydiyyata alınmayıb. Buna görə də partiya fəaliyyətinə qeyri-müəyyən müddətə qədər fasilə verib. Bəzi ekspertlərə görə, müxalif partiya sayılan ADR gələcəkdə fəaliyyətində siyasi mövqe dəyişikliyi edə bilər. Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, partiyanın qərarını geniş şərh etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, ADR Partiyasının gələcək fəaliyyətləri barədə məlumat yoxdur: ""Siyasi partiyalar haqqında"

“İrəvan Moskvadan Rusiya sərhədçilərini Türkiyə və İranla sərhəddə saxlamağı xahiş etməyib”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan prezident Putinin köməkçisi Dmitri Peskovun sözlərini şərh edərkən belə deyib. Qriqoryan bildirib ki, İrəvan Moskvaya sərhədçiləri Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən, həmçinin Qarakilsə (Sisian) və Gorusda Rusiya sülhməramlılarına aid 2 dəstək bazasından geri çəkməyi təklif edib. Lakin onların İran və Türkiyə sərhədindən çıxarılması məsələsi hazırda gündəmə dayanmır: “Onlar (Rusiya tərəfi) bu təklifi qəbul edərək, İrəvanın Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılmasını təklif edib-etmədiyini soruşdular.