Afsəddin Nəbiyev: “Bir sıra Avropa ölkələrində etiraz edənlər linc edilir”
Avropanı bürüyən islamofobiya, ifrat sağçılıq, türkofobiya getdikcə daha dözülməz hal almaqdadır. Avropadakı siyasi güclər təkcə Qərbdə yaşayan müsəlmanlara, türklərə qarşı deyil, eyni zamanda, müsəlman və türk dövlətlərinə qarşı cəbhə açıblar. Avropada Azərbaycana qarşı aparılan diplomatik hədələr qətiyyən insan haqları ilə bağlı deyil. Məqsədi Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaqdır. Avropada hakimiyyət orqanlarının günahı üzündən miqrantların kütləvi ölüm halları artıb. Onlar polis zorakılığına məruz qalır, elementar şəraitlə təmin olunmurlar. Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəal həbs edilib və hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni
Arzuxan Əlizadə: “Ermənistanı ikitərəfli danışıqlar formatına Azərbaycan məcbur etdi”
“Əgər “3+3”ün Azərbaycanla Ermənistan arasında danışıqlar üçün platformaya çevrilməsi təklif olunarsa, İrəvan bunu rədd edəcək”. Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O, hazırda İrəvana belə bir təklifin təqdim edilmədiyini bildirib: “Ermənistan “3+3”ün danışıqlar platforması olmasını məqsədəuyğun hesab etmir. Bizim Bakı ilə ikitərəfli formatımız var. Azərbaycanla bütün istiqamətlərdə - həm sərhədlərin liberallaşdırılması, həm sülh müqaviləsi, həm də münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparılır”. Burada diqqəti çəkən məqam odur ki, bənzər yanaşmanı Qərbin vasitəçilik təşəbbüsünə münasibətdə Ermənistan rəsmi səviyyədə açıq bəyan etmir. Bundan başqa, Ermənistan
Bunu bütün Türk dünyasına qarşı təcavüz kimi qiymətləndiririk – AMİP
Ankarada törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyası Bəyənat verib. Bəyanatda deyilir: “Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada, TUSAŞ-ın istehsal obyektində törədilmiş qanlı terror aktından sarsıldığımızı, eyni zamanda hiddətləndiyimizi ifadə edirik. Bunu bütün Türk dünyasına və eyni zamanda bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk. Günahsız insanların həyatlarını itirməsinə hesablanmış bu cinayət hadisəsini törədənlərə qarşı bütün qüvvələr səfərbər olunmalı və terror aktının sifarişçilərinə qarşı ən sərt mübarizə üsullarından istifadə edilməlidir. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Həlak olanların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verir və səbr diləyir, yaralılara
Rəşad Bayramov: “Azərbaycan olaraq bizim artıq güzəşt limitimiz yoxdur”
Avropa İttifaqı Bakı və İrəvan arasında normallaşma prosesinə hərtərəfli dəstək verməyə davam edir. Bunu Avropa Parlamentinin iclasında Avropanın məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit deyib. O qeyd edib ki, COP29 da sülh üçün tarixi bir fürsətdir: “Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişəni geridə qoymağa heç vaxt bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini və sülh sazişinin imzalanması üçün siyasi iradə nümayiş etdirmək baxımından tarixi şans olacaq. Avropa İttifaqı olaraq, normallaşma prosesinə tam dəstəyimizi verməyə davam edirik və
AMİP seçkilərə start verdi – FOTOLAR
Oktyabrın 18-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib.İlk öncə 18 Oktyabr Müstəqilliyn Bərpası günü münasibətilə xalqımıza təbrik mesajları çatdırılıb.İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və 1 Sentyabrda keçirilən parlament seçkilərinin nəticələri, həmçinin qarşıdakı aylarda Bələdiyyə seçkilərinin keçirələcəyi nəzərə alınaraq AMİP Seçki Qərərgahının gücləndirilmiş iş rejimində çalışması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə rayon təşkilat sədrlərinə, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Toplantıda iştirak edən AMİP üzvləri partiyanın sədri Arzuxan Əlizadənin Milli Məclisə üzv seçilməsi
Dövlət Müstəqilliyinin Bərpasından 33 il ötür
Dövlət Müstəqilliyinin Bərpası Günü.33 il bundan öncə 1991 - ci ildə , oktyabrın 16 -da "Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpası haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu "Millət" qəzetinin N ° 0 - cı sayında layihə olaraq dərc olundu.Məhz bu layihə o zamankı Milli Məslisdə müəyyən düzəlişlər olunaraq qəbul olundu.Layihənin müəllifləri Etibar Məmmədovla hüquqşünas Fuad Ağayevdir.Müstəqilliyimizin bərpa olunmasında xidmətləri olan şərəfli yol keçmiş qəhrəmanlarımıza, fədakar vətəndaşlarımıza minnətdarıq.Oktyabrın 18- də qürur tarixiniz Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa
AMİP sədri ABŞ səfirliyinin rəsmisi ilə görüşüb
Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərərgahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşmüşdür. İşgüzar şəraitdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. O cümlədən AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunmuşdur. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev iştirak etmişdir.