AMİP-30

Mart soyqırımı: Dinc insanlara qarşı erməni terroru

“Erməni cəlladlarının xalqımıza qarşı vəhşilikləri heç vaxt unudulmayacaq və daim yaddaşlarda qalacaq”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında 31 Mart 1918-ci il hadisələrinin Azərbaycan tarixində əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, müxtəlif dövrlərdə böyük güclər erməni toplumundan öz məqsədləri üçün istifadə edib:

“Erməni milləti mahiyyət etibarı ilə xəyanətə və terrora meyilli, xəstə təfəkkürlü bir toplumdur. Böyük güclər Cənubi Qafqazda və Anadoluda öz məkrli planlarını həyata keçirmək üçün zaman-zaman bu toplumdan istifadə ediblər. Ermənilər asanlıqla müxtəlif terror təşkilatları qurublar.

“Xınçaq”, “Daşnaksütyun” və “ASALA” kimi terror təşkilatları həm ermənilərin mövcud olduqları regionda, həm də bir çox xarici ölkələrdə azərbaycanlılara və türklərə qarşı terror aktları həyata keçiriblər. Bu toplumun adı bir çox çirkin işlərində hallanıb.

Erməni toplumu, xüsusi onların terror təşkilatları müxtəlif dövrlərdə, xüsusilə 1918-ci ildə cümhuriyyətin qurulması ərəfəsində Bakıda, Şamaxıda, Qubada, Göyçayda və digər bölgələrdə Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar törədiblər.  Qadın, uşaq, körpə və qoca demədən dinc insanları öldürüblər və onların evlərini yandırıblar.

Həmçinin son bir əsr ərzində Qərbi Azərbaycanda, o cümlədən Qarabağda erməni terrorçularının və cəlladlarının xalqımıza qarşı törətdiyi qətliamlar onu deməyə əsas verir ki, bu toplum xəstə təfəkkürlü olmaqda davam edəcək. Ona görə də Azərbaycan daha da möhkəmlənməlidir, ermənilərin məkrli siyasətinin qarşısının alınması istiqamətində daha sərt addımlar atmalıdır. Xəyanətkar, hiyləgər və xəstə təfəkkürlü ermənilərin xalqımıza yaşatdıqlarını heç vaxt unutmaq olmaz”.