AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Möhtəşəm Zəfərin Mübarək, Azərbaycan!

Azərbaycan son 250 ildə tarixin ən çətin sınaqlarından çıxıb. Belə bir taleyüklü proseslərdən növbətisi 4 il əvvəl  2020 -ci ildə yaşandı. XX əsrin 80-ci illərin sonları- 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladığı və nəticəsi hər kəsə bəllidir. Bu illərdə Azərbaycan hakimiyyətində hökm sürən hərc-mərclikdən səriştəsizlikdən anarxik  vəziyyətdən istifadə edən Ermənistan və onun havadarlarının  vasitəsilə torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edildi .Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından qaçqın düşdü.Bu vəziyyət uzun müddət ,düz 30 ilə yaxın davam etdi.Azərbaycan dövlətinin münaişənin danışıqlar yolu ilə həll edilməsi təklifləri bu  illər nəticəsiz qaldı.

 BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 2020-ci ilə kimi icra edilməmiş Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinə qarşı heç bir əməli addımlar atmadılar.Ermənistan  beynəlxalq təsisatlardan  heç bir təzyiq görmədiyi  üçün, işğal faktını uzatmaqla münaqişəni uzadır bununla da Azərbaycan dövlətini dinc vastələrlə deyil hərbi siyasi yolun seçilməsinə vadar edirdi.Vəziyyət o həddə çatdı ki, Ermənistan bu cəzasızlığı fürsət  kimi dəyərləndirərək Azərbaycana qarşı yeni ərazi iddialarına düşməkdən, yeni işğal planları və təxribatlar hazırlamaqdan belə çəkinmədilər. 30 ilə yaxın bir müddətdə işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın bu iştahının və onun arxasında dayanan qüvvələr Azərbaycan ərazilərində ikinci bir qondarma “respublikanın” qurulması, onun legitimlik hüququ qazanması üçün əllərindən gələni etdilər.Ancaq Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Otuz il ərzində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin episentrində dayandı. Vətən müharibəsinin başladığı tarixə kimi son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında beynəlxalq  tribunalarda çıxışlarında ölkəmizin keçmiş “münaqişə” ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə  dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan usanmadı.Təbii ki, nə Azərbaycan xalqı, nə də dövləti bu işğalçılıqla əsarətlə barışa bilməzdi.  Ermənistanın rəhbərliyinin mütəmadi verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmağa prosesi uzatmağa xidmət edirdi. Belə  bir situasiya Nikol Paşinyan hakimiyyətinin əvvəlki sələflərindən fərqlənməyəcəyini açıq  şəkildə ortaya çıxardı.Ermənistanın  hərbi təxribatları, tez-tez dinc yaşayış məntəqələrimizi atəşə tutması, döyüş mövqelərinə cəmləşən hərbi texnikanın və şəxsi heyyətin artırılmasının Ordumuz tərəfimizdən müşahidə edilməsi rəsmi İrəvanın növbəti müharibə hazırlığı gördüyündan xəbər verirdi.Düşmənin təxribat diversiya qruplarının tez-tez Azərbaycan tərəfə sızmaq cəhdləri Ermənistan Silahlı Qüvvələrinin müharibə üçün son hazırlıqları tamamlamaq məqsədi daşıdığına işarə idi. Nəticədə belə total təxribatlardan birinə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti ilə bütün döyüş əməliyyatlarını yüksək dəqiqliklə həyata keçirməklə mənfur düşməni diz çökdürməsi, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, şəhidlərimizin canı qazilərimizin  qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.Təbii ki, qələbənin yaraları tez sağalır, çünki Azərbaycanda Vətən müharibəsinin başlandığı andan son günədək hər birimiz Qələbəmizə inanırdıq. Xalqımız düz 30 il  ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşadı və qələbə müjdəsini gözlədi. Müjdəni isə qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi altında hər bir azərbaycanlıya, qəlbi Azərbaycanla döyünən hər bir şəxsə yaşamağı nəsib etdi. Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində canımız  qədər sevdiyimiz Azərbaycanımız dövlətçilik irsini qoruyub saxlaya bildi. Ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti və iradəsi imkan verdi ki, Azərbaycan 44 gün çəkən İkinci Qarabağ müharibəsindən tarixi Zəfərlə ayrılsın. Beləcə, 30 illik işğala son qoyuldu, xalq olaraq üzərimizdəki qara ləkə götürüldü, Azərbaycan özü məhz BMT TŞ-nin 4 qətnaməsini öz qəhrəman Ordusu hesabına icra etdi.Belə şərəfli tarix keçmiş xalqları barmaqla saymaq mümkündür.Belə bir deyim də var; “Uğur uğur gətirər”.Vətən müharibəsindən sonra dövlətimiz separatçı rejimə silahlarını təhvil verməyə dəfələrlə çağırışlar etdi.Hələ də “Dəmir Yumruq”dan nəticə çıxarmayan separatçı rejim nələrəsə arxayınlaşaraq təxribatçı addımlarını davam etdirdilər.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı  cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Beləliklə 27 Sentyabrdan başlanan yol tam olaraq suverenliyimizin bərpası ilə başa çatdı.Qürurla qeyd etdiyimiz Zəfər günündən 4 il ötür.Zəfərimiz mübarək!

AMİP Sədrinin Təşkilat Məsələləri üzrə müavini

Afsəddin Nəbiyev