AMİP-30
a

Noyabr 2024

"BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi onu deməyə əsas verir ki, ölkəmiz bu Konfransa qatılan ölkələr içərisində böyük nüfuz əldə etməklə bu tədbirə ev sahibliyi hüququ qazanıb". Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Bundan öncə də Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan sədr müavini söyləyib: "İştirakçıların və qonaqların təəssüratlarından belə qənaətə gəlmək olar ki, bu tədbir kifayət qədər yaxşı təşkil olunub: "Təbii ki, bu cür qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi ölkəyə beynəlxalq ictimaiyyətin

ABŞ senatorları Edvard Marki və Şeldon Uaythaus COP29 çərçivəsində Bakıda keçirilən brifinqdə Ermənistanı dəstəklədiklərini bildiriblər və çoxdan ləğv edilən “Dağlıq Qarabağ” adlı bədnam qurumdan “məcburi köçkün edilmiş ermənilərin” geri qaytarılması hüququnu vurğulayıblar. Senator Edvard Marki xüsusilə Azərbaycanda “saxlanılan məhbusların azad edilməsinə” və “ermənilərinin geri qayıtmaq hüququnun təsdiqlənməsinə” çağırıb. “Biz hesab edirik ki, məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququ qorunmalıdır”, - amerikalı senator bildirib. (Bakıxeber.com). Senator Şeldon Uaythaus da öz növbəsində Ermənistanı dəstəklədiklərini qeyd edib: “Mən və senator Marki Ermənistanı dəstəkləyirik. Bu

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümüdür. Modern.az bu münasibətlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə ilə həmsöhbət olub. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın ilk dönəmlərində qurulmuş partiyadır: “Milli İstiqlal Partiyası da müstəqil Azərbaycanın ilk qeydiyyatdan keçmiş siyasi təşkilatıdır. Bir neçə ay sonra isə YAP quruldu. Qısa müddət ərzində mərhum Heydər Əliyev bu partiyanın kifayət qədər böyük bir partiyaya çevrilməsinə, bir müddətdən sonra hakimiyyətə gəlməsinə nail oldu. Bu da çox böyük dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı olan şəxsin bilavasitə xidmətlərinin nəticəsi idi. YAP

"Fransa ilk növbədə atdığı addımları bir daha nəzərdən keçirməli və siyasətində ciddi dəyişikliklərə getməlidir ki, Azərbaycanla münasibətlər normallaşsın". Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanın Fransadakı səfirinin bu ölkənin XİN-nə çağırılmasını şərh edərkən deyib. "Makronun ölkəmizə qarşı yürütdüyü siyasət təəssüf ki, Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə və bir çox sahələr üzrə hətta dayanmasına səbəb olub. Fransa regionda daha geniş iqtisadi əlaqələri Azərbaycanla qurub. "Total" neft şirkəti daxil olmaqla təxminən 50-ə yaxın Fransa şirkəti ölkəmizdə fəaliyyət göstərir. Amma Makron hakimiyyətə gəlişilə ədalətsiz siyasət yürütmək, yenidən

Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 işini uğurla davam etdirir. Artıq mötəbər tədbiri baş tutmuş saymaq olar. Azərbaycanın toplantıya yüksək ev sahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. COP29-a uğurlu ev sahibliyi ölkəmizi beynəlxalq ictimaiyyətə tamamilə yeni qiyafədə tanıtdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti

Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib.  Avropa İttifaqının səfiri Vasilis Maraqos bununla bağlı sualı cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. O, həmçinin, rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib: “Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir. Avropa İttifaqı missiyası yerlərdə insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş görür”. Sözügedən missiyanın vaxtı dekabrın sonu başa çatır. Belə