Təyyarəmizin vurulmasının 1 ili tamam olur: Rusiya niyə hələ də istintaqın uzadılmasına çalışır?
"Ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin vurulmasından bir il keçməsinə baxmayaraq, təəssüf ki, Rusiya bu məsələyə hələ də adekvat münasibət bildirməyib. Proses əvvəlki kimi davam edir. Prezidentlərin Düşənbədə keçirilən görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentindən üzr istədiyinin şahidi olduq". Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, eybi zamanda Rusiya Prezidenti bu məsələ ilə bağlı ciddi addımlar atılacağını, günahkarların cəzalandırılacağını, təzminatın ödəniləcəyini və digər məsələlərin həll ediləcəyini vəd etdi: "Lakin bütün bu açıqlamalara baxmayaraq, real nəticə yoxdur. Məsələ olduğu nöqtədə
Deputat: “Azərbaycanı regionun liderinə çevirən Ali Baş Komandanın fəaliyyəti ölkəmizin çəkisini artırdı”
"Bu gün, 24 dekabr, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Mən, şəxsən partiya sədri olaraq, cənab prezidentə təbrik məktubu ünvanlamışam" Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O, diqqətə çatdırıb ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və regionda lider mövqeyini gücləndirib: "Onu həm gördüyü işlərə görə, xüsusilə 2020-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması istiqamətində Ali Baş Komandan olaraq atdığı addımlara görə, həm də sonrakı dövrdə, o cümlədən 2023-cü il antiterror əməliyyatı və əvvəlki antiterror əməliyyatları ilə, eləcə də 2023-cü
10 ildən sonra gözlənilən qərar verilə bilər – Azərbaycan üçün mühüm hadisə
2025-ci ildə ən çox gözlənilən məsələlərdən biri referendum idi. Prezidentin 2025-i “Konstitusiya və suverenlik ili” elan etməsi bu gözləntiləri daha da artırmışdı. Hakimiyyətin konstitusiyaya dəyişiklik edəcəyi, idarəçilik modelində yeniliklər olacağı ilə bağlı proqnozlar səsləndirilsə də, bu baş tutmadı. Bu gözləntilər 2026-cı ildə reallaşa bilərmi? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, bu ilin sonuna qədər referendumun keçirilməsi ehtimalı aşağı idi: “Referendum məsələsi son 2-3 il ərzində vaxtaşırı gündəmə gəlib və bunun müəyyən səbəbləri mövcuddur. Sədri olduğum Azərbaycan Milli İstiqlal Partiyası 2019-cu ildə digər 14 siyasi partiya ilə birlikdə siyasi islahatların həyata keçirilməsinin
DEPUTAT: “Erməni lobbisi düzəlişin birdəfəlik ləğvinə mane ola bilməyəcək”
ABŞ Konqresində Azərbaycan əleyhinə yeni təşəbbüs: Trampın müttəfiqinə cavab kimi erməni lobbisindən hücum. ABŞ prezidenti Donald Trampın yaxın tərəfdarı, Floridadan olan konqresmen Anna Paulina Lunanın Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsini təqdim etməsindən sonra Vaşinqtondakı erməni lobbisi əks-hücuma keçib. Erməni diasporu ilə əlaqəli olan Nümayəndələr Palatasının üzvləri Vaşinqtonla Ermənistan arasında təhlükəsizlik sahəsində tərəfdaşlığı əhatə edən yeni qanun layihəsini Konqresə təqdim ediblər. Sənəd Floridadan olan respublikaçı Qas Bilarakis və Nyu-Cersidən demokrat Frenk Pallonenin adından təqdim olunub. Layihə ABŞ prezidentinə Azərbaycana qarşı
“Rusiya Azərbaycana dost münasibəti göstərmir” – Deputat
“AZAL-ın təyyarəsinin vurulmasından artıq bir il keçir. Əslində gözləntilər var idi, amma təəssüflər olsun ki, Rusiya tərəfi hələ də konkret addımlar atmayıb”. Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, bu gözləntilər daha çox Düşənbə görüşündən sonra yaranmışdı: “Vladimir Putin Azərbaycan Prezidenti qarşısında faktiki olaraq üzrxahlıq etdi və günahkarların cəzalandırılacağını, təzminat ödəniləcəyini bildirdi. Üstündən müəyyən vaxt keçib, lakin Rusiyanın adekvat addımlar atmasına şahidlik etmirik. Bu, dövlətlərarası münasibətlərə heç cür uyğun hal deyil. Xüsusən Azərbaycan və Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq haqqında müqavilənin
Deputat: “Azadlıq elə şirin şeydir ki, onu dadanlar bilirlər ki, təcridxanada bir gün artıq qalmaq nə deməkdir…”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə amnistiya aktının azadlığa çıxmasına çox az müddət qalmış şəxslərə də şamil edilməsinin nəhəng layihəyə kölgə salan addım kimi dəyərləndirilməsini tənqid edib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, amnistiya aktı kifayət qədər əhatəli sənəddir. A.Əlizadə qeyd edib ki, son amnistiya aktı müstəqil Azərbaycanın əhatəsinə və təsir dairəsinə görə ən böyük amnistiya aktı kimi xarakterizə olunur: “Mütəxəssis hesablamalarına istinad edərək deyirəm ki, təxminən, 20 min civarında şəxsi əhatə edir, 8 min nəfərə yaxın məhbusun, ümumiyyətlə, azadlıqdan məhrum edilmə yerlərindən buraxılması gözlənilir.
Bölgədə sülhə təhdid göstərilir
"Avropa Parlamentinin Azərbaycanın üzərinə gəlmək cəhdi bölgədə formalaşmış dayanıqlı sülhə təhdiddir". Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə AP-nin ölkəmizə qarşı keçirdiyi qərəzli dinləmələri şərh edərkən bildirib. Deputat oxu.az sözügedən təsisat və Avropa İttifaqının (Aİ) 30 il ərzində Azərbaycanın əleyhinə yürütdükləri qərəzli siyasətlərini bu gün də davam etməsindən danışıb. Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Aİ və həmin quruma daxil olan bəzi ölkələr rəsmi Bakıya qarşı bir sıra qətnamələr və qərarlar qəbul etdilər: "Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini özü tətbiq və
Türkiyə başda, Rusiya və İran sual altında: Azərbaycana dost olan və olmayanların SİYAHISI
Azərbaycanın çoxvektorlu xarici siyasəti nəticəsində dünya arenasında dostlarının sayı gündən-günə artır. Bununla yanaşı, Azərbaycana qarşı qeyri-dost, bəzən isə açıq düşmən mövqeyi sərgiləyən dövlətlər də mövcuddur. Modern.az 2025-ci ildə Azərbaycana dost və qeyri-dost münasibət bəsləyən ölkələri müəyyənləşdirmək məqsədilə parlamentdə təmsil olunan partiya sədrləri, politoloqlar, jurnalistlər və sabiq diplomatlar arasında sorğu keçirib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, dost ölkələr sırasında birinci yerdə Türkiyə dayanır: “Türkiyədən sonra Pakistan və İsraili xüsusi qeyd etmək lazımdır. Qardaş türk dövlətləri də təbii ki, Azərbaycanın dostlarıdır. Qeyri-dost ölkələr sırasında isə bu il
Arzuxan Əlizadə: “Rusiya–Ukrayna müharibəsinin qısa müddətdə dayandırılması real görünmür”
Rusiya–Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb və bu günə qədər davam edir. Müxtəlif ölkələrin tərəflər arasında sülhün əldə olunması üçün göstərdiyi səylərə baxmayaraq, bu cəhdlər hələlik nəticəsiz qalıb. ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl Rusiya ilə Ukrayna arasında sülhü 24 saat ərzində təmin edəcəyinə dair vədlər versə də, bu istiqamətdəki təşəbbüslər uğur qazanmayıb. Milli Məclisin deputatı Arzuxan Əlizadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, fevral ayında müharibənin başlamasından dörd il ötəcək: “Rusiya rəsmiləri müharibənin ilk günlərində bir neçə gün ərzində Kiyevi nəzarətə götürəcəklərini bildirirdilər. Onlar Ukrayna əhalisinin