AMİP-30
a

Noyabr 2025

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm, şanlı Qələbədən beş il ötür. Bu tarix Azərbaycan xalqının qətiyyətinin, sarsılmaz iradəsinin və yenilməz ruhunun təntənəsi, tariximizin qızıl hərflərlə yazılmış ən parlaq səhifəsidir. 8 Noyabr Azərbaycan xalqının tarixində elə bir gündür ki, əsrlər boyu fəxrlə anılacaq. Həmin gün təkcə torpaqlarımızı işğaldan azad etmədik, həm də dövlət və millət olaraq iradəmizi, qüdrətimizi və birliyimizi bütün dünyaya göstərdik!  Təbii ki, Vətən müharibəsinin əsas qəhrəmanı bütövlükdə Azərbaycan xalqı,  şanlı Azərbaycan Ordusu, qəhrəman zabit və əsgərlərimizdır. Amma o da danılmaz faktdır

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın ölkəsinə qarşı hibrid müharibə apardığını bildirib. Onun sözlərinə görə, Moskva Ermənistana təzyiq göstərmək üçün medianın gücündən istifadə edir: “Rusiya hibrid müharibə ilə hazırda siyasi cəbhəmizdə kəşfiyyat işləri ilə məşğuldur. Onlar araşdırma aparır, müxtəlif mövzuları irəli sürür, acınacaqlı məqalələr hazırlayır, intriqalar yaradır və çirkin ssenarilər uydururlar”. Simonyan əlavə edib ki, bu cür nəşrlər sadəcə hücumları sifariş edən və həyata keçirən şəxslərin üslubunu nümayiş etdirir: “Onların səhvi erməni mentalitetini yanlış başa düşmələrindədir. Hətta erməni soyadlı çoxsaylı manqurtlar belə sizə kömək etməyəcək. Ona

8 NOYABR – BÖYÜK ZƏFƏR GÜNÜNÜN 5-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AMİP -in BƏYANATI.Bu gün – 8 Noyabr – tariximizin ən şanlı, ən qürurlu səhifəsi, xalqımızın otuz illik həsrətinə son qoyan Böyük Zəfər Gününün 5-ci ildönümüdür! Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) olaraq, Vətən Müharibəsində qazanılan bu misilsiz Qələbə münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Beş il öncə, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının bir yumruq kimi birliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, milli qürurumuzun təntənəsi yaşandı.

Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin Mülki Müşahidəçilər Missiyasının (EUCM) formatı iki ölkə arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş imzalanana qədər dəyişməyəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxışı zamanı deyib. O bildirib: “Sazişin imzalanmasından və ratifikasiyasından sonra format dəyişdirilə bilər. Artıq Aİ tərəfdaşlarımızla bu məsələ ilə bağlı daha əsaslı müzakirələr aparmışıq və hələ də aparılacaq”. Sülh sazişindən sonra formatın dəyişdirilməsinə nə ehtiyac var? Artıq Aİ missiyası birdəfəlik Ermənistandan çıxarılmalı deyilmi? Formatın dəyişdirilməsində Ermənistanın məqsədi nədir? Sözügedən məsələ ilə bağlı

“İş qrafikinin azaldılması hazırda müzakirə mövzusu olmamalıdır. Çünki mövcud reallıqlar fonunda iş saatlarının azaldılmasının ciddi müsbət nəticə verəcəyini düşünmürəm”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, xüsusilə də Bakıda tıxac probleminin aradan qaldırılması üçün önləyici tədbirlərin görülməsi vacibdir: “Bu istiqamətdə daha ciddi və məqsədyönlü addımlar atılmalıdır. Belə tədbirlərdən biri də müxtəlif müəssisələr, o cümlədən təhsil müəssisələri üçün iş qrafiklərinin fərqli şəkildə tənzimlənməsidir.  Müəssisələr üzrə iş saatlarının başlanma və bitmə vaxtları müxtəlifləşdirilməli, müəyyən koordinasiyalı şəkildə planlaşdırılmalıdır. Bu yanaşma tıxacların azalmasına mühüm töhfə verə bilər.  Təbii ki, digər önləyici tədbirlər

“Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər institutları kimi AvroNest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib”. Bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin AvroNest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.  Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər: “Qətnamələrdən birində 2024-cü ilin parlament seçkiləri "saxtalaşdırılmış", xalq tərəfindən seçilmiş hakimiyyət isə “özünü elan etmiş” adlandırılır. Həmçinin polis əməkdaşlarına və dövlət institutlarına hücum etmiş, barələrində məhkəmənin ittihamedici hökmləri çıxarılmış şəxsləri