Sovet təbliğatı yenidən gündəmdə
Son dövrlərdə bəzi şəxslərin SSRİ dövrünü və sovet atributlarını təbliğ edən çıxışları yenidən ictimai-siyasi müzakirələrin mövzusuna çevrilib. Xüsusilə sosial media platformalarında sovet simvollarının, keçmiş imperiya nostaljisinin və həmin dövrə idealizə olunmuş yanaşmaların daha geniş təbliğ edilməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Qeyd edək ki, Azərbaycan müstəqil dövlət kimi siyasi kursunu milli maraqlar, suverenlik və dövlətçilik prinsipləri üzərində qurur. Bu baxımdan, SSRİ-yə nostalji xarakterli çağırışlar yalnız tarixi baxış məsələsi deyil, eyni zamanda, informasiya təhlükəsizliyi və ideoloji təsir müstəvisində də qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu cür çıxışların arxasında müxtəlif
“Rusiyanın müharibəni dayandırmaq üçün siyasi iradəsi hələ də yoxdur”
“Rusiya–Ukrayna müharibəsində Rusiyanın yumşalmasını hələ görmürük. Əslində, Rusiyadakı hazırkı vəziyyəti nəzərə alsaq, bu, ilk növbədə Prezident Putinin verəcəyi siyasi qərardan asılıdır.” Gununsesi.info bildirir ki, bunu deputat Arzuxan Əlizadə deyib: “Əgər belə görüşlər keçirilirsə – hazırda bununla bağlı iddialar var – qeyd etmək istərdim ki, bu yaxınlarda Bakıda da belə bir gizli görüşün keçirilməsi barədə məlumat yayılmışdı. Hətta bu görüşün Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olmadan baş tutduğu iddia edilirdi. Lakin görüşdə kimlərin iştirak etməsi ilə bağlı məsələyə cənab Prezident də aydınlıq gətirdi. İstənilən halda, belə görüşlərin keçirilməsi müharibənin dayandırılması istiqamətində atılan
Afsəddin Nəbiyev: “Hazırda Azərbaycan qazının Ukraynaya birbaşa nəqli üçün ayrıca boru kəməri mövcud deyil”
Zərurət yaranarsa, Azərbaycan Ukraynaya qaz tədarük edə bilər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andriy Sibiqa ilə mətbuat konfransında deyib. Nazir Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) uzun illərdir Ukrayna bazarında fəaliyyət göstərdiyini, şirkətin gələcək üçün böyük planlarının olduğuna inandığını bildirib: “Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə Ukrayna arasında böyük əməkdaşlıq potensialı var”. Maraqlıdır, zərurət deyəndə nəyi nəzərdə tutur, zəruri deyilmi? Zərurət olsa qaz hansı marşrutla Ukraynaya çatdırılacaq? Sözügedən məsələni
Azərbaycan Avrasiyanın logistik və geoiqtisadi mərkəzlərindən biri olacaq
“Azərbaycanın əlverişli coğrafi mövqeyi, son illərdə nəqliyyat infrastrukturuna yatırılan böyük investisiyalar və həyata keçirilən strateji layihələr ölkəmizi Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevirmək üçün möhkəm zəmin yaradıb”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O, ölkəmizin Avrasiya məkanındakı əhəmiyyətindən danışıb:“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yükdaşımaların təhlükəsiz, sürətli və etibarlı şəkildə həyata keçirilməsində getdikcə daha mühüm rol oynayır. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və azad edilmiş ərazilərdə həyata keçirilən
Rəşad Bayramov: “Tehranın danışıqlarda zaman amilindən, ABŞ-dakı siyasi müzakirələrdən faydalanmağa çalışır”
The Wall Street Journal nəşri yazır ki, İran danışıqlarda Trampın daxili siyasi problemlərindən istifadə etməyə ümid edir. Nəşrin məlumatına görə, ictimai rəy sorğuları İranla mümkün müharibənin ABŞ seçiciləri arasında populyar olmadığını göstərir. Belə bir qarşıdurma noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının mövqelərini zəiflədə bilər. O da qeyd edilir ki, İran hakimiyyəti Trampın daxili siyasi məhdudiyyətlərini Tehranla Vaşinqton arasındakı danışıqlarda İranın mövqeyini gücləndirə biləcək amil kimi qiymətləndirir. Diplomatik proses uğursuzluğa düçar olarsa, SEPAH ABŞ-ın hərbi əməliyyatlara başlamasını gözləmədən qabaqlayıcı zərbələr endirmək imkanını nəzərdən keçirir. Bütün
ATƏT sədrini Azərbaycana gətirən səbəblər…
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər üzrə federal naziri İnyatsio Kassisin avqustun 4-5-də Azərbaycana rəsmi səfəri geniş diqqət mərkəzində olub. Avqustun 4-də ATƏT sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi və regional məsələlər müzakirə predmeti olunub. Kassis Bakının ardınca Türkmənistana səfər edəcək. Maraqlıdır ki, o Cənubi Qafqaz ölkələri arasında yalnız Bakıya səfər edib. Yəni bu dövrdə Gürcüstan və Ermənistana səfəri gözlənilmir. Məlumata görə həmin ölkələrə yalnız payızda səfər etməyi planlaşdırır. Görəsən, ATƏT sədrini Bakıya gətirən səbəblər nədir? Milli Məclisin deputatı Arzuxan Əlizadə “Bakupost”a
“Ağdam-Xankəndi dəmir yolunun istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına imkan verəcək” – Arzuxan Əlizadə
İşğaldan azad olunan torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsası qoyulan bir çox layihələr uğurla davam etdirilir. Bu layihələr arasında 3 iyul 2024-cü ildə əsası qoyulan Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi də yer alır. Son məlumatlara görə, artıq Ağdam-Xankəndi dəmir yolu xəttində Qarabağın nəqliyyat infrastrukturunun bərpası və bölgənin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən strateji layihə üzrə işlərin 90 faizi tamamlanıb. Dəmir yolu xəttində əsas tikinti işlərinin və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışının 2026-cı ilin sonunadək reallaşdırılması planlaşdırılır. Bu layihənin əhəmiyyəti
Arzuxan Əlizadə: “Ola bilər ki, ortada danışılmış oyun var və Simonyan Paşinyandan sonrakı dövrə hazırlaşır”
Məlum olduğu kimi, Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib. Onun lehinə 64 deputat səs verib. Rubinyanın parlamentin spikeri postuna namizədliyini hakim "Vətəndaş müqaviləsi" partiyası irəli sürüb. Rubinyan əvvəlki çağırış parlamentdə vitse-spiker vəzifəsini tuturdu. Parlamentinin sədri seçilən Rubinyan artıq dörd nəfəri vəzifəyə təyin edib. Konkret olaraq, o, Elina İşxanyan və Lusine Bekçyanı köməkçiləri, Qreta Zorunts və Arman Barxudaryanı isə müşavirləri təyin edib. Qeyd edək ki, parlamentin keçmiş sədri Alen Simonyanın köməkçiləri və müşavirləri də onunla birlikdə istefa veriblər. Maraqlıdır, Paşinyan bu kadr dəyişiklikləri ilə nə
İran bu bölgədə müharibəyə hazırlaşır? – AÇIQLAMA
İyulun sonlarında İran yük gəmisinə hücum edilməsindən sonra İran Ukraynanın 3 bölgəsini vurmağa hazırlaşıb. Bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib. O bildirib ki, Ukraynanın hücumun səhvən həyata keçirildiyini bildirməsindən sonra cavab addımını dayandırıblar. Bu hadisə İranın Ukraynadakı müharibəyə daxil ola biləcəyi ehtimallarını da gündəmə gətirib. Mövzu ilə bağlı Sonxeber.az-a danışan millət vəkili Arzuxan Əlizadə deyib ki, hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, İranın Ukrayna müharibəsinə birbaşa hərbi tərəf kimi qoşulması real görünmür:"Son günlər bu istiqamətdə müxtəlif iddialar səslənsə də, onları daha çox informasiya müharibəsinin tərkib hissəsi