AMİP Mətbuat və informasiya xidmətinin məlumatı
Azərbaycan Milli İstiqlal Partiyası Türkiyə Cumhuriyyəti Böyük Millət Məclisində təmsil olunan və Azərbaycanın haqq davasına dəstəyini ifadə edən siyasi partiyalara müraciət edərək təşəkkürünü bildirib.
Müraciətdə deyilir: “Azərbaycan Milli İstiqlal Partiyası Türkiyə Cümhuriyyətinə və Böyük Millət Məslisində təmsil olunan siyasi partiyalara Azərbaycanın haqq davasına dəstək ifadə etməsinə görə dərin təşəkkürünü bildirir.
Son günlər Ermənisan silahlı qüvvələrinin Azərbaycanın bir çox rayonlarına hücumu nəticəsində dinc vətəndaşlarımız həlak olub. Azərbaycan Silahlı Qüvvələri erməni təcavüzünün qarşısını almaq məqsədilə əks hücuma keçərək işgal altında olan ərazilərimizin düşməndən təmizlənməsi əməliyyatları həyata keçirir. Artıq bir neçə kəndimiz və strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad olunub və hərbi əməliyyatlar davam etdirilir.
Qardaş Türkiyə Cümhuriyyəti bütün zamanlarda olduğu kimi bu gün də haqq davamızda Azərbaycanın yanındadır. İstər rəsmi dövlət adamlarının, istərsə də Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların verdikləri bəyanatlarla bunun bir daha şahidi olduq.
Milli İstiqlal Partiyası TBMM-də təmsil olunan və Azərbaycana dəstək nümayiş etdirən AKP-yə, MHP-yə, İYİ Partiya və CHP-yə dərin təşəkkürünü bildirir.
Yaşasın Azərbaycan Türkiyə qardaşlığı, Yaşasın Uca Türk Milləti!