“AMİP XIII Qurultayına Hazırlıq: Regionlarda Hesabat-Seçki Konfransları Davam Edir”
Azərbaycan Milli İstiqlal Partiyasının növbəti XIII Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları keçirilməkdədir. Bununla əlaqədar 16-17 avqust tarixlərində Gəncə şəhərində və Göygöl, Kəlbəcər, Ağdam, Zərdab rayonlarında, konfranslar keçirilmişdir. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon (şəhər) təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib. Konfranslarda AMİP Sədri, Millət vəkili Arzuxan Əlizadə ölkədəki ictimai -siyasi vəziyyətlə bağlı, həmçinin partiyanın qarşısında duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Konfransların işində AMİP sədri ilə yanaşı, AMİP Siyasi Şura üzvləri Təbriz Musayev, Teyyub İsmayılov, AMİP sədrinin Təşkilat Məsələləri üzrə müavini Afsəddin Nəbiyev, Seçki Məsələləri üzrə müavini Yəhya Həsənov iştirak ediblər.
Bildirildiyi kimi, AMİP-in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.












