AMİP-30

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyasının təbriki

Əziz həmvətənlər!
Bugünkü tarix — 17 Noyabr, Azərbaycan xalqının milli yaddaşında azadlıq və istiqlal uğrunda mübarizənin dönüş nöqtəsi kimi əbədi həkk olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakının Azadlıq meydanında baş vermiş mitinqlər, xalqımızın Sovet imperiyasının antiazərbaycan siyasətinə qarşı sarsılmaz iradəsinin təcəssümüdür.
Sovet rəhbərliyinin Qarabağ məsələsində apardığı ədalətsiz və təxribatçı siyasət, xalqımızın milli şüurunun oyanmasına səbəb oldu.
17 noyabr — 5 dekabr 1988-ci il tarixləri arasında Azadlıq meydanında keçirilən mitinqlər, Azərbaycanın müstəqillik yolunda ilk kütləvi addımı idi. Bu hərəkat, sonradan Azərbaycan Milli İstiqlal Partiyası kimi siyasi qüvvələrin yaranmasına və milli ideyaların formalaşmasına zəmin yaratdı.
Azərbaycan Milli İstiqlal Partiyası olaraq bildiririk ki,
Biz bu tarixi günün ruhunu yaşadır, xalqımızın azadlıq eşqini, milli birliyini və mübarizə əzmini yüksək dəyərləndiririk.
Milli Dirçəliş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, Vətənimizin azad, güclü və firavan gələcəyi naminə birliyə və həmrəyliyə çağırırıq.
Yaşasın Azərbaycan!
Yaşasın milli dirçəliş ruhu!
Yaşasın istiqlal!