AMİP-30
a

Author: admin_amip

“Azərbaycan və Ermənistan liderlərinin növbəti dəfə Moskvada görüşünün keçirilməsində Rusiyanın konkret istəyi nədir? Vaşinqton və Brüssel platformalarına maneə olaraq rəsmi Kreml vaxtı uzatmağamı çalışır? Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin Busaat.az-a açıqlama verib. “Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Qarabağ savaşı 10 noyabr bəyannaməsi ilə yekunlaşdı. Bundan sonrakı dövrlərdə də Avropa Şurası prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə dövlət başçılarının artıq 5 – ci görüşü keçirildi. ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə XİN rəhbərlərinin görüşü və eyni zamanda hər iki

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə keçirilən üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında bəyan edib ki, kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər: “İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI Azərbaycan Milli İstiqlal Partiyası olaraq Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalının ABŞ-da vəhşicəsinə döyülməsini birmənalı olaraq terror aktı kimi qiymətləndirir və bunu şiddətlə qınayırıq. Bütün ömrünü Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmağa həsr edən Əhməd bəyə qarşı bu sui-qəsdin arxasında İran xüsusi xidmət orqanlarının dayanması ehtimalı kifayət qədər yüksəkdir. Bu terror aktının icraçıları ilə yanaşı sifarişçilərinin də tezliklə müəyyənləşdirilərək saxlanılacağına inamımızı ifadə edərək Əhməd bəyə və oğluna şəfa

"Rusiya indiki mərhələdə təbii olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və tərəflər arasında sülh sazişinin bağlanmasında maraqlı deyil. Rusiya problemin qalmasını tərəflərə qarşı təzyiq vasitəsi əldə etmək kimi görür və Rusiya düşünür ki, problem davam edəcəyi halda onun əlində istər Azərbaycana, istərsə də Ermənistana təzyiq etmək imkanı qalacaq, lakin bunu açıq şəkildə bəyan edə bilmir, cünki başı Rusiya-Ukrayna müharibəsinə qarışıb". Bunu Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib. Politoloq əlavə edib:  "Ona görə də bir növ məcburi loyallıq nümayiş etdirir. Amma, məcburi loyallığı birbaşa təzyiqlə yox, faktiki olaraq danışıqlar prossesində ABŞ-ın

“ABŞ, həm də Avropa İttifaqında əldə olunan nəticələrin üzərindən xətt çəkmək, danışıqlarda öz vasitəçiliyini önə çəkmək niyyətindədir”.  Mayın 14-də baş tutan Brüssel görüşündən 5 gün sonra - ayın 19-da Moskvada Azərbaycan-Ermənistan xarici işləri nazirlərinin görüşü keçirilir.  Məhz belə bir ərəfədə Ermənistan yenə də Azərbaycan ərazilərini Pua-lardan kustar üsulla hazırlanmış mərmilərlə atəşə tutub. Belə bir ərəfədə erməni separatçı-terrorçularının növbəti dəfə ərazilərimizə silah-sursat  daşıdığı videomateriallarla üzə çıxıb. Hadisənin  Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alındığı bildirilir. Danışıqların ABŞ, Avropa İttifaqı, Moskva arasında “qalması” sülh müqaviləsinə nə verə bilər və eləcə də

Ermənistan baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitindəki çıxışı zamanı ziddiyətli fikirlər səsləndirərək, yenə Azərbaycan əleyhinə böhtan xarakterli mövqe sərgiləyib: “Uzun illər ərzində Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmaması üçün bəhanə olub. 2018-ci ildə məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaratdı, lakin 2020-ci ilin sentyabrında "Azərbaycan Dağlıq Qarabağa hücum etdi" və Ermənistan müharibədə iştiraka məcbur qaldı. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanat imzaladım və bu, Ermənistanda dövlət institutlarına hücumlara səbəb oldu, lakin biz demokratik nizamı qoruya bildik”. Paşinyan əlavə edib ki, guya 2021-ci

Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra erməni rəsmiləri görüşün nəticələrini yanlış formada təqdim edirlər. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan Brüsseldə “Azərbaycanın anklavlarının ona qaytarılması məsələsi qaldırıldımı” sualına cavabında deyib ki, nə əvvəllər, nə də indi bununla bağlı hər hansı diskussiya barədə eşitməyib. Eyni zamanda, o hesab edir ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çəkilməsi deməkdir”. Daha sonra erməni rəsmisi bunları əlavə edib: “Regional kommunikasiyaların açılması çərçivəsində yolların tikintisinə gəlincə, Ermənistan