AMİP-30
a

Author: admin_amip

Türkiyədə tütün məhsullarına qarşı daha sərt məhdudiyyətlərin tətbiqi gündəmdədir. Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsinə əsasən, 2040-cı ilə qədər tütün məmulatlarından tam imtina hədəflənir. Layihədə bu prosesin mərhələli şəkildə həyata keçirilməsi, ilkin mərhələdə isə siqaret çəkilməsinin ictimai və açıq məkanlarda ciddi şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Bu yanaşma cəmiyyət sağlamlığının qorunması baxımından mühüm addım kimi qiymətləndirilir. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, qardaş Türkiyə Respublikasında tütün məmulatlarına çox ciddi qadağaların qoyulması ilə bağlı qanun layihəsi hazırlanır: “Bu məsələ gündəmdədir və qanun layihəsi hakim

Məlum olduğu kimi, Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq. Məlumata görə, sözügedən təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil ediləcək. Xatırladaq ki, Rusiya hazırda Beynəlxalq Cinayət Məhkəməsinin

AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub. Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb. Sənəddə bildirilir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.  Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.  Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb. Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin başlanmasını sülh prosesinin iqtisadi təməli kimi qiymətləndirmək olarmı?  “Cebheinfo.az”-a

Azərbaycanda sürücülük hüququnun verilməsi və idarə olunması qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq mexanizmini tənzimləyən digər normativ hüquqi aktlarla müəyyən edilir. Bu sənədlərdə sürücülük vəsiqəsinin əldə olunması üçün tələb olunan yaş həddi, təlim mərhələləri, imtahanların keçirilmə qaydası və ümumi tələblər öz əksini tapır.Qanunvericiliyə görə, 18 yaşına çatmış şəxslər müəyyən olunmuş qaydalara uyğun olaraq sürücülük hüququ əldə etmək üçün hazırlıq prosesinə qoşula bilirlər. Bu proses həm nəzəri biliklərin öyrənilməsini, həm də praktiki sürmə bacarıqlarının formalaşdırılmasını əhatə edir. Sürücülük təlimlərinin düzgün təşkili

"Azərbaycan ümumbəşəri dəyərləri əsas götürərək bütün dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarla, beynəlxalq hüququn tanınmış normalarında əks olunan prinsiplər əsasında əməkdaşlıq edir, münasibətlər qurur. Xüsusilə, yürütdüyümüz çoxvektorlu xarici siyasət Azərbaycanın son illərdəki uğurlarının əsasını təşkil edir. Afrika ölkələri ilə də Azərbaycanın çox uğurlu münasibətləri qurulmaqdadır. Məlumdur ki, Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdi. Uzun illərdir, Qoşulmama Hərəkatının üzvüyük. Bu çərçivədə bir sıra Afrika ölkələri ilə çox yaxın münasibətlər qurulub. Hətta 2020-ci ildə başlanan pandemiya dönəmində Azərbaycan bir çox Afrika ölkələrinə yardımlar etdi. Təbii

İslamabad şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlar heç bir razılaşma əldə olunmadan başa çatıb. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, baş tutan danışıqlar nəticəsiz olsa da, tərəflər arasında dialoqun davam etdirilməsi ehtimalı var: “Məlumdur ki, fevralın 28-də ABŞ-İsrail və İran müharibəsi başlayıb. Bu, son bir il ərzində artıq ikinci hərbi eskalasiyadır. Ötən ilin iyununda da 12 günlük hərbi eskalasiya olub. Bu dəfəki müharibə isə 40 günə yaxın çəkməklə əvvəlkindən daha uzun müddəti əhatə edib.Öz miqyasına görə də

ABŞ kəşfiyyatı Çinin qarşıdakı həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırdığı barədə məlumat əldə edib. CNN-nin məlumatına görə, kəşfiyyat xidməti bu məsələ ətrafında ciddi araşdırmalar aparıb. Qeyd edilib ki, Çin atəşkəsdə vasitəçilik etdiyini nəzərə alsaq, bu addım ABŞ üçün təhdid yaradır və İran hakimiyyəti xarici ölkələrin köməyi ilə müəyyən silah sistemlərini yeniləmək üçün atəşkəsdən sui-istifadə edir. Kəşfiyyat xidmətinin hesabatında vurğulanır ki, Çin əsasən müharibə zamanı aşağıdan uçan ABŞ təyyarələri üçün təhlükə yaradan “MANPADS” adlı zenit sistemlərini İrana göndərməyi planlaşdırır. Bu arada ABŞ Yaxın Şərqdə qüvvələrini artırır

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri regionda siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində iki ölkə arasında enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mövcud tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunur. Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı Cənubi Qafqazda sabitliyin və qarşılıqlı maraqların təmin olunmasında vacib rol oynayır. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda iki müstəqil dövlət olaraq tarix boyu müəyyən dövrlərdə oxşar talelər yaşamış ölkələrdir: “Hər iki dövlət əvvəlcə