Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayı artmaqda davam edir – Arzuxan Əlizadə
Cənubi Qafqaz regionu geosiyasi, geoiqtisadi müstəvidə dünya güclərinin diqqətindədir. Bölgədə sülhün bərqərar olmasından əlavə, gərginlik yaşayan müəyyən qruplar yenə də erməni maşasından istifadə edib çaxnaşma salmağa, sülh prosesinin qarşısını almağa çalışırlar. Şərq və Qərbin ən böyük iqtisadi gücləri olan dövlətlər sülhü zəruri edən layihələrə start verib, təhlükəsizliyin təmin olunması üçün addımlar atırlar. Bu mənada, Orta dəhlizdən keçən Zəngəzur dəhlizinə qarşı nə qədər mənfi çıxışlar olsa da, yol xəritəsi çəkilib və əsas hədəfə doğru hərəkət var. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. - Azərbaycan Prezidenti İlham Əliyev
“Qarabağa birgə səfər həmrəyliyi artırır” – MÜSAHİBƏ
“İşğaldan azad olunan ərazilərə birgə səfərlərin davam edəcəyi gözlənilir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cümhuriyət”-ə müsahibəsində deyib. Amip.az müsahibəni təqdim edir: - Arzuxan bəy, artıq işğaldan azad olunan ərazilərə 8 səfər təşkil olunub. Bu səfərlərlə bağlı təəssüratlarınızı öyrənə bilərik? - Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq işğaldan azad olunmuş bölgələrə 8 səfər reallaşıb. İlk səfər 17 mart 2021-ci ildə Ağdama olub. Həmin gündən başlayaraq bu səfərlər ardıcıl xarakter almağa başlayıb. İndiyə kimi Ağdam, Şuşa, Laçın, Xankəndi, Əsgəran, Xocalı, Cəbrayıl və Zəngilana
“Bəzi təxribatçı qüvvələr regiondakı müharibənin dezinformasiya cəbhəsinə Azərbaycanı çəkməyə çalışırlar”
“Müharibə başlayandan əvvəllər də əslində Azərbaycana qarşı şər kampaniyası vardı. İran-İsrail müharibəsi başlayan gündən demək olar ki, Azərbaycana qarşı növbəti dəfə bu şər-böhtan kampaniyası alovlanıb. Bunun düşmənlərimiz tərəfindən idarə olunması birmənalıdır. Eyni zamanda ermənilər də öz platformalarında bunu tirajlayırlar. Guya Azərbaycan ərazisindən İran vurulub, guya Azərbaycan ərazisindən dronlar qalxıb deyə yalanlar və saxta məlumatlar ötürürlər. Xarici mətbuata da bununla bağlı məlumatlar ötürürlər. Yalan məlumatlar ötürülür, amma əllərində heç bir fakt yoxdur. Heç bir dəlil, sübut da yoxdur”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə
Sülh, inkişaf və rifah yolu
Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Eyni zamanda Çin dünya iqtisadiyyatında çəkisinə görə ikinci ölkə hesab olunur. Bu baxımdan Çin Xalq Respublikasının dünya iqtisadiyyatına və siyasətinə təsir imkanları kifayət qədər genişdir. Azərbaycan dövləti 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Çinlə müxtəlif sahələrdə münasibətlər formalaşıb. İlkin olaraq diplomatik münasibətlər çərçivəsində əməkdaşlıq yaradılıb. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycanda və Azərbaycanın Çin Xalq Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bundan sonrakı dönəmlərdə də müxtəlif sferalarda Azərbaycan-Çin münasibətləri artan dinamika üzrə inkişaf edib. Münasibətlərin inkişafına rəvac
Rəşad Bayramov: “Bu, Ermənistanda revanşizmi bir qədər də körükləyəcək”
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius ilə müdafiə və hərbi sənaye kompleksi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Qriqoryan Ermənistan hökumətinin müdafiə və hərbi sənayenin inkişafı istiqamətində gördüyü işləri, eləcə də bu sahələrdə prioritetləri təqdim edib. Kubilius öz növbəsində Avropa İttifaqının müdafiə və hərbi istehsal sahəsində prioritetləri, bu çərçivədə hazırlanmış strateji konsepsiyalardan irəli gələn fəaliyyət planı barədə ətraflı danışıb. Görünən odur ki, Avroittifaq Ermənistanın Azərbaycanla sülh sazişini imzalamasını gözləmədən İrəvanla hərbi, hərbi-sənaye sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir. Belə
Yubileyini qeyd edən deputat: “İnsanın ətrafı genişlənəndə, təbriklər də artır”- MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin doğum günüdür. Siyasətçi 60 illik yubileyini qeyd edir. “Cebheinfo.az” doğum günündə Arzuxan Əlizadə ilə söhbətəşib: -Arzuxan bəy, doğum gününüzü təbrik edir, sizə uğurlar və xoşbəxtlik arzulayırıq. Doğum gününüzü harada və necə qeyd edəcəksiniz? -Diqqətiniz üçün çox təşəkkür edirəm. Doğum günümü iki gün əvvəl partiyada qeyd etdik. Partiyadaşlarımız və dostlarımız tərəfindən qərargahda yığıncaq təşkil olundu. Onlar öz təbriklərini və xoş sözlərini bildirdilər. Doğum günümdə isə bu tarixi hər zaman ailə üzvlərimlə qeyd edirəm. Bununla bağlı geniş yığıncaqların keçirilməsini sevmirəm.
“Söyüş müxalifətinin” yalan və böhtanları Azərbaycana qarşı təzyiqi artırmaq istəyənlərə bəhanə verir” – MÜSAHİBƏ
Cəmiyyətdə ictimai fikrin formalaşmasında ictimai - siyasi xadimlərin mühüm rolu var. Bu baxımdan millət vəkilləri də mühüm pay sahibidirlər. Onların cəmiyyət həyatında oynadıqları rol belə düşünməyə əsas verir ki, parlamentarilər bu və ya digər məsələ ilə bağlı ictimai şüurun formalaşmasında vacib və məsuliyyətli iş görürlər. Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Crossmedia.az saytının növbəti qonağı oldu. O, daxili və xarici siyasətlə bağlı suallarımızı cavablandırdı. - Arzuxan müəllim, bəzi hallarda müxalifətçilik tamamilə başqa cür başa düşülür. Xaricdə oturub Azərbaycan dövlətini, ali rəhbərliyi tənqid edənlər
Azərbaycanda referendum qaçılmaz olacaq – Yeni deputatla MÜSAHİBƏ
Arzuxan Əlizadə: "Etibar Məmmədova müraciət etdik ki, o da parlament seçkilərinə qatılsın""AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var"1 sentyabr 2024-cü il tarixində keçirilmiş parlament seçkilərində ilk dəfə deputat mandatı qazananlar arasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də var. Arzuxan Əlizadə Modern.az-ın qonağı olub və bir sıra mövzularda suallarımızı cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Arzuxan bəy, uzun müddət bələdiyyə üzvü kimi fəaliyyət göstərəndən sonra, 2024-cü ildə deputatlığa namizəd oldunuz. Qələbə qazanmağa əminlik vardımı? - Mən üç dəfə bələdiyyə seçkilərində iştirak etmişəm və seçilmişəm. Bakıxanov qəsəbəsi
Arzuxan Əlizadə: “Heç bir güzəştdən söhbət gedə bilməz” – MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin TNS-ə müsahibəsini təqdim edirik: - Arzuxan bəy, dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə sizə təşəkkür edirik. Söhbətimizə bu yaxınlarda ABŞ-yə səfərinizdən başlayaq. ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (IDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilmiş “IDU Forum-2024”ə qatılmısınız. Beynəlxalq tədbirə necə dəvət olunmuşdunuz, orada iştirakınızı uğurlu hesab edirsinizmi? - Biz AMİP olaraq, 1999-cu ildən sağ mərkəz yönümlü partiyaları özündə birləşdirən, 80-dən çox ölkədən 100-dən çox təşkilatın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının
Arzuxan Əlizadə: “Düşünmürəm ki, hakimiyyət Zurabişvilinin həbs edilməsinə getsin”
Məlum olduğu kimi, Gürcüstanda siyasi proseslər səngimir. Bu arada Euronews kanalının yaydığı məlumata görə, Tbilisidə xüsusilə azərbaycanlılar, ermənilər və digər milli azlıqlar da ölkədə dərin siyasi islahatlar tələbi ilə birlik aksiyasına qoşulurlar. Yəni Qərb təbliğatı artıq Gürcüstanda milli azlıqların da bu prosesə qoşulduğunu geniş şəkildə təbliğ etməyə başlayıb. Həmçinin milli azlıqları da bu prosesə təşviq etmək istəyirlər. Gürcüstanda bu və ya digər siyasi proseslərlə bağlı AMİP sədri, millət vəkili Arzuxan Əlizadəyə bir sıra suallar ünvanladıq. - Qərbin Gürcüstanda milli azlıqların da bu prosesə geniş şəkildə qoşulduğunu təbliğ