AMİP-30
a

KİV

Xəbər verildiyi kimi, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ölkəyə qarşı genişlənən informasiya müharibəsi və daxildəki gizli şəbəkələrlə bağlı sensasion bəyanatla çıxış edib. Diplomat Kremlin Azərbaycana qarşı informasiya hücumuna keçdiyini bildirərək, hüquq-mühafizə orqanlarını və cəmiyyəti daha cəsarətli addımlar atmağa çağırıb. “Arxivləri açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən “beşinci kolon” üzvlərini göstərməyin vaxtı deyilmi? Hesab edirəm ki, arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adla çağırmağın əsl zamanıdır”, - politoloq qeyd edib. Bəs müxalifət partiyaları sabiq nazirin qaldırdığı məsələ

ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı radikal ünsürlər tərəfindən təxribat cəhdi ətrafında müzakirələr davam edir. Beynəlxalq protokollara görə, dövlət başçıları üçün mühafizə prosedurları necədir? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, bu hadisə müəyyən qüvvələrin birbaşa idarə etdiyi və onların sifarişi əsasında həyata keçirilən aksiya kimi qiymətləndirilməlidir: “Bu, birmənalıdır. Azərbaycanın regionda reallıqları dəyişməsi, söz və güc sahibinə çevrilməsi, bu gün qlobal miqyasda diqqət mərkəzində olması və Cənubi Qafqazda həyata keçirilə biləcək layihələrin əsas leytmotivi kimi çıxış etməsi müəyyən dairələri ciddi şəkildə narahat edir. Bu narahatlıqdan çıxış edən qüvvələr əvvəllər olduğu kimi, indi də Azərbaycana qarşı

"Azərbaycan 2020-ci ildə Vətən müharibəsi ilə çox böyük uğur əldə etdi. Faktiki olaraq regionda reallıqları dəyişmiş olduq. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və bu gün regionun əsas lider dövlətidir. Ən əsası, artıq çox ciddi surətdə müstəqil siyasət yürütməkdədir. Bundan narahat olanlar var. Təəssüf ki, hazırkı dönəmdə də öz içimizdən olanlar, obrazlı şəkildə desək, sapı özümüzdən olanlar Azərbaycanın üzərinə gəlməyə başlayıblar. Avropada onlara şərait yaradılıb, "bloqer" adı altında sosial şəbəkələrdə çox iyrənc bir kampaniya həyata keçirməkdədirlər. Söyüş ritorikası ilə, iyrəncliklərlə, ailə dəyərlərinə böyük

Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP-in sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın artan nüfuzundan bəzi güc mərkəzləri ciddi narahatlıq keçirir: “Təəssüf ki, bu bədnam qüvvələrə bizim bəzi üzdəniraq ünsürlərimiz də qoşulub. Onlar anti-Azərbaycan qüvvələrinin əlində alətə çevriliblər.Maddi və yaxud sosial vədlərin müqabilində alətə

Rusiya Azərbaycanın əleyhinə informasiya kampaniyasını genişləndirir və yaxın günlərdə bunun daha aqressiv mərhələyə keçə biləcəyi deyilir. Məlumata görə, məsələ yalnız ayrı-ayrı ekspert rəyləri ilə məhdudlaşmır. Həm ölkəyə, həm də dövlət rəhbərliyinə qarşı məqsədli informasiya hücumlarının yeni dalğasının başlanacağı iddia olunur. Əsas məqsəd rezonans doğuracaq məlumat yaymaq və mənfi ictimai rəy formalaşdırmaqdır. Bildirilir ki, kampaniya çərçivəsində Rusiyada yaşayan tanınmış azərbaycanlı ailələrdən birinin nümayəndəsinin də prosesə cəlb edilməsi mümkündür. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi bu günün məsələsi deyil: “Uzun

Prezident İlham Əliyev bildirib ki, Rusiya yalnız Ukraynanın enerji obyektlərini deyil, həm də Azərbaycan şirkətlərinə məxsus infrastrukturu hədəfə alır. Ukraynadakı Azərbaycan səfirliyi üç dəfə hücuma məruz qalıb və bu, təsadüfi deyil. Bütün diplomatik koordinatlar Rusiyaya təqdim olunsa da, əlavə hücumlar baş verib. Azərbaycan yalnız diplomatik yollarla reaksiya göstərib, Rusiya səfirinə nota verilib və xüsusi bəyanat yayılıb. Prezident Əliyev vurğulayıb ki, bu hərəkətlər Azərbaycanın maraqlarına qarşı dostyana addım sayıla bilməz. Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətləri kifayət qədər gərgin fazada davam

Bakıda saxlanılan 11 rusiyalının tezliklə azad edilməsi Rusiya və Azərbaycan münasibətlərində prioritet məsələdir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Daha sonra Zaxarova bunları qeyd edib: “Bu məsələni azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq. Bakının rusları azad etmək qərarı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı”. Zaxarova bildirir ki, rusların azad edilməsi qonşuluq münasibətlərinin möhkəmləndirilməsində mühüm addım olar. Bəs Rusiyada heç nədən həbs edilən azərbaycanlıların məsələsi necə olsun? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP-in sədr müavini Afsəddin

“Qlobal siyasət yeni transformasiya mərhələsinə daxil olur. Beynəlxalq təşkilatların effektivliyinin azalması fonunda yeni təhlükəsizlik platformalarının formalaşması artıq qaçılmaz prosesə çevrilib. Bu dəyişikliklərin mərkəzində isə Bakı və Azərbaycan dayanır. Yeni reallıqda Azərbaycan regional aktordan qlobal siyasi proseslərin fəal iştirakçısına çevrilir”. Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclaısnda iştirakını  şərh edərkən deyib. Onun sözlərinə görə, uzun illər beynəlxalq sistemin əsas sütunu sayılan BMT artıq qlobal böhranların həllində effektiv mexanizm kimi qəbul edilmir. “Münaqişələrin artması, selektiv yanaşma və

“Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir. Prezident Donald Tramp Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O deyib ki, Bayden administrasiyanın dönəmində münasibətlərimizdə bir gərginlik var idi. Bu da qarşı tərəfin sərgilədiyi mövqedən qaynaqlanırdı. “Amma Azərbaycanla Birləşmiş Ştatların münasibətləri əvvəlki dönəmlərdə, respublikaçıların hakimiyyəti zamanı normal səviyyədə olub. Təəssüf ki, demokratlar Azərbaycana yönəlik başqa siyasət yürüdürdülər. Donald Trampın ikinci prezidentliyi dövründə Azərbaycanla çox yaxın münasibətlər formalaşıb. Münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb. Bilirsiniz ki, ötən il avqustun 8-də Azərbaycan

Ötən il İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv