Afsəddin Nəbiyev: “Tramp ölkəmizin Cənubi Qafqazdakı önəmli rolunu mütləq nəzərə alacaq”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Tramp ikinci prezidentlik dövründə Azərbaycanın bölgənin ən güclü dövləti olduğunu nəzərə alacaq, ABŞ-ın milli maraqlarına uyğun siyasət aparacaq və ABŞ-Azərbaycan münasibətləri daha fəal olacaq: “Ona görə də ikinci prezidentliyi dövrü, - əlbəttə ki, bu mənim qiymətləndirməmdir, - birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox
Gənclərin irəli getməsinin əsas şərti
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühüm məsələlər barədə açıqlamalar verib. Dövlət başçısı xatırladıb ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla ev sahibliyi edib: “Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq". Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən dövlət başçısı qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz
Mayın 1-dən Bakı-Tiflis qatarı fəaliyyətə başlayacaq?
"Mayın 1-dən Bakı-Tiflis dəmir yol qatarının ikitərəfli gediş-gəlişi ilə bağlı məsələ gündəmdədir. Hər iki tərəfin hökumət nümayəndələri bununla bağlı öz mövqelərini bildiriblər və yolun açılacağı gözlənilir". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, bu bütövlükdə quru sərhədlərin açılması demək deyil: "Quru sərhədlərin açılması üçün həmin sərhədlərdən avtomobil yolu ilə sərnişinlərin keçməsinə şərait yaradılmalıdır ki, bununla bağlı hələ konkret mövqe yoxdur. Mövqe əslində ondan ibarətdir ki, hələlik quru səhədlər bağlı qalsın və bu müddət də iyul ayının 1-nə kimi uzadılıb".
Üç uşağı olan ailələrin NƏZƏRİNƏ: “Bu qərar əlavə maliyyə yüküdür…”
Mövcud qanunvericiliyə uyğun olaraq beş uşaqlı ailələr çoxuşaqlı ailələr kateqoriyasına daxil edilib. Bir müddətdir ki, üç uşaqlı ailələrin çoxuşaqlı ailə kimi qəbul edilməsi ictimai müzakirələrə cəlb edilib. Bu məsələ sosial sifariş kimi qəbul edilə bilər”. Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, təəssüf ki, son dövrlər ailələrdə bir ən yaxşı halda iki uşağın olmasına üstünlük verilir: “Buna bir çox amillər səbəb olur. Bu səbəbdən üç uşaqlı ailələrin çoxuşaqlı ailə hesab edilməsi gündəmə gəlir. Məsələ ciddi qərar tələb edir. Bunun üçün bir çox araşdırmaların aparılmasına
Arzuxan Əlizadə: “TDT-nin dünyada üçüncü qütp yaratmasına ciddi ehtiyac var”
Bu gün türk dünyasının bütövləşməyə doğru getməsi bütün dünya güclərini ciddi narahat etməkdədir. Ona görə də bu birliyin zəiflədilməsi üçün cəhdlərin olması gözləniləndir. Lakin öz gücünə və gələcəyinə inanan türklər bütün bu maneələri əzimlə aşacaq və dünyada layiq olduğu məqama yiyələnəcək. Bununla belə, Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Orban isə Ərdoğanın düşməni Netanyahuya qucaq açdı. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət
ABŞ-da gərginlik PİK HƏDDƏ – Xalq və milyarderlər Trampa BAŞ QALDIRDI
Keçən həftə sonu ABŞ-ın bütün böyük şəhərlərini etiraz dalğası bürüdü. Ölkənin 50-ə yaxın ştatında Prezident Trampın yürütdüyü siyasətə etiraz olaraq mitinqlər təşkil olundu. Hansı ki, bu aksiyalarda təxminən 1 milyona yaxın insan iştirak edib. Etirazçıların Trampın yürütdüyü miqrasiya və gömrük rüsumu siyasətinə qarşı çıxaraq, onun bu addımının Amerikanın beynəlxalq nüfuzunun sarsılmasına yönəldiyini bəyan ediblər. Bu azmış kimi, Trampın addımları bəzi milyarderləri də çətin duruma salıb. Onlar yürüdülən siyasətin qurbanı olaraq böyük ziyana məruz qalıblar. Belə bir vəziyyətdə Amerikada Trampdan narazılıq artmağa başlayır. Onun nəticəsidir ki, son rəy sorğularına görə
Beynəlxaq Demokrat ittifaqı sədri Etibar Məmmədovu təbrik edib
Məlumat verildiyi kimi, bu il aprel ayının 2 də Azərbaycan Milli İstiqlal partiyasının qurucusu, ilk sədri, Fəxri Lideri Etibar Məmmədovun 70 yaşı tamam oldu. Bu məqsədlə aprel ayının 1-də siyasətçilərin, ictimai siyasi xadimlərin, media rəhbərlərinin, jurnalistlərin iştirakı ilə geniş tədbir keçirilmiş, onun haqqında yazılan iki cidlik siyasi bioqrafik kitabın təqdimatı keçirdilmişdir. AMİP dünyada 80-dən artıq sağ mərkəz partiyalarını ətrafında birləşdirən Beynəlxalq Demokrat İttifaqının (IDU) üzvüdür və Etibar Məmmədov 17 il müddətində bu təşkilatın sədr müavini olmuşdur. AMİP-ə Etibar Məmmədov adına həm IDU çərçicəsində ikitərəfli
Afsəddin Nəbiyev: “Qərb dairələri bu məsələdə əksər hallarda dürüst davranış göstərmirlər”
Prezident İlham Əliyev mətbuata bəyanatında ona verilən sualı cavablandırarkən Qərb dairələrinin Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmağının əsassız olduğunu konkret arqumentlərlə əsaslandırıb: “Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks təqdirdə, bu sənəd ərsəyə gəlməzdi.
Deputat: “Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda mühacir həyatı yaşayan bəzi şəxslər ölkəyə gətirilə bilər”
“Mühacirlərin ölkəyə qaytarılması barədə Azərbaycan tərəfinin hüquqi müstəvidə tələbləri olacaqsa, təbii ki, Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda məsələ Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnə bilər. Bu, istisna edilmir. Xüsusilə, Azərbaycanın son dövrlər artan nüfuzu, gücü deməyə əsas verir ki, Azərbaycan dövləti bütün proseslərdə haqlı mövqedən çıxış etməklə öz haqqını, hüququnu ən yüksək səviyyədə qorumağa, təmin etməyə qadirdir. Biz artıq belə bir dövlətə çevrilmişik. Almaniya Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verən xoşagəlməz hadisə buna bariz nümunədir. Almaniya Prezidenti Azərbaycandan əvvəl Ermənistana səfər etmişdi. Bir
Aprel döyüşləri nəticəsində ermənilərin uydurduğu “ordunun məğlubedilməzliyi” sindromu sındırıldı – ŞƏRH
Aprel döyüşləri tarixi zəfərimizə gedən yolda ilk müjdə oldu. Bu döyüşlər xalqımıza ilkin qələbəni yaşatmaqla strateji yüksəkliklərin erməni işğalından azad edilməsinə gətirib çıxardı. Beləliklə, ermənilərin yalandan uydurduğu “ordunun məğlubedilməzliyi” sindromu sındırıldı. Milli Məclisin deputatı Arzuxan Əlizadə isə Trend-ə açıqlamasında Aprel döyüşlərində əldə olunan nəticələrdən bəhs edib: “2016-ci il aprel 2-də Azərbaycan Silahlı Qüvvələri çox ciddi hərbi əməliyyat həyata keçirdi. Nəticədə Lələtəpə yüksəkliyi, eləcə də Tərtərin Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Cocuq Mərcanlı kəndi, Gorboyun Gülüstan, Tərtərin Qazaxlar, Suqovuşan kəndi istiqamətində, eləcə də digər istiqamətlərdə bir sıra strateji