AMİP-30
a

KİV

Xəbər verdiyimiz kimi yanvarın 1-dən Gürcüstanda məcburi hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qanunvericiliyə əsasən, çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılan hərbi xidmət çərçivəsində xidmətə göndəriləcəklər.  Belə ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək. Bununla yanaşı, çağırışçılar özləri üçün uyğun olan 3 xidmət növündən birini seçə bilərlər. Belə ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi almaq və müəyyən ixtisas üzrə xidmət isə 11

“Ümidvarıq ki, Trampın növbəti hakimiyyəti dönəmində ABŞ-Azərbaycan münasibətləri daha da normallaşacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində 2025-ci ildə yanvarın 20-də inaqurasiya mərasimindən sonra ABŞ-nin prezidentlik postuna yiyələnək Donald Trampın Cənubi Qafqaz siyasəti ilə bağlı suala cavablandırarkən bildirib.  Onun sözlərinə görə, Respublikaçıların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri hər zaman normal olubdur:  “Trampın birinci hakimiyyəti dövründə biz buna şahidi olmuşuq. Qeyd edim ki, Trampın birinci hakimiyyətinin son dövrlərində Azərbaycan 44 günlük müharibədə torpaqlarını Ermənistanın işğalından azad etdi və bu müharibədə prosesləri özünün

"Dünyanın harasında yaşamasından asılı olmayaraq hər kəs azərbaycanlı həmrəyliyini qeyd edir"  Qarşıdan milli birliyin və bərabərliyin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər.  Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi.  Həmrəylik Günü bu birləşmək istəyinin

Xəbər verdiyimiz kimi yanvarın 3-dən etibarən Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyəti yenidən bərpa olunur. 4 illik zaman fasiləsindən sonra belə bir qərarın verilməsi çoxlarımız üçün əsl bayram hədiyyəsidir. Nəzərə alaq ki, sərnişin qatarı əsasən gecə saatlarında işləyəcək. Ona görə də qatardakı vaqonlar əsasən yataq tiplidir. Bu da gecə səyahəti bir sıra üstünlüklər yaradır. İlk növbədə vaxta qənaət olunur. Gecə yol getməklə gündüz saatlarından daha səmərəli istifadə etməyə imkan verir. Sərnişin gündüz saatlarında planlaşdırdığı işləri görüb, axşam yenidən rahatlıqla evinə dönə bilir. Beləcə, sərnişin əlavə vaxt itkisinə

AMİP-in fəxri lideri Etibar Məmmədov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar həlak olan uçuş heyəti üzvləri və sərnişinlərin ailələrinə başsağlığı verib. Siyasətçi Moderator.az vasitəsilə bunları çatdırıb:  "Təyyarə qəzasında həlak olanlara  Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Allah bir daha xalqımıza belə faciələr yaşatmasın!.." 

Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko deyib ki, 2025-ci ildə Ukrayna ilə heç bir şərt olmadan sülh danışıqları başlanacaq:  “İstənilən danışıqlarda kompromislər axtarmaq lazımdır. Ukrayna ilə münaqişənin həlli ilə bağlı danışıqlar, heç şübhəsiz, gələn il başlayacaq. Mən öz fikrimi bir daha bildirirəm. Təbii ki, danışıqlar prosesi mütləq gələn il başlayacaq. Amma mənim fikrimcə, danışıqlar prosesi çox çətin olacaq. İstənilən danışıqlarda kompromislər axtarmaq lazımdır, lakin Rusiyanın səsləndirdiyi əsas şərtlərə ciddi riayət etməklə”. Matviyenkonun sözlərinə görə, pozulmuş İstanbul razılaşmaları Rusiyanın yanaşmalarının təməlini, əsasını ehtiva edir: “Biz bu yoldan

2024-cü il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar oldu. Bu il Rusiya və Azərbaycan ali rəhbərlərinin razılaşması əsasında sülhməramlı hərbi kontingent Qarabağı vaxtından tez tərk etdi. Bu, diplomatiyamızın növbəti uğurlu gedişlərindən biri idi. Digər hadisə Ermənistanla ilk dəfə sərhədin Qazax istiqamətində delimitasiya və demarkasiya aparılması, həmçinin işğalda olan 4 kəndin qaytarılması oldu. Bu ilin digər ən yaddaqalan hadisələrindən biri, sözsüz ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi konfransı - COP29 oldu. Azərbaycan özünün beynəlxalq imicinə növbəti mühüm xallar əlavə etdi.   2024 Azərbaycan üçün həm də seçkilər təqvimi idi.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.  İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır. Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Rəsmi Kreml

Qəzadan dərhal sonra hadisə yerindən yayılan foto və videolarda təyyarəyə kənardan müdaxilə edilməsi versiyası dominantlıq təşkil edirdi.Təbii ki, istintaq orqanları bununla bağlı araşdırmalar aparırlar. İstənilən halda son qərarı gözləməliyik". Bu sözləri Sitat.info-ya açıqlamasında təyyyarə qəza ilə bağlı açıqlama verən millət vəkili, AMİP sədri Arxuxan Əlizadə bildirib.Deputat vurğulayıb ki, artıq “Caliber.az “ saytında və digər KİV-lərdə verilən məlumata əsasən, təyyarəyə hava hücumundan müdafiə sistemi vasitəsilə kənar müdaxilə edilib: "Bir məsələni də qeyd etmək lazımdır ki, təyyarənin istiqamət götürdüyü Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da belə bir məlumat yayıb ki,

“Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq”. Bu sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib. Dövlət başçısı qeyd edib ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik: “Bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın