AMİP-30
a

KİV

Xəbər verildiyi kimi, Kopenhagendə Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Prezident və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə məhsuldar görüşü bir çox baxımdan diqqət çəkir. Liderlər iki ölkə arasında əməkdaşlığı və bir çox sahələr üzrə əlaqələrin inkişaf edən xətt üzrə irəliləməsini vurğlayıblar. Mattarella ölkəsinin Azərbaycanla dostluqdan fərəhləndiyini bildirib. İlham Əliyev çıxışı zamanı Azərbaycanla Avropa İttifaqının elektrik ixracı istiqamətində birgə işlədiyini açıqlayıb. Prezident Xəzərin dibi ilə Orta Asiyadan ölkəmizə və daha sonra Avropaya elektrik enerjisinin ötürüləcəyini söyləyib. Avropanın qazdan sonra elektriklə də təminatı rəsmi Bakıya siyasi və iqtisadi baxımdan hansı üstünlükləri gətirəcək? Bu layihə ölkəmizin regional roluna necə təsir

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənmişdi. Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırması ilə bağlı o zaman bəyanat verdi. Bu kontekstdən yanaşanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) əslində Azərbaycandan nəsə tələb etmək haqqı da yoxdur. Eyni zamanda bu illər ərzində Azərbaycan torpaqları işğal altında olduğu dönəmdə və ondan bir qədər əvvəl istər Ermənistan ərazisindən, eləcə də Qarabağ və ətraf rayonlardan ümumilikdə 1 milyona yaxın qaçqın və köçkün oluduğu dönəmdə Avropa İnsan Haqları Məhkəməsi məsələlərə münasibət bildirib, ermənilərdən, separatçılardan və onların arxasında

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib. Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur: “2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”. Burada Paşinyanın səsləndirdiyi fikirlərin arxasında dayanan odur ki, Ermənistan Konstitusiyanı dəyişmədən

Artıq dünyanın bir neçə ölkəsi 4 günlük iş həftəsini test mərhələsinə çıxarıb. Böyük Britaniyada aparılan pilot layihələr göstərib ki, işçilər həm məhsuldarlıq baxımından geri qalmayıb, həm də işə daha həvəslə qayıdıblar. Yaponiyada bəzi şirkətlər bu sistemi tətbiq edərək əməkdaşlarının stres səviyyəsinin azaldığını, ailəyə və şəxsi inkişaflarına daha çox zaman ayırdıqlarını müşahidə ediblər. Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur. Lakin 4 günlük iş həftəsinin təhsil sahəsində ilk nümunəsi artıq Bakı Dövlət Universitetində

Azərbaycan tarixində elə günlər var ki, həm kədər, həm də qürur doludur. 27 sentyabr da məhz belə günlərdən biridir. Bu gün biz bir tərəfdən İkinci Qarabağ Savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızı ehtiramla yad edirik, digər tərəfdən isə Vətənimizin azadlığı, bütövlüyü və şərəfi uğrunda başladığımız böyük mübarizənin, Zəfər yolunun başlanğıcını xatırlayırıq. 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı tarixinin sınaq anında bir yumruq kimi birləşdi, dövlətinin, ordusunun və Ali Baş Komandanının ətrafında sıx birləşərək haqq savaşına qalxdı. 44 gün davam edən bu savaş təkcə torpaqlarımızın azad

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı çox ciddi mesajları ilə yadda qaldı. Verilən ən ciddi mesaj isə Xəzər dənizinin suyunun sürətlə çəkilməsi ilə bağlı idi. Prezident İlham Əliyevin BMT tribunasından “2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də

“Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və bir çox siyasi, iqtisadi liderlərlə görüşləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirə olunması ölkəmizin imicindən, onun liderinin şəxsi nüfuzundan xəbər verir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. ABŞ Prezidenti Donald Trampla Azərbaycan liderinin dialoquna diqqət çəkən deputat bildirib ki, Prezidentə göstərilən etimad bir daha onu deməyə əsas verir ki, Azərbaycan liderinin beynəlxalq arenada kifayət qədər nüfuzu var: “Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş nəticələr, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eyni zamanda,

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq. Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib. Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir. Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək. Fərzanə Sadiq onu da qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında

Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?” - baş nazir qeyd