Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirildi – FOTOLAR
28 sentyabr tarixində Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilmişdir. “Qafqaz” Biznes Mərkəzinin Konfrans zalında 61 rayon (şəhər) təşkilatından seçilmiş nümayəndələrin iştirakı ilə baş tutan Qurultay dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə öz işinə başlamışdır. AMİP sədri tərəfindən açıq elan olunan Qurultayda Rəşad Bayramov Qurultayın sədri, Elşən Müstafayev sədr müavini, Məmmədəli Səfərov və Nuranə Səlimova katib seçilmişlər. AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilmiş, daha sonra müvafiq hesabat çıxışları olmuşdur. AMİP
AMİP: “Dəmir yumruq” ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi və milli ləyaqət nümunəsinə çevrildi
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI Azərbaycan Milli İstiqlal Partiyası vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümü olaraq qeyd edilən Anım Günündə qəhrəman ordumuza, qazilərimizə və şəhid ailələrinə dərin ehtiramını bildirərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli varlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi böyük qürur və minnətdarlıq hissi ilə yad edir. 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və hüququn aliliyi uğrunda aparılan mübarizə olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılmışdır. Məhz
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib – FOTOLAR
19 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının XIII Qurultay ərəfəsində Nizamnaməyə uyğun olaraq son iclası keçirilib. Toplantını AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə açaraq ölkəmizdə elan olunmuş “Suverenlik və Konsultasiya İli” çərçivəsində 2023-cü ilin həmin günlərində həyata keçirilən antiterror tədbirlərinin əhəmiyyətinə dair geniş məruzə ilə çıxış edib. O, bu tədbirlərin Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndiyini xüsusi vurğulayıb. İclasda XIII Qurultaya hazırlıq prosesi, keçirilmiş hesabat-seçki konfranslarının nəticələri, Siyasi Şura üzvlərinin təklifləri və digər cari məsələlər ətraflı müzakirə olunub. Cari məsələlərin müzakirəsi
AMİP XIII Qurultayına Doğru: Regionlarda Hesabat-Seçki Konfransları Yekunlaşır
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti – XIII Qurultayının keçirilməsi istiqamətində hazırlıq prosesi sürətlə davam edir. Partiyanın Nizamnaməsinə uyğun olaraq ölkənin müxtəlif rayon və şəhərlərində hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Bu konfransların əsas məqsədi partiya təşkilatlarının fəaliyyətini qiymətləndirmək, yeni idarəetmə heyətlərini formalaşdırmaq və qarşıdan gələn qurultayda iştirak edəcək nümayəndələri seçməkdir.Bu çərçivədə 1 sentyabr 2025-ci il tarixində Masallı rayon təşkilatınının strukturlarının yenidən formalaşması prosesi ilə bərabər, Lənkəran ŞT -da, Lerik və Astara rayon təşkilatlarında növbəti konfranslar keçirilib. Tədbirlərdə AMİP-in qarşıdakı siyasi kursu, ölkədə gedən ictimai-siyasi proseslər
“AMİP XIII Qurultayına Hazırlıq: Regionlarda Hesabat-Seçki Konfransları Davam Edir”
Azərbaycan Milli İstiqlal Partiyasının növbəti XIII Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları keçirilməkdədir. Bununla əlaqədar 16-17 avqust tarixlərində Gəncə şəhərində və Göygöl, Kəlbəcər, Ağdam, Zərdab rayonlarında, konfranslar keçirilmişdir. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon (şəhər) təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib. Konfranslarda AMİP Sədri, Millət vəkili Arzuxan Əlizadə ölkədəki ictimai -siyasi vəziyyətlə bağlı, həmçinin partiyanın qarşısında duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.Konfransların işində AMİP sədri ilə yanaşı, AMİP Siyasi Şura üzvləri Təbriz Musayev, Teyyub İsmayılov, AMİP sədrinin Təşkilat
AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI
8 avqust 2025-ci il Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. AMİP hesab edir ki, həm Azərbaycan-ABŞ münasibətləri və həm də Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar tarixi əhəmiyyətə malikdir.Azərbaycan və ABŞ arasında strateji tərəfdaşçlıq münasibətlərinin qurulması üçün atılan addımlar, ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə
Milli Mətbuatımızın 150 illiyi münasibətilə Azərbaycan Milli İstiqlal Partiyasının Təbriki
Azərbaycan Milli İstiqlal Partiyası olaraq Həsən bəy Zərdabinin əziz xatirəsini dərin hörmətlə yad edirik. 1875-ci ilin 22 iyul tarixində milli düşüncənin, azad sözün və ictimai maarifçiliyin təməlini qoymuş maarifpərvər ziyalımız Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan ilk milli mətbu orqanımız - "Əkinçi" qəzetinin işıq üzü görməsi Azərbaycanda maarifçilik ideyalarının, milli şüurun və azad fikrin yayılmasında mühüm mərhələnin başlanğıcı oldu. Milli mətbuatımız həmin tarixdən bu günə qədər 150 illik çətin və şərəfli yol keçərək Azərbaycan xalqının mübarizə və inkişaf tarixində silinməz izlər buraxmışdır. Bu gün xüsusilə
AMİP-in növbəti XIII Qurultayı cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının növbəti XIII Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları keçirilməkdədir. Bununla əlaqədar 19-20 iyuI tarixlərində Sabunçu və Xətai rayonlarında, həmçinin Sumqayıt şəhərində konfranslar keçirilmişdir. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon (şəhər) təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib. Konfranslarda AMİP Sədri, Millət vəkili Arzuxan Alizade ölkədəki ictimai -siyasi vəziyyətlə bağlı, həmçinin partiyanın qarşısında duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Konfransların işində AMİP sədri ilə yanaşı, Ali Məclis sədri Rəşad Bayramov, sədr müavinləri Yəhya Həsənov və Afsəddin Nəbiyev,
AMİP-in dövlət qeydiyyatına alınmasının 33-cü ildönümü qeyd olunub.
17 iyul 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk növbədə partiyanın dövlət qeydiyyatına alınmasının 33-cü ildönümü (17 iyul 1992) qeyd olunub.Tədbirdə Partiyanın Sədri, millət vəkili Arzuxan Əlizadə AMİP fəxri lideri Etibar Məmmədovun təbriklərini iclas iştirakçılarının diqqətinə çatdırıb. 33 il əvvəl bu günkü gün AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatı olaraq tarixə düşüb və bununla da ölkədə çoxpartiyalı sistemin əsası qoyulub. AMİP sədri bu münasibətlə partiya üzvlərini təbrik edərək, partiyanın keçdiyi tarixi yol və
T Ə B R İ K
İstiqlalçılar adından, II Qarabağ savaşında xüsusi mərdlik şücaət göstərmiş, dəfələrlə yüksək Ali Komandanlıq tərəfindən təltiflərə layiq görülən Əbdürəhmanov Elnur Bəkir oğlunu doğum günü münasibətilə və eyni zamanda yeni ali hərbi rütbə alması münasibətilə ürəkdən təbrik edir, dövlətimiz və dövlətçiliyimiz naminə xidmətində yeni-yeni uğurlar arzulayırıq.Partiyanın fəxri lideri Etibar Məmmədov, AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə və bütün Milli İstiqlalçılar ailəsi adından Bəkir müəllimə nümunəvi vətənpərvər övlad yetişdirdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk.