Arzuxan Əlizadənin seçicilərlə 5-ci görüşü – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyası nın Sədri 27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd Arzuxan Alizade nin Balaxanı seçiciləri sayca 5-ci görüşü 18 avqustda baş tutub. 27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd Arzuxan Əlizadənin seçicilərlə növbəti görüşü Balaxanı qəsəbəsində yerləşən "KƏNAN" şadlıq evində keçirilib.İki saatdan çox davam edən görüşdə deputatlığa namizədin gələcək fəaliyyətindən geniş şəkildə bəhs olunub.Vəjillər Kərim müəllim, Sadiq həkim çıxış edərək seçiciləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, 1 sentyabr seçkilərində fəal iştirak etməyə və Arzuxan Əlizadənin namizədliyini dəstəkləməyə çağırıblar. Balaxanı sakinləri
Deputatlığa namizəd Arzuxan Əlizadə Sabunçuda seçicilərlə görüşdü – FOTOLAR
Avqustun 16-da 27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd AMİP Sədri Arzuxan Əlizadə Sabunçu qəsəbəsi Əslidar Məmmədəliyev 2 ünvanında yerləşən "Yüksək Gərginlikli Elektrik Şəbəksi"MMC-nin akt zalında sayca 4 -cü bu binada seçicilərlə 2-ci görüşü keçirildi. Seçiciləri ən çox maraqlandıran məsələlərdən çoxu sosial -iqtisadi vəziyyətlə bağlı olan məsələlərdir.Məhz buna görə də partiyamızın bu seçkilərdə şüarı Azərbaycan üçün
Deputatlığa namizəd Arzuxan Əlizadə Ramana sakinləri ilə görüşdü – FOTOLAR
Bu gün 27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd AMİP Sədri Arzuxan Əlizadənin Ramana qəsəbəsində seçicilərlə 3-cü görüşü havanı qızmar olmasına baxmayaraq çox yüksək səviyyədə keçirildi.Təqdimatdan sonra seçicilərin problemləri dinlənildi.
ATƏT nümayəndələri AMİP rəsmiləri ilə görüşüb
Bu gün AMİP Mərkəzi Qərərgahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzun müddətli müşahidə missiyasının nümayəndələri, ABŞ-dan olan Laura Villalba və Norveç təmsilçisi Tomas Hug ilə partiya rəhbərliyinin görüşü keçirilib. Görüşdə AMİP sədri, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Arzuxan Əlizadə ilə birlikdə AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən MM üzvlüyünə namizəd Elşən Mustafayev və AMİP Ali Məclisinin sədri, Naxçıvan MR Ali Məclis üzvlüyünə namizəd Rəşad Bayramov iştirak ediblər. Görüşdə növbədənkənar parlament seçkiləri, seçki
Deputatlığa namizəd AMİP sədri şəhidlərimizi ziyarət etdi – VİDEO
27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Azərbaycan Milli İstiqlal Partiyası nın Sədri Arzuxan Əlizadənin seçicilərlə ilk görüşü baş tacımız olan Şəhidlərimizi ziyarət etməklə başlayıb. Bununla bağlı hazırlanan videonu təqdim edirik: https://www.youtube.com/watch?v=qrXdUqedX-M
Arzuxan Əlizadə Balaxanı sakinləri ilə görüşüb – FOTOLAR
27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd AMİP sədri Arzuxan Alizadenin Balaxanı sakinləri ilə görüşü keçirildi. Görüş zamanı A.Əlizadə seçiləciyi halda seçicilərin ona göstərdiyi etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söz verib.
Arzuxan Əlizadə seçiciləri ilə görüşdü – FOTOLAR
Avqustun 10-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Azərbaycan Milli İstiqlal Partiyası nın Sədri Arzuxan Alizade nin Sabunçu rayonunda seçicilərlə ilk görüşü keçirildi. Seçki platformamız hər bir vətəndaşa əlçatan olacaq. "Azərbaycan üçün
AMİP Avropa Parlamentinə keçirilən seçkiləri izlədi
Xəbər verildiyi kimi, AMİP sədri Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində Avropa parlamentinə keçirilən seçkiləri izləmək məqsədilə İsveçin paytaxtl Stokholmda səfərdə olublar. Səfər İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyasının dəvəti ilə baş tutub. Partiyanın Mətbuat Xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində AMİP nümayəndə heyəti ilə İsveçin Xarici işlər naziri Tobias Bilström də daxil olmaqla Moderat partiyasının rəhbərliyində təmsil olunan yetkililər, o cümlədən İsveç parlementinin və Avropa parlamentinin Moderat partiyasından olan deputatları ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri
AMİP sədri İsveçə səfər edəcək
Cari ilin 6-9 iyun tarixləri aralığında Avropa İttifaqına üzv olan ölkələrdə Avropa Parlamentinə növbəti seçkilər keçiriləcəkdir. Azərbaycan Milli İstiqlal Partiyasının uzun illərdən bəri əməkdaşlıq etdiyi İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası Avropa Parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün AMİP rəhbərliyinə dəvət məktubu göndərib. Bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində İsveçin Stokholm şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Moderat partiyasının rəhbərliyi, İsveç parlamentinin üzvləri, həmçinin, Moderat partiyasından Avropa Parlamenti üzvlüyünə namizədlərlə görüşlərin keçiriləcəyi, həmçinin,
Milli İstiqlalçılar Etibar bəyi təbrik etdi
Bu gün Azərbaycan Milli İstiqlal Partiyası fəxri lideri, Etibar Məmmədovun doğum günüdür .Milli İstiqlalçılar olaraq AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığına, həmçinin bu illər ərzində özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə Etibar bəyə minnətdarlığımızı bildiririk. Əziz Etibar bəy!Sizə sonsuz sayğılarımızı bildirməklə yanaşı, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ulu tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür, gələcək işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.Sonsuz sayğılarla, Milli İstiqlalçılar!