Yaşı 16-ya qədər olan şəxslərin sosial şəbəkələrə girişi necə tənzimlənəcək? – AÇIQLAMA
Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydaların tətbiqi gündəmə gəlib. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Yeni sənəd sosial şəbəkə qlobal nəhənglərinin (Meta, TikTok, Google və s.) Azərbaycandakı fəaliyyətini leqallaşdırmaqla yanaşı, istifadəçilər üçün ciddi yaş senzinin tətbiqini nəzərdə tutur. Qanun layihəsinin ən çox müzakirə edilən bəndi yeniyetmələrin sosial platformalardakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.Qeydiyyat qadağası: Azərbaycanda 16 yaşı tamam olmamış şəxslərin sosial
“Ermənistanda seçkilərdən sonra yeni dönəm başlayacaq” – DEPUTAT
Ermənistanda keçirilən seçkilər və seçkiöncəsi kampaniya dövrü müxtəlif mübahisələr, qanun pozuntuları və siyasi qarşıdurmalarla müşayiət olunur. Müxalifət və bəzi siyasi dairələr səsvermə prosesində qanun pozuntularının, seçicilərə təzyiqlərin və səslərin satın alınması hallarının olduğunu iddia edir. Eyni zamanda, beynəlxalq müşahidə missiyalarının bu məsələlərə münasibəti də müzakirə mövzusuna çevrilib. Bununla ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri artıq yekunlaşdı: “İlkin nəticələr açıqlanıb və ilkin nəticələr onu deməyə əsas verir ki, Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyası səslərin mütləq əksəriyyətini qazanıb. Yarısından çoxunu qazandığı üçün də
Deputat: “Cənubi Qafqaz tarixinin ən həlledici mərhələsini yaşayır”
"Cənubi Qafqaz tarixinin ən həlledici mərhələsini yaşayır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, regionda formalaşmış yeni reallığın əsas faktoru sülhdür və bunun yeganə təşəbbüskarı Azərbaycandır: "Ermənistanda keçirilən parlament seçkisi təkcə hakimiyyət yarışı deyil, erməni xalqının gələcəyi barədə fundamental qərardır. Erməni xalqının iki seçimi var: sülhə səs vermək, ya da revanşist ritorikaya aldanaraq növbəti fəlakətə sürüklənmək. Ermənistan seçkidən sonra sülh istədiyini yalnız sözlə deyil, atacağı addımlarla sübut etməlidir. Seçki kampaniyalarında "Qarabağ kartı"nın manipulyasiya vasitəsi kimi istifadəsi bir daha göstərir ki, Azərbaycan Ermənistan konstitusiyasında dəyişiklik
Afsəddin Nəbiyev: “Aİİ-yə tamhüquqlu üzvlük mövcud reallıqlar çərçivəsində ölkənin dövlətçilik maraqları ilə uzlaşmır”
“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü təşviq etməyə hazırıq. Rusiya ölkəni Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istəyir”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. “Biz Azərbaycanın Aİİ ilə yaxınlaşmasını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq, çünki bu, fikrimizcə, ortaq Avrasiya məkanımızda mövcud iqtisadi əlaqələri daha da gücləndirəcək. Belə yaxınlaşma Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək, çünki ölkə ortaq mal bazarının üstünlüklərindən istifadə edə və nəqliyyat, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirə biləcək”, - deyə Qaluzin qeyd edib. Yeri gəlmişkən qeyd edək ki, Prezident
Bakıya doğru, yoxsa təcridə? Ermənistanın tarixi seçim anı
“Ermənistanda keçiriləcək parlament seçkilərinə artıq sayılı günlər qalır. Lakin bu seçkiləri adi daxili siyasi proses kimi qiymətləndirmək doğru olmazdı. Əslində, Ermənistan seçkiləri Cənubi Qafqazda maraqları toqquşan qlobal və regional güclərin geosiyasi mübarizəsinin növbəti mərhələsi kimi xarakterizə edilə bilər”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O qeyd edib ki, seçkilər yaxınlaşdıqca Ermənistan təkcə siyasi rəqabətin deyil, həm də müxtəlif güc mərkəzlərinin təsir uğrunda mübarizəsinin məkanına çevrilir: “Xüsusilə uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas dayaqlarından biri olmuş İrəvanın son dövrlərdə Moskvanın orbitindən uzaqlaşmaq cəhdləri Kremlin ciddi narahatlığına
Rəşad Bayramov: “Ermənistana təzyiqlərin artması ölkə daxilində sosial narazılığı gücləndirə və siyasi sabitliyə təsir göstərə bilər”
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də Ermənistanı təhdid edib və bildirib ki, ölkəni Ukraynanın aqibəti gözləyir: “Ukrayna AB ilə inteqrasiya qərarı verərkən inkişaf perspektivlərindən danışdı. Əslində, Ukrayna kənd təsərrüfatı məhsulları Avropa bazarlarına buraxılmadı. Eyni aqibət Ermənistanı da gözləyir”. Daha sonra Volodin bunları qeyd edib: “Ermənistan Aİİ-dən çıxarsa, sakinlər üçün qazın qiyməti təxminən dörd dəfə artacaq, Rusiyadan Ermənistana hazırda ildə təxminən 4 milyard dollar (bütün köçürmələrin üçdə ikisi) təşkil edən pul köçürmələri kəskin şəkildə azaldılacaq, Rusiyaya giriş üçün miqrasiya imtiyazları ləğv ediləcək və işə qəbul
Deputat: “Prezidentin Qarabağa səfərləri böyük əhəmiyyət kəsb edir”
“Torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir. Həmin səfərlərin hər birinin çox böyük əhəmiyyəti var”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu səfərlər həm siyasi, həm də iqtisadi cəhətdən olduqca böyük məna kəsb edir:“İlk növbədə, bu səfərlər Azərbaycanın həmin ərazilər üzərində tam suverenliyinin və dövlət idarəçiliyinin bərqərar olduğunu nümayiş etdirmiş olur. Prezident hər səfərində istər ayrı-ayrı müəssisələrin təməlinin qoyulması və ya açılışında, istərsə
Etibar Məmmədov Arzuxan Əlizadənin qərarlarına təsir edir? – AÇIQLAMA
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov 2004-cü ildə qurumun sədrliyindən getsə də, fəxri lider statusunda qalır. AMİP-in sədri isə deputat Arzuxan Əlizadədir. Bəzi məlumatlarda iddia olunur ki, Etibar Məmmədov Arzuxan Əlizadənin həm partiya, həm də parlementdə verdiyi qərarlara təsir göstərir. İddialar nə dərəcədə doğrudur? Modern.az bu suala cavab tapmaq üçün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, Etibar Məmmədov 2004-cü ildə siyasətdən getsə belə, mühüm məsələlərə reaksiya verir, mövqe irəli sürür: “Etibar Məmmədov AMİP-in qurucusu və ilk sədridir, eyni zamanda milli azadlıq hərəkatının önəmli liderlərindən biridir.
Rusiyanın Ermənistanda xaos yaratmaq PLANI – Seçkiöncəsi təxribat ssenarisinin DETALLARI
Ermənistanda seçkilər yaxınlaşdıqca Moskva İrəvana təhdidləri və təzyiqləri daha da artırır. "Erməni dosyesi" teleqram kanalının yazdığına görə, Rusiya Prezident Administrasiyası Ermənistanda keçiriləcək növbəti seçkilərdə birbaşa hakimiyyət dəyişikliyinə deyil, ölkədəki vəziyyəti gərginləşdirməyə çalışır.Mənbənin qeyd etdiyinə görə, rəsmi Moskva kremlyönümlü namizədlərin şanslarının Nikol Paşinyanın partiyası ilə müqayisədə aşağı olduğunu anlayır. Bu səbəbdən də müdaxilə üçün standart sxemdən istifadə olunur. Belə ki, "TikTok"da Paşinyan və ailəsinə qarşı yüzlərlə konspiroloji video çarx yayımlanır, "Facebook"da minlərlə ödənişli şərh yazılır, "X" (keçmiş Twitter) platformasında ingilis dilində kampaniya aparılır. Prosesin icrası birbaşa
Bakının mərkəzi piyadalaşdılır – Bəs orada yaşayanların aqibəti necə olacaq
Bakının 5 küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılır, ərazilər piyadaların istifadəsinə veriləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Bu addım şəhər mühiti və piyadalar üçün müsbət qərar kimi qiymətləndirilsə də, bir sıra suallar da yaradır. Məsələni şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakının beş küçəsində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması və həmin ərazilərin tamamilə piyadaların istifadəsinə verilməsi ilə bağlı qərar şəhərsalma baxımından diqqət