AZƏRBAYCAN MİLİİ İSTİQLAL PARTİYASININ QURULTAYI KEÇİRİLDİ
Partiya Nizamnaməsini “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunaşdırmaq üçün keçirilən Qurultayda AMİP Nizamnaməsinə qanunun tələblərindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.Nizamnamədə həmçinin Pariyanın icra və qərarverici qurumlarının vəzifə və səlahiyyətləri, təyinatlı və seçkili qurumların formalaşması və say tərkibi ilə bağlı da müvafiq dəyişiklər edilmiş, partiyanın idarəedici orqanı olan Siyasi Şuranın birbaşa Qurultay tərəfindən seçilməsi, rayon (şəhər) təşkilat sədrlərinin Siyasi Şura tərəfindən təsdiqi, AMİP Mərkəzi Şurasını adının dəyişdirilərək AMİP Ali Məclisi adlanması ilə bağlı düzəlişlər edilmişdir.Qurulytayda həmçinin ölkədə və regionda mövcud olan
AMİP Qərəgahında İstiqlal şairi Məmməd Arazın 90 illik yubileyi keçirilib – FOTOLAR
AMİP Mərkəzi Qərəgahında İstiqlal şairi, Milli İstiqlal Partiyasının qurucularından olan Məmməd Arazın 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları AMİP-in fəxri Lideri Etibar Məmmədov, AMİP sədri Arzuxan Əlizadə, Məmməd Arazın yaxın dostu, AMİP Qurucularından İsa Məmmədov, AMDP sədri Fərəc Quliyev, Milli Azadlıq Hərəkatının fəallarından Bədrəddin Quliyev, Gürcüstanın “Gürcüstan Naminə” Partiyasının sədri Fazil Əliyev, AMİP veteranları Aydın Əliyev, Eldar Qoşunoğlu, Vidadi Bəşirov, Ceyran Ənsər və digərləri Məmməd Arazla bağlı xatirələrini, eləcə də 18 oktyabr 1991-ci il tarixdə Müstəqiiliyimizn bərpasından 15 oktyabr 2023-cü il
AMİP sədri Prezident İlham Əliyevi təbrik edib
16 oktyabr 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Cənab Prezident! Hörmətli Ali Baş Komandan! Dünənki gün, 15 oktyabr 2023-cü il Azərbaycanın 200 illik tarixində bir dönüş nöqtəsi oldu. Xankəndi, Xocalı, Xovacənd, Ağdərə və Əsgəranda ucaldılan müqqəddəs üçrəngli bayrağımız təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın tarixinin yenidən yazıldığı gün kimi tarixə düşdü. Anti-terror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu. Sizin rəhbərliyiniz altında Azərbaycan
AMİP Türk Şəhidləri məzarlığını ziyarət etdi -FOTOLAR
Sentyabrın 15-də Azərbaycan Milli İstiqlal Partiyasının bir qrup üzvü Türk Şəhidləri məzarlığını ziyarət etmişdir. 15 sentyabr Azərbaycanın , qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi bir gündür. 1918-ci il 15 sentyabr Qafqaz İslam Ordusunun Komandanı qəhrəman sərkərdə Nuri Paşa Bakı şəhərini erməni daşnaklarından və rus şovinistlərindən azad etdi. Bu qələbənin qazınılmasında Ənvər Paşanın, Mursəl Paşanın, Rüşdü bəyin , yüzlərlə şəhidlərimizin böyük rolu olmuşdur. AMİP sədri qısa nitqində 15 sentyabr qəhrəmanlıq salnaməsi günü olduğunu, məhz bu günün Azərbaycanın Qurtuluş günü olduğunu xüsusilə qeyd etdi. Eyni zamanda Arzuxan
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
Azərbaycanın Milli İstiqlal Partiyası iyun ayının 20-də Gədəbəydə polislə yerli əhali arasında olan qarşıdurmadan narahatlıqlığını ifadə edərək, anoloji hadisələrin təkrarlanmaması üçün hökuməti məsuliyyətli addımlar atmağa çağırır. Gədəbəy rayonunun Söyüdlü kəndində sionid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı zamanı polisin yaşlı qadına qarşı qəddar davranışı, hər bir vətəndaşımız kimi bizləri də hiddətləndirir. Bir daha bəyan edirik ki, vətəndaşlarımızın konstitusion hüqlarlından istifadə edərək etiraz etmək hüququ olduğu halda, dinc insanlara qarşı güc tətbiqi yolverilməzdir. Azərbaycan Milli İstiqlal Partiyası məsələ ilə əlaqədar hökumətin yaratdığı
28 May – Milli qürur günümüz!
28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Düz 105 il bundan əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu və dünyanın siyasi nizamının yenidən şəkilləndiyi bir dövrdə Azərbaycanın istiqlaliyyəti elan olundu. Cumhuriyyətin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında qurulması xalqımızın o dövrdə milli azadlıq,
AMİP rəhbərliyi ATƏT PA-nın Sədri ilə görüşdü
“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən Beynəlxalq Konfrans çərçivəsində Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt və AMİP rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə xanım Sedderfeltin üzvü olduğu İsveç Moderat partiyası ilə AMİP arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri, regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danşıqlar, Rusiyanın prosseslərə təsiri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparımışdır. ATƏT Parlament Assambleyasının sədri həmçinin işğaldan
AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI
AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI Azərbaycan Milli İstiqlal Partiyası olaraq Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalının ABŞ-da vəhşicəsinə döyülməsini birmənalı olaraq terror aktı kimi qiymətləndirir və bunu şiddətlə qınayırıq. Bütün ömrünü Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmağa həsr edən Əhməd bəyə qarşı bu sui-qəsdin arxasında İran xüsusi xidmət orqanlarının dayanması ehtimalı kifayət qədər yüksəkdir. Bu terror aktının icraçıları ilə yanaşı sifarişçilərinin də tezliklə müəyyənləşdirilərək saxlanılacağına inamımızı ifadə edərək Əhməd bəyə və oğluna şəfa
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Azərbaycan Milli İstiqlal Partiyası Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir və bu alçaq hücumun icraçı və sifarişçilərinin tez bir zamanda aşkar olunaraq məsuliyətə cəlb edilməsinin vacib olduğunu bildirir.AMİP olaraq baş verən hadisəni ölkəmizdə sabitliyin pozulmasına cəhd və cəmiyyət arasında qorxu yaratmağa hesablanmış addım kimi qiymətləndiririk. Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr bilməlidirlər ki, heç bir təhdid insanımızı haqq davasından çəkindirə bilməz və bu mənfur hücumun arxasında
AMİP Mərkəzi Şurasının iclası keçirilmişdir
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilmişdir. Şəhidlərin və Türkiyədə “əsrin fəalkəti” nəticəsində həlak olmuş insanların xatirəsini yad etməklə başlayan iclasda ölkədə və regiondakı mövcud durum, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.