AMİP-30
a

Author: admin_amip

Moskva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının haqlı narahatlığından xəbərdardır. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. “Hamıya yaxşı məlumdur ki, missiya adlandırılan qurumun əməkdaşları nə ilə məşğuldurlar. Onlar Ermənistanın qonşu ölkələrinə qarşı casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat, regionda heç bir sabitliyə töhfə vermirlər”, - o bildirib. Burada diqqət çəkən məqam odur ki, Rusiya Avroittifaqın missiyası ilə bağlı dəfələrlə narahatlığını bildirsə də, qonşu ölkə olan İran bir dəfə də olsun buna münasibət bildirməyib, etiraz etməyib. Niyə? Halbuki, belədə

Təkcə Bakı şəhərində 500 mindən çox sənədsiz ev var. Böyük şəhərlər, eləcə də, regionlarımızda da sənədi olmayan evlər çoxdur. Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bu gün keçirilən iclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, bu sənədsiz evlər həm də sığortalana da bilmir: “Ötən ilin payızında subasma nəticəsində Sabunçu qəsəbəsində çoxlu sayda mənzillərə, yaşayış sahələrinə çox ciddi ziyan dəymişdi. Təxminən, 30-dan artıq həmin zərərəçəkmiş mənzillərdə oldum və

“2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri haqqında imzaladığı Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub. Əgər 2020-ci ilədək bu sahədə olan əməkdaşlığın əsas hədəfi Ermənistanın işğalçılıq siyasətinə son vermək idisə, 2021-ci ildən sonra yeni mərhələdə əməkdaşlığın prioriteti Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasıdır. Yəni bölgədə sülhün və təhlükəsizliyin təminatçısı rolunda çıxış etməkdir. Ənənə halını alan "Sarsılmaz Qardaşlıq-2025" və "Mustafa Kamal Atatürk-2025" hərbi

"Çimərlik mövsümü yaxınlaşdıqca insanımızı düşündürən əsas məsələlərdən biri xidmətlərin əlçatan olmaması olur. Bu, məsələ həm indi, həm də yay boyunca gündəmdə olacaq. Sirr deyil ki, bir çox çimərliklər iş adamlarının, sahibkarların nəzarətindədir. Həmin ərazilər icarəyə götürülür və öz xidmətləri təklif olunur". Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.  Deputat təəssüflə bildirib ki, həmin ərazilərdə xidmətlər kifayət qədər bahadır: "Sadə statistik vətəndaşın bu xidmətlərdən istifadəsi bir çox hallarda əlçatan deyil. Yay mövsümündə ailəsi ilə birlikdə bir neçə dəfə istirahət etmək istəyən insan ailə büdcəsindən xeyli miqdarda

Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında gərgin münasibətlər uzun müddətdir ki, davam edir. Ötən il keşiş Baqratın rəhbərliyi ilə Paşinyana qarşı bir hərəkat başlamışdı. O zaman da  Paşinyana müxalif olan qüvvələrin Baqratın ətrafında təmərküzləşməsi və bütövlükdə bu hərəkatın hakimiyyət dəyişikliyinə səbəb olması ilə bağlı məsələ gündəmdə idi. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə Ermənistanda iqtidar-kilsə qarşıdurması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, həmin hadisələr vaxtı keşiş Baqrat bütövlükdə erməni müxalifətini ətrafında cəmləşdirə bilmədi: “Müxalifət deyəndə, əsasən keşiş Baqrata onda dəstək verən qüvvələr Sarkisyan

“Rusiya prezidentinin köməkçisi Medinskinin açıqlaması heç bir çərçivəyə sığmayan açıqlamadır. Bu açıqlama ilə Medinski əslində özünün bilgisizliyini nümayiş etdirdi. Amma təbii ki, bunun arxasında məkrli niyyətin olması da istisna edilmir”. Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, ümumiyyətlə, Qarabağ probleminin kökündə Rusiya amili olub: “Biz onun da fərqindəyik ki, zamanında Azərbaycan torpaqları ermənilər tərəfindən deyil, əslində ermənilərə dəstək verən rus hərbçiləri tərəfindən işğal olunmuşdu. Ermənilərin gücünə görə deyildi ki, Azərbaycan ərazisini 30 il ərzində işğalda saxlasınlar. Burada Rusiya amili xüsusi rol

Ermənistanda parlament seçkisinin vaxtı məlum olub. Parlamentin sədri Alen Simonyan seçkinin 2026-cı il iyunun 7-də keçiriləcəyini deyib. Xatırladaq ki, bir müddət əvvəl baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu üçün səsvermənin parlament seçkisindən sonra, daha dəqiq desək, 2027-ci ildə keçirilə biləcəyini açıqlamışdı. Məlumdur ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün iki şərtin yerinə yetirilməsini - konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minks qrupunun buraxılmasını tələb edir. Bəs belə olan halda, seçkiyə qədər Ermənistan hökuməti konstitusiyanı dəyişmək və sülh müqaviləsi imzalamaq üçün zəmin formalaşdıracaq,

Fakt budur ki, 44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirmişik, eyni zamanda, daha suveren, daha müstəqil, özümüzü təmin edən dövlət əldə etmişik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O əlavə edib: "2025-ci il martın 1-i Ermənistan Respublikasının sərhəd qoşunlarının bütün sərhəd keçid məntəqələrində xidmət etdiyi gündür. Bu qərarı 2024-cü ildə vermişəm. 2018, 2019, 2020-ci illərdə bu qərarı verə bilməzdim. Biz Rusiya Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığımızı bildirdik, lakin dedik: dövlət olaraq yetkinləşmişik və özümüz sərhəd-keçid məntəqələrimizə nəzarət edə bilərik”. Necə yəni, “vətənimizin bir hissəsini

Dəyərli həmvətənlər!Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Tanrının bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.Mübarək Qurban bayramı günlərində bütün soydaşlarımıza səmimi təbriklərimizi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq!Qurban bayramınız mübarək olsun!Dərin hörmətlə:Azərbaycan Milli İstiqlal Partiyası