AMİP-30
a

Author: admin_amip

"Bakıda iki gün aramsız yağan yağışlar ciddi fəsadlar törədib və insanlarımız bir çox problemlərlə qarşılaşıb. Ötən ilin oktyabr ayında da aramsız yağışlar ciddi fəsadlar törətmiş, iki nəfərin həyatını itirməsinə səbəb olmuşdu. İndi də mövqeyimiz bundan ibarətdir ki, sistemlər, kanalizasiya xətləri problemləri həll olunmalıdır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  Deputat bildirib ki, dünən məlum oldu ki, bir çox vətəndaşların əmlakına, qeyri-yaşayış obyektlərinə ziyan dəyib: "Təəssüf ki, bizdə əmlakın sığortalanması ilə bağlı problemlər var. Şəxsi mənzilimizi, əmlakımızı sığortaya cəlb etmirik. Ona görə də belə problemlərlə üzləşirik. Şəhər ətrafında çoxlu sənədsiz

Məlum olduğu kimi, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini qəbul edib. Təkbətək görüş zamanı liderlər iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi əməkdaşlıqda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə toxunulub. Gürcüstan prezidenti azərbaycanlı həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə, həmçinin, regionda sülh və sabitliyin vacibliyi vurğulanıb. Mixeil Kavelaşvili Gürcüstanın gələcəkdə də Cənubi Qafqazda dialoq və diplomatiyanın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiqləyib. Təkbətək görüş zamanı liderlər

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius ilə müdafiə və hərbi sənaye kompleksi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Qriqoryan Ermənistan hökumətinin müdafiə və hərbi sənayenin inkişafı istiqamətində gördüyü işləri, eləcə də bu sahələrdə prioritetləri təqdim edib. Kubilius öz növbəsində Avropa İttifaqının müdafiə və hərbi istehsal sahəsində prioritetləri, bu çərçivədə hazırlanmış strateji konsepsiyalardan irəli gələn fəaliyyət planı barədə ətraflı danışıb. Görünən odur ki, Avroittifaq Ermənistanın Azərbaycanla sülh sazişini imzalamasını gözləmədən İrəvanla hərbi, hərbi-sənaye sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir. Belə

"Gecədən yağan yağış növbəti dəfə də şəhər nəqliyyatını iflic vəziyyətə gətirib. Təəssüf ki, hər dəfə bu cür təbiət hadisəsindən sonra ciddi fəsadlarla üzləşirik. İnsanlarımız yollarda qalırlar, iş yerlərinə çatmaq müşkülə çevrilib. Xüsusilə, Bakı ətrafı kəndlərdən, qəsəbələrdən şəhər istiqamətinə doğru yollar faktiki olaraq "məhdudlaşdırılıb" deyilir, amma bağlıdır. “Bağırov” körpüsü, eləcə də “Dərnəgül” istiqaməti və digər bir çox körpülərin altı su ilə dolub. Baxmayaraq ki bütün mövcud qurumlar prosesə cəlb edilib, FHN, DİN əməkdaşları səhər saatlarından yollardadırlar. Daha böyük problemlərin qarşısını almaqla məşğuldurlar. Amma görünən budur

Paytaxtda axşamdan başlayan yağış şəhərdə bir sıra çətinliklər yaradıb və fəsadlar törədib. Dövlət qurumları fəsadların aradan qaldırılması üçün səfərbər olunub. Modern.az Bakının bir sıra rayonlarını təmsil edilən deputatlarla hazırkı vəziyyəti öyrənmək üçün əlaqə saxlayıb. 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Arzuxan Əlixadə isə bildirib ki, hazırda Sabunçu rayonunda şəhər mərkəzinə çıxışda çox ciddi çətinlik var. "Yol faktiki olaraq bağlanıb, Bağırov tunelində keçid dayandırılıb. Bu səbəbdən artıq 1 saatdan artıqdır ki, həmin istiqamətdə maşınların hərəkətinə imkan yoxdur. Yağışla əlaqədar ailə üzvlərimlə də əlaqə saxlamışam. Bildirirlər ki, "Koroğlu" metrosu tərfədə maşında qalıblar,

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq millət vəkili, siyasətçi Etibar Məmmədov olub. O, tələbəlik illərindən siyasi proseslərə qoşulmasından, 1988-ci ildə başlanmış xalq hərəkatının tanınmış simalarından biri olaraq Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına, Ermənistanın etnik təmizləmə siyasətinə qarşı çıxmasından, ümumən vətənpərvər ziyalıların bu ümummilli məsələdə həmrəyliyindən söhbət açıb. Bildirib ki, 1948-1953-cü illərin deportasiyasından sonra Ermənistan siyasi rəhbərliyi Qərbi Azərbaycandakı tarixi yaşayış məntəqələrimizə Suriya, Livan və sair xarici ölkələrdə yaşayan erməniləri