“Səfirliyimizə terror hücumu bu hadisədən az sonra həyata keçirildi” – Deputat
“Səfirliyimizi qoruyan mühafizəçilərimizin qəhrəmanlığı, cəsurluğu olmasaydı terrorçu Yasin Hüseynzadə orada böyük qətliam həyata keçirəcəkdi”. Bu barədə AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında bildirib. O qeyd edib ki, 2023-cü ilin 27 yanvarında Tehrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumunun analizindən və videogörüntülərdən İran tərəfinin bu hadisənin qarşısının alınması üçün heç bir tədbir görmədiyi aydın olmuşdu. Səfirliyin binası qarşısındakı polisin gözləri qarşısında terrorçu öz cinayət əməlini həyata keçirmişdi: “Bu, əvvəlcədən planlaşdırılmış bir terror aktı idi. Terrorçunun silahla peşəkar davranması da göstərdi ki, o, xüsusi hazırlanmış adamdır. Sonradan da
“ABŞ Azərbaycanın strateji əhəmiyyətini önə çəkir” – DEPUTAT
"Məlumdur ki, Azərbaycan Prezidenti Davos İqtisadi Forumunda iştirak etmişdir və bu platformada mütəmadi iştirakımız Azərbaycanın iqtisadi inkişafında, eləcə də dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Davosda keçirilən tədbir çərçivəsində Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla ikitərəfli görüşü də baş tutmuşdur. Yanvarın 22-də keçirilən bu görüş zamanı bir sıra mühüm məsələlər müzakirə edilmişdir: "Mətbuata verilən məlumatlardan da məlumdur ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlıqla bağlı sənəd hazırlanmaqdadır və ötən
Azərbaycan yeganə təhlükəsiz və etibarlı enerji təchizatçısı kimi tanınır
Prezidentin regionda dəyişən güc balansı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın siyasi strategiyasında prioritetlərin yenidən müəyyənləşdirildiyini göstərir. Bu yanaşma beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər fonunda ölkənin milli maraqlarını daha effektiv şəkildə qorumaq məqsədi daşıyır. Prezidentin çıxışlarında Azərbaycanın müstəqil siyasət yürütmək əzmi, suverenliyinin və ərazi bütövlüyünün təmin olunması əsas xətt kimi vurğulanır. Eyni zamanda regional təhlükəsizliyin möhkəmləndirilməsi, strateji tərəfdaşlıqların balanslı şəkildə inkişaf etdirilməsi və iqtisadi-siyasi təsirin artırılması Azərbaycanın xarici siyasətində ön plana çıxan əsas istiqamətlər kimi təqdim olunur. Bu fikirlər ölkənin regionda formalaşan yeni
Yeni nizamın açarı Bakıdır: Vaşinqton strateji seçimini edib
“Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan keyfiyyət dəyişikliyi sıradan diplomatik aktivlik deyil, qlobal güc balansının dəyişdiyi bir mərhələdə Azərbaycanın öz yerini və rolunu qətiyyətlə müəyyənləşdirməsinin nəticəsidir. Bu mərhələ ikitərəfli əlaqələrin formal tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə xarakterizə olunur və bu, təsadüfi deyil. Bu gün dünya köhnə beynəlxalq nizamın dağılması, beynəlxalq hüququn selektiv tətbiqi və güc amilinin açıq dominantlığı fonunda yeni geosiyasi reallıqlarla üz-üzədir. Belə bir şəraitdə Vaşinqtonun Bakı ilə münasibətləri prioritet istiqamətə çevirməsi ABŞ-ın bölgədə əvvəlki qeyri-müəyyən və ziddiyyətli siyasətindən imtina etdiyini göstərir.
“Yaşlı kadrın işə davam etməsi gənclərə iş tapmaqda maneə yaratmır” -DEPUTAT
Pensiya yaşına çatan şəxslərin əmək bazarında qalması insanlar tərəfindən birmənalı qarşılanmır. Bir çox iş yerlərində 65 yaşdan etibarən pensiyaya çıxmaq zəruri sayılsa da, bəzən müddət şəxsin 70 yaşı tamam olana qədər uzadıla bilir. Gənclər belə halların onların iş tapmasında çətinlik yaratdığını düşünür. Bir çox mütəxəssislər isə yaşlı kadrların gənclərə təcrübə qazandırdığını bildirir. Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, pensiya yaşına çatmış şəxslərin, eləcə də bəzi hallarda əmək müqaviləsi uzadılan işçilərin müəyyən müddət işdə qalması gənclərə təcrübənin ötürülməsi baxımından olduqca vacib amillərdən biridir: "Gənc mütəxəssislərin
Tramp iki ölkəyə meydan oxudu – Azərbaycanın rolu diqqət çəkdi
ABŞ Prezidenti Donald Trampın Davosda çıxışı zamanı deyib ki, ölkəsi olmasaydı, bu gün dünya alman və ya yapon dilində danışardı. Halbuki son illər gələcəyin dili kimi Çin dili göstərilirdi. Lakin iddialara görə, Trampın son siyasi və iqtisadi addımları bu proqnozların dəyişməsinə səbəb ola bilər. Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Donald Trampın səsləndirdiyi fikirlər daha çox obrazlı və populist yanaşma kimi dəyərləndirilməlidir: “Ağ Ev sahibi demək istəyir ki, İkinci Dünya müharibəsində faşist Almaniyasının qarşısı alınmasaydı, dünya miqyasında ciddi hegemonluq yarana bilərdi. Həmin dövrdə Yaponiya da kifayət qədər aktiv idi və nəticə etibarilə ABŞ-ın birbaşa
Trampdan Avropanı qorxuya salan BƏYANAT – Köhnə qitə xaosa SÜRÜKLƏNİR
Qrenlandiya ətrafında cərəyan edən proseslər ABŞ-la Avropadakı müttəfiqləri arasında gərginliyi artırmaqda davam edir. Bu məsələdə ABŞ Prezidenti Donald Tramp avropalı həmkarları ilə müqayisədə daha qətiyyətli və qərarlı olduğunu ortaya qoyub. Onun çıxışları, açıqlamaları, Qrenlandiya əhalisinə verdiyi vədlər, ada ilə bağlı mövqeyində israrlı olduğunu göstərir. Bunu Trampın Davosdakı çıxışından da görmək olar. “Mən cəmi bir parça buz istəyirəm – soyuq və əlverişsiz yerdə yerləşən, amma dünya miqyasında sülh və təhlükəsizliyin təmin olunmasında həyati rol oynaya biləcək bir parça. Bu, onlara uzun illər, onilliklər boyu verdiklərimizlə müqayisədə çox təvazökar
Arzuxan Əlizadə: Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə mümkün deyil
Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması beynəlxalq siyasi gündəmdə yeni müzakirə mövzusu yaradıb. Qlobal miqyasda təhlükəsizlik arxitekturasının dəyişdiyi, beynəlxalq institutların təsir imkanlarının zəiflədiyi bir dövrdə Azərbaycanın bu təşəbbüsə qoşulması ölkəmizin artan nüfuzunun və çoxfaktorlu xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilir. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Citypost.az bildirib ki, bu il yanvarın2 6-da ABŞ prezidenti Donald Trampın təşəbbüsü və sədrliyi ilə “Sülh Şurası” yaradılıb. Şuranın yaradılması ilə bağlı mesaj verilməklə yanaşı, eyni zamanda təxminən
Trampın “BMT”-si… “Gələcəkdə “Sülh sazişi Şurası”nın BMT-yə alternativ kimi formalaşması gözləniləndir”
“Yanvarın 16-da Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Sülh sazişi Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edib və eyni zamanda bir sıra ölkələrlə yanaşı Azərbaycana da təşkilata təsi üzv olmaq üçün müraciət edib, dəvət göndərilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq məlumat yayıb. XİN-in yaydığı məlumatda bildirilir ki, Azərbaycan tərəfi sözügedən dəvəti qəbul edib və Sülh Şurasına təsisçi üzvü olmaq niyyəti də ABŞ tərəfinə çatdırılacaq. Bu, ABŞ-yə əslində rəsmi təsdiq məktubu formasında çatdırılacaq. Xarici İşlər Nazirliyinin məlumatında belə əks olunub. Eyni zamanda
Rəşad Bayramov: “Regionda yeni siyasi və iqtisadi arxitektura yalnız hüquqi baxımdan möhkəm təməl üzərində qurula bilər”
Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlobal töhfələr mümkün olmayacaq. Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir. Bu barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib. “Mən inanıram ki, həm Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər də paralel olaraq eyni vaxtda bərqərar olacaq”, - deyə dövlət başçısı əlavə edib. Bununla əslində Prezident açıq şəkildə bildirir ki, Türkiyə ilə sərhədlər Azərbaycandan əvvəl açıla bilməz. Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali