AMİP-30
a

Author: admin_amip

Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Berlində görüşü başlayıb. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir. Görüşlə bağlı fikirlərini Bakıvaxtı.az-a dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə xatırladıb ki, bundan əvvəl Brüssel formatında beşli formatda görüş baş tutub. Onun sözlərinə görə, həmin görüşdə Avropa Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti E.Makron da iştirak etmişdi: "Görüşün təşkilatçısı və əsas vasitəçi Şarl Mişel idi. Fransa və Almaniya dövlət başçıları da prosesə vasitəçi formasında qatılmışdı. Bir müddət

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və cari ildə keçirələk seçkilər, həmçinin Referendum keçirələcəyi ehtimalı nəzərə alınaraq AMİP Seçki Qərərgahının formalaşdırılması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə AMİP Ali Məclisinin iclasının çağırılması barədə qərar qəbul edilib. Siyasi Şura həmçinin, AMİP sədrinin Təşkilat məsələləri, Seçkilər və Bələdiyyələrlə iş, Beynəlxalq məsələlər və Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müavinlərinin cari ildə görüləcək işlərlə bağlı təqdim etdikləri fəaliyyət proqramlarını dinləyib və

Fevralın 22-də Moskvada imzalanan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin 2 ili tamam oldu. 43 bənddən ibarət olan Bəyannamə 2022-ci ildə dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında imzalanıb. Moskvada imzalanan sənədin 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Prezidenti V.Putin və Azərbaycan Prezidenti İ.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslandığı qeyd edilib. Bütün bu deyilənlərin fonunda, bu razılaşma ötən 2 il ərzində Azərbaycana nə

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ikinci ili tamam oldu. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var.  Moskva bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürüblər. Bəyannamədə xüsusi olaraq vurğulanıb ki, hər iki ölkə müstəqil

Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında etdiyi çıxış açıq şəkildə göstərir ki, Ermənistan kompromislərdə maraqlı deyil. Paşinyan utanmadan bəyan edib ki, guya Ermənistan Konstitusiyasında Azərbaycanla saziş imzalamağa mane olan heç bir maddə yoxdur. Guya Azərbaycan Ermənistanın 31 kəndini işğalda saxlayır: “Azərbaycan sərhədlərin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil. Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Bundan başqa, Azərbaycan 4 kəndin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərinin Azərbaycanın işğalı