AMİP-30
a

Author: admin_amip

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Laçın yolu ilə və Qarabağla bağlı ziddiyətli mövqe sərgiləyib. Eyni vaxtda həm Azərbaycanı, həm də Fransanı vurub: “Moskva Bakını Laçın yolunu açmağa və azad hərəkəti bərpa etməyə çağırır. Moskva atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək. Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə

“Azərbaycan ilə Rusiya arasında siyasi gərginlik artır, hazırda gərginliyin səngiməsi perspektivi azdır. Seçim Rusiya tərəfdədir, ya onlar ağıllarını başına yığıb Azərbaycanın maraqlarını nəzərə alacaqlar, ya da Ukrayna bataqlığında ilişən Moskva arxasında Türkiyə olan yeni bir cəbhə ilə üz-üzə qalmış olacaq. İtirən isə Kreml olacaq". Bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuta açıqlamasında deyib. Bir sıra siyasi ekspertlər həmkarı Zərdüşt Əlizadə ilə eyni fikirləri bölüşərək Rusiyanın hələ də Azərbaycana təhdid yaratdığını bildirib.Onların sözlərinə görə, Moskva hər vəchlə Qarabağda, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh və sabitliyin bərqərar olunmasına

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla aparılan sülh danışıqlarının əhəmiyyətindən danışıb. Erməni xalqına müraciət edən Paşinyan xarici təhlükəsizlik baxımından ciddi problemlərin olduğuna diqqət çəkib. Baş nazir əminliklə vurğulayıb ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur: “Çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir. Sülh gündəminin həyata keçirilməsi sadə səbəbə görə hələ də təmin edilməyib. Sülhə nail olmaq üçün bütün lazımi qanuni səyləri göstərməliyik". Hökumət başçısı iki ölkənin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması məsələsini də gündəmə gətirib. Bildirib ki, Ermənistan Respublikasının

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Bu barədə məlumatı özünün Facebook səhifəsində “Qarabağın antiböhran şurasının sədri” Tiqran Petrosyan verib. O yazır ki, “Qarabağ hakimiyyəti”nin Putinə məktubunda “ölkənin və xalqın” ağır vəziyyətindən bəhs edilir. Qeyd olunur ki, Rusiya tərəfinin bu məsələlərdə “qətiyyətli” addım atmaması Qarabağ ermənilərinin “ölümünə bərabərdir”. Məktubda deyilir ki, ermənilər Ermənistanın indiki rəhbərinə yox, Putinin “ermənilər Qarabağda təhlükəsiz və ləyaqətli yaşayacaqlar” vədinə inanır. Arayik Arutyunyanın ofisində Putinə məktubu şərh etməyiblər. Məlum olub ki, separatçıların məktubuna Putin heç bir reaksiya

“Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısındakı çıxışı zamanı deyib. Prezident çıxışı zamanı Fransanın riyakar mövqeyini pisləyib: “Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində

Siyasi partiyaların qeydiyyatı üçün ayrılan son tarixin başa çatmasına cəmi bir həftə vaxt qalıb. İyulun 10-dək partiyalar üzvlərin siyahısını Ədliyyə Nazirliyinə təqdim etməlidir.  Görəsən, partiyalarda bu istiqamətdə işlər nə yerdədir? AMİP sədri Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, qeydiyyat məsələsində hər hansı bir problemin yaranacağını düşünmür:  “Qanuna müvafiq olaraq siyahılardan ibarət sənədləri bayramdan əvvəl hazırlamışıq. Razılaşdırdıq ki, bayramdan sonra sənədləri dərhal təqdim edək. Hazırda sənədləri təqdim etmək üçün aparırıq. Bu istiqamətdə problemin yaranacağını düşünmürəm”.  Azad Demokratlar Partiyası Sülhəddin Əkbər 6 ay ərzində üzvlərin sayını 5 minə qədər artırmağın mümkünsüz

ABŞ Konqresinin Nümayəndələr Palatası qızğın ermənipərəst mövqeyi ilə tanınan demokrat konqresmen Adam Şiffi qınayan qətnaməyə səs verib. Şiff ABŞ tarixində qınanılan 26-cı konqresmendir. Qətnamə Şiffi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olduğu zaman Amerika ictimaiyyətini aldatmaqda ittiham edir. Qeyd olunur ki, Şiff Rusiya ilə Tramp şirkəti arasında iddia edilən əlaqələrə dair Konqres araşdırması zamanı dezinformasiya verib və keçmiş ABŞ prezidentinin ilkin impiçmenti ərəfəsində etdiyi hərəkətləri tənqid edib. Nümayəndələr Palatasının spikeri, Şiffin iddia edilən hərəkətlərini kəskin tənqid edən Kevin Makkarti indi onu Konqres qarşısında açıq şəkildə cəzalandıra