Parlamentdə 125 deputatın fəaliyyəti çox azdır -Arzuxan Əlizadə
“Proporsional və majoritar qaydada keçirilən seçki bərpa olunmalıdır”“Məclisdə "gənc-yaşlı" söhbətini doğru hesab etmirəm. Yanaşma faydalılıq əmsalına, seçicilərlə işləməsinə, qanunvericilik təşəbbüsü ilə çıxış edib-etməməsinə görə olmalıdır, kiminsə yaşına görə yox” Növbədənkənar parlament seçkilərinə start verildi. Bir çox siyasi partiyalar seçki hazırlıqlarına başlayıb. Budəfəki seçkilərdə hansı siyasi partiyaların iştirakı diqqət mərkəzindədir. Məlumat üçün əlavə edək ki, seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq və avqustun 31-i dayandırılacaq. Qeydə alınmış namizədlər seçki təbliğatına səsvermə gününə 23 gün qalmış başlamalı, səsverməyə 24 saat qalmış isə dayanmalıdırlar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Parlament seçkiləri: hansı siyasi partiyalar iştirak edəcək?
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb. İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab vermişdi. İyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət etmişdi. Parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma
Afsəddin Nəbiyev: “Erməni nazir Azərbaycana böhtan atır, guya onlar sülhə hazırdı, qarşı tərəf bu prosesi ləngidir”
Azərbaycanla sülh müqaviləsi layihəsinin mətni, demək olar ki, yekunlaşıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Biz bu məsələ ilə bağlı Azərbaycanla danışıqlara cəlb olunmuşduq və Ermənistan bir ay ərzində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh müqaviləsini bağlamağa hazırdır”- deyə o, Tallində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə mətbuat konfransında bildirib. Mirzoyan qeyd edib ki, “azərbaycanlı həmkarları tərəfindən Ermənistanın sülh müqaviləsini bir ay ərzində imzalamaq təklifinə müsbət reaksiya” görmür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə
32 il sonra Milli Qəhrəman adına qovuşan Natiq Qasımov…
Müharibənin yazılmamış qanunları var.Bəzən elə hallar olur , həqiqət qaranlıqda qalaraq işıq üzü görə bilmir.Ancaq bu mümkündürmü?Əsla mümkün deyil. Həqiqətin üzə çıxması zamanla bağlıdır.Müharibə zamanı adı itkin düşənlər siyahısında olan Natiq Qasımov haqqında həqiqətin ortaya çıxmasından sonra xalqımızın yaddaşında əbədi yaşayacaq Qəhrəmana çevrildi.Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də
Azərbaycan hansı addımı atacaq? – Partiya sədri
“Fransa-Azərbaycan münasibətləri rəsmi Parisin yürütdüyü siyasət səbəbilə gərginləşib”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, gərginlik hələ də davam edir: “Çox təəssüf ki, Fransa Azərbaycanın torpaqları işğal altında qaldığı 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi yürütdüyü siyasəti İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra bir qədər də gücləndirib. Rəsmi Paris ermənilərə dəstək verməyə davam edir, İrəvanla hərbi müqavilələr imzalayır. Üstəlik, əvvəl müdafiə silahları verirdisə, indi hücum təyinatlı silahlar ilə Ermənistan ordusunu təchiz edir. Hətta artıq Fransa hərbi
Ölkə seçkilərlə bağlı Prezidentin qərarını gözləyir
Prezident İlham Əliyev ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin gününü təyin edəcək; Siyasi partiyalar seçki qərarını müsbət qarşıladılar Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra bu dəfə parlament seçkiləri də bütün ölkə ərazisində olacaq. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Bu barədə parlament çoxluğunu təmsil edən YAP-da qərar verilib. Hakim partiyanı Milli Məclisdə təmsil edən deputatlar altıncı